Kartdan vəsait oğurlanırsa, günahkar kimdir? – Bank, yoxsa…
“Hələ yarası sağalmamış bir hadisə nəticəsində həlak olan Milli Qəhrəmanımız Hökümə Əliyevanın valideyninə qarşı dələduzluq edilməsi onun ruhuna hörmətsizlikdir, üzücü xəbərdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, cinayətkar və cinayətkarlıq üçün müqəddəs heç nə yoxdur. Vəsait əldə etməkdən ötrü həmin dələduz eyni cinayəti öz ailəsinə, doğmasına da edər. Hadisədə “Kapital Bank”ı da günahlandıranlar var. Əlbəttə, müstəsna halda bank əməkdaşının gəlib kartı və məlumatları vətəndaşa təhvil verərkən, ondan istifadə qaydalarını izah edərkən dolayı yolla məlumatları vətəndaşın etibarından istifadə edərək çəkməsi istisna olunmur. Amma bunu istintaq, araşdırma sübut edəcək. “Kapital Bank”ı ittiham etmək hələlik düzgün olmaz. Ümumi yaranmış vəziyyətə və prosedura əsasən deyə bilərəm ki, bank sektorunda sistem elə qurulub ki, kart, hesab kodu verilməsi prosesində bank sektorunun əməkdaşının iştirakı mümkün deyil. Heç onların özlərinin bu haqda məlumatları yoxdur. Yəni məxfi kodun verilməsində bank əməkdaşının iştirakı vizual olmur. 99,9% prosedurlarda – oğurlanma, mənimsənilmə hallarında nəticədə dolayı yolla vətəndaşın özünün iştirakı müəyyən olunur. 0,01% texniki xəta ola bilər. Belə halda pulun rahatlıqla geri qaytarılması təmin edilir”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

İqtisadçı bildirib ki, kart hesablarından pul mənimsənilməsi hallarında çox vaxt vətəndaş ovsunlanaraq məxfi məlumatı qarşı tərəfə ötürür: “Beləliklə, vəsait hesabdan çəkilir. Ümumiyyətlə, kibercinayətkarlığın şaxələnməsi, müasir, ağlagəlməz səviyyədə texnologiyadan və etibardan sui-istifadə halları kifayət qədər yayılıb. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Hətta məsafədən belə məlumatların çəkilməsi mümkün olur. Bankomata yaxınlaşdıqda ehtiyatlı olmaq lazımdır. Heç kimə etibar etməsinlər. İstər onlayn alış-veriş zamanı, istərsə də iaşə obyektlərində, telefon zəngi zamanı qarşı tərəfə şəxsi bank məlumatlarını ötürmək qadağandır. Ən vacib məqam budur ki, Hökümə Əliyevanın atasına qarşı edilən dələduzluq hadisəsində cinayətkar müəyyən edilib və saxlanılıb. Məlumatın dələduza kim tərəfindən ötürülməsini isə istintaq nəticəsində müəyyən edib, ictimaiyyətə məlumat verəcəklər”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı

Dünyapress TV

Xəbər lenti