Bakıda 1100 bina sökülərsə:
“Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb”.

Bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var: “Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil.

Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır.

Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binalar tikilməsi nəzərdə tutulub, hardasa, park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik”.

Maraqlıdır, qəzalı vəziyyətdə olan evlər söküləndə, əmlak bazarında nələr baş verəcək?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, son dövrlər daşınmaz əmlak qiymətləri 40 faiz bahalaşıb:

“Daşınmaz əmlak bazarında bahalaşma Bakı şəhərindən başlayaraq bütün ölkəmizi əhatə etdi. Buna səbəb daşınmaz əmlak bazarındakı tikinti şirkətləri arasında rəqabətsizlikdir. Əvvəllər bina tikmək üçün icazə səlahiyyətləri Bakı Şəhər İcra Hakimiyyətində idi. Lakin 2018-ci ildən sonra bu səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi.

O qurum da çox az sayda şirkətə tikinti üçün icazə verdi. Bu səbəbdən tikinti şirkətləri arasında rəqabətsizlik mühiti formalaşdı və əmlak bazarında fantastik bahalaşma müşahidə olundu”.

Ekspert xatırladıb ki, qəzalı vəziyyətdə olan binada yaşamaq təhlükəlidir:

“Bakı şəhərində qəza vəziyyətində olan 1100 bina var. Bu binalar ardıcıllıqla sökülür. O binaları sökmək və binalarda yaşayan sakinləri köcürmək, həmçinin yerləşdirmək olduqca çətin prosesdir. Lakin bu prosesləri mütləq şəkildə icra etmək lazımdır. Əks halda bədbəxt hadisələrlə üzləşə bilərik”.

O qeyd edib ki, Bakı şəhərində bina tikintisi bir neçə etapda icra olunub:

“Paytaxtımızda bina tikintisi ilk etapda 2004-2009- cu, ikinci etapda 2016-2018- ci illəri əhatə edib. Həmin dövrdə, yəni 2016 -cı ildə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pilot olaraq təkcə Bakı Şəhəri İcra Hakimiyyətinə deyil, həm də yerli icra hakimiyyəti orqanlarına bina tikintisi üçün icazənin verilməsi səlahiyyəti həvalə olunub. Bu qərarla yerli icra hakimiyyəti orqanlarına qəzalı vəziyyətdə olan binaların yerində yenilərinin tikintisinə icazə verilmişdi. Lakin bu qərarın dəyişməsi əmlak bazarına mənfi təsir göstərdi”.

E.Azadov hesab edir ki, qəzalı vəziyyətdə olan binaları sökməyə az sayda tikinti şirkəti qadırdir:

“Yaxın 10 il ərzində qəzalı vəziyyətdə olan 1100 binanı sökməyə, yerinə başqa yaşayış kompleksi tikməyə qadir çox az sayda tikinti şirkəti var. O şirkətlərin resursları məhdud olduğundan, qəzalı vəziyyətdə olan binanı köcürməyə imkanları yoxdur. Amma yaxın 10 il ərzində o binalarda hər hansısa bədbəxt hadisə baş verərsə, fəsadları daha ağır ola bilər. Bu səbəbdən bina tikintisinin əlçatanlılğını təmin etmək lazımdır”.

Ekspert qəzalı vəziyyətdə olan binalar barədə nümunə göstərib:

“Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi müvafiq qərarə əsasən, 1- ci mikrorayonda qəzalı vəziyyətdə olan 40-dan çox binanın təmiri və bərpası icra olunmalı idi. Lakin hələ də icra olunmayıb. Həmçinin yol kənarında çox sayda bina var. Lakin demək olar ki, heç bir tikinti şirkəti o binaların təmiri və ya yenidən tikilməsində maraqlı deyil. Bunun da əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tətbiq etdiyi tikinti normalarıdır. Bu normalar tikinti şirkətlərinə iqtisadi baxımından sərf etmir”.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti