b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_1ff27f41ff36ca10e5f63cf92dd5467d.jpeg
 

Astara şəhər 6 nömrəli məktəbin gözətçisi Halik Nəcəfovun məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlaması ilə bağlı açılan cinayət işinin təfərrüatı məlum olub. Direktoru bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, hadisənin baş verməsinə səbəb direktorla Halik Nəcəfovun məktəbdə katibə işləmiş arvadı Validə Məmmədova arasında olan ədavət olub.

Belə ki, hadisədən bir neçə ay əvvəl Validə Məmmədova sosial mediada və kütləvi informasiya vasitələrində Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.

Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə Validə Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

Bundan sonra Validə Məmmədovanın videogörüntülərini müxtəlif şəxslər, əsasən də məktəb kollektivi arasında yayılıb. Bundan xəbər tutan Halik Nəcəfov direktoru günahkar bilib və onunla mübahisə edib, görüntüləri tələb edib. Mübahisə zamanı Halik Nəcəfov direktora bıçaqla xəsarət yetirib.

Halik Nəcəfova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq; silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Halik Nəcəfov ifadəsində deyib ki, hadisədən təxminən 3-4 ay əvvələ qədər arvadı məktəbdə katibə işləyib. Direktorun qanunsuz hərəkətlərini gördükdən sonra prokurorluq orqanlarına şikayət edib:

“Bundan sonra da direktor Ülviyyə arvadıma aid videogörüntüləri yaymağa başladı. Həmin görüntüləri görməmişəm. Direktor həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərib. Onun şərəf və ləyaqətini alçaldıb. Sonra Validə ərizə yazaraq işdən çıxdı. Validə həmin görüntüləri direktordan tələb edirdi, amma o, vermirdi. Görüntüləri yayamaqda davam edirdi. Bu hərəkətlərdən bezdim. Direktoru qorxutmaq, cəzalandırmaq qərarına gəldim. Məktəbə gedib direktoru gözlədim. Maşınından düşəndə ona yaxınlaşdım. Seçki günü olduğu üçün məktəbə səs verməyə gələnlər və müşahidəçilər var idi. Yüksək səslə görüntüləri verməsini istədim. O da məni təhqir etdi. Mən də bıçağı çıxarıb vurdum. Neçə zərbə vurduğumu bilmirəm. bıçağı evdən gətirmişdim. Ülviyyə yerə yıxılıb qışqırmağa başladı. Camaat və polis gəldi. Polisin tələbindən sonra bıçağı yerə atdım”.

Təqsirləndirilən şəxs direktoru öldürmək niyyətinin olmadığını deyib. Bildirib ki, bunun üçün imkanı olsa da etməyib. O, əməlindən peşman olduğunu, yüngül cəza verilməsini istəyib.

Zərərçəkmiş məktəb direktoru Ülviyyə Bayramov da məhkəmədə ifadə verib.

Deyib ki, 5 ildir məktəbin direktoru olub. Hazırda isə Bakıda çalışır.

Onun sözlərinə görə məktəbə katibə işləyən Validə Məmmədova 2 il əvvəl ondan oğlunu məktəbə texniki işçi kimi qəbul etməsini istəyib. Lakin direktor bununla razılaşmayıb:

“Həmin iş yerinə qazinin həyat yoldaşını qəbul etdim. Bundan sonra Validə mənimlə ədavət aparmağa başladı. Müxtəlif qurumlara haqsız şikayətlər etdi”.

Direktorun sözlərinə görə Validə Məmmədovanın görüntülərini başqa şəxslərdə görüb: “Müəllimlərdə və işçilərdə gördüm. Validəni çağırıb həmin video barədə ondan soruşdum. Dedi ki, montajdır. Görüntülər məktəbin kollektivi arasında qınağa səbəb oldu. İclas keçirib onu işdən çıxarmağı təklif etdilər. Amma Validə özü ərizə yazıb işdən çıxdı”.

Hadisə barədə danışan keçmiş direktor deyib ki, özünü əlindəki çanta ilə müdafiə edərək qışqırıb.

Tərəflər arasında barışıq olmayıb.

Məhkəmənin hökmü ilə Halik Nəcəfov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilb.

İlkin Muradov
Musavat.com

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti