Tibbi qurumların müəmmalı QAYDASI -
Ölüm insan ömrünü sonlandırır. Bəziləri daha gənc, bəziləri yaşlanandan sonra həyatla vidalaşırlar. Ölüm faktı eyni olduğu halda səbəblər fərqlidir. Yol qəzaları, yanğınlar, təbii fəlakətlər, intihar, müharibələr, müxtəlif xəstəliklər və yaşlanma insan ölümünə səbəb olur.

Qanunla doğulan insana var olma haqqında sənəd, yəni doğum haqqında şəhadətnamə verildiyi kimi, dünyadan köçənlərin yaxınlarına da şəxsin yoxluğunu təsdiq edən sənəd, ölüm haqqında şəhadətnamə verilir.

Lakin ölüm haqqında şəhadətnamə almaq üçün öncə ölüm haqqında tibbi şəhadətnamə almalısan. Ölümün səbəbi bəlli olduqda sənədi almaq üçün proses sadədir. Səbəb bəlli olmadıqda isə iş müşkülə çevrilir.

Ölüm haqqında tibbi şəhadətnaməni hansı müəssisələr verir?

Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.

Qaydaya görə, “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Həmçinin, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölüm evdə baş veribsə, ölüm haqqında tibbi şəhadətnamə necə verilir?

Hamı xəstəxanada ölmür. Evində tək, kimsəsiz yaşayaraq ölənlər də var. Xəstəxananın aylar əvvəl imtina edib evə göndərdiyi yaşlılar və yataq xəstələri var ki, onların ölüm səbəbi elə yaşlı olmaları və uzun sürən xəstəlikdir. Hər kəsin ölüm səbəbi yaxınlarına məlum olsa da bunu təsdiq edən şəxslər tibb işçiləridir.

Səhiyyə Nazirliyinin yuxarıda istinad etdiyimiz qaydalarında qeyd edilib ki, ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqlənməsi barədə “Xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanına məlumat verilməlidir. Həmin vərəqə vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir.

Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) gələnədək baş veribsə, ölümün səbəbi məlum deyilsə, yəni şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdursa, ölüm qəfil baş veribsə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunur.

Bildiyimiz kimi, ölkədə, xüsusilə, paytaxt Bakıda yollardakı tıxaclar və təcili tibbi yardıma olan çağırış saylarının çoxluğundan həkimlər xəstələrin köməyinə vaxtında yetişə bilmirlər. Belə halda çağırışa qədərki ölüm faktı qeydə alınır. Ölüm səbəbi isə havada qalır. Ona görə də evdə ölüm halı baş verəndə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi də çətinləşir.

Ölkəmizdə isə xəstəliklərlə bağlı əsasən poliklinikalara yox, daha yaxşı, ixtisaslı həkimin olduğu xəstəxanalara müraciət edirlər. Təəssüf ki, insanlar poliklinikalara müəyyən sənəd işləri ilə bağlı müraciət edirlər. Bunun səhiyyə sahəsinin, yoxsa vətəndaşın günahı olduğu məsələsinə toxunmuruq.

Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı daha bir məsələ isə zorakı ölümə şübhə olduğu, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə, naməlum səbəblərdən baş verməsi və sair hallarla bağlıdır.

Bəs bu cür halların yaranmaması üçün nə etmək lazımdır? Qaydalar qüsurludur, yoxsa

Mövzuya münasibət bildiriən Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizim.Media-ya deyib ki, vətəndaşlar rəsmi prosedurlara əməl etməldirlər:

“Burada söhbət rəsmi prosedurdan gedir. Yəni vətəndaşlar çalışmalıdırlar ki, rəsmi prosedurlara əməl etsinlər və qeydiyyatla bağlı məsələlər həllini tapsın. Bu məsələdə yalnız dövlət qurumlarından küsmək yox, eyni zamanda, vətəndaşlar da öz işlərini düzgün qurmalıdırlar”.

Deputat bildirib ki, aidiyyatı strukturlar məsələnin asanlaşdırılmasına can atmaldıırlar:

“Aidiyyatı qurumlar məsələnin çətinləşdirilməi və qəlizləşdirilməsinə yox, asanlaşdırılmasına yönəlmiş addımlar atmalıdırlar. Biz elektron və rəqəmsal həllər barədə ciddi düşünməli, bu istiqamətdə də addımlar atmalıyıq. Həm vətəndaşlar, həm də müvafiq strukturlar üzərinə düşəni yerinə yetirməlidirlər”.

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti