Cərimə qorxusu keçdi: -
Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib.

Ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 9 ayının nəticəsinə görə könüllü sığorta bazarı 765 milyon 429 min manat təşkil edib.

Ondan 495 milyon 226 min manatı həyat, 270 milyon 203 min manatı qeyri-həyat, 258 milyon 279 min manatı icbari sığortanın payına düşüb. Könüllü həyat sığortasında ən yüksək yığımlar 462 milyon manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 103 milyon 916 min manat olmaqla şəxsi sığortası üzrə və 96 milyon 98 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.

İcbari sığorta üzrə ən yüksək yığımlar 193 milyon 366 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 126 milyon 002 min manat olmaqla avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 66 milyon 386 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.

İlk 9 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (59 min manat), dəmiryol nəqliyyatı vasitələrinin sığortası (50 min manat), işçilərin dələduzluğu sığortası (86 min manat) və digər icbari sığorta növləri (33 min manat) olub.

Azərbaycanda əmlak sığortası üzrə ödənişlər isə 46 %-ə yaxın azalıb.

Əmlak sığotası üzrə ödənişlərin azalması çox sayda evlərin sənədsiz olması ilə bağlıdır?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, əmlakını sığortalanmayanların 1 iyun 2023-cü ildə cərimələnəcəyi ilə bağlı məlumat yayılmışdı:

“Bu zaman çox adam təşvişə düşdü və əmlakını kütləvi şəkildə sığortalamağa başladı. Ancaq ajiotaj keçdi. Artıq bu proses unudulub. Hazırda azalmanın səbəbi bununla bağlıdır. Əslində burada vətəndaşların hüquqlarının bərabər olması məsələsi var.

Kütləvi şəkildə ölkədə amnistiya olmalıdır, az da olsa, proses gedir, birdən-birə olmayacaq”.

Ekspert bildirib ki, indi başqa tələblər var:

“Mərhələ-mərhələ getməlidir. Düşünmürəm ki, 500-600 min sənədsiz ev olacaq, rəqəm çox olmalıdır. Bunlar hamısı çıxarışla təmin olunsa, vətəndaşların hüquqları bərabər tanınsa, ölkədə sığorta sektoruna böyük təkan verəcək. Vətəndaşların mükiyyətində olan bütün daşınmaz əmlak sığortalanacaq. İndi kiminsə əmlakının çıxarışı var, kiminsə yoxdur, konstitutusiyaya görə, ölkədə hüquqlar bərabər olmalıdır. Əmlak sığortasına əhali meyilli deyil, laqeyddir. Eləcə də hüququ təminat məsələləri bir qədər qəlizdir. Hər hansı müqaviləni igözüyumulu imzalayırıq, heç bir hüququ məsləhətdən istifadə eləmirik. Ancaq xaricdə belə deyil”.

Ekspert deyib ki, Azərbaycan vətəndaşları üçün sığorta yenilikdir:

“Kütləvi şəkildə nəqliyyat vasitələrinin icbari sığortası aparıldı. Son 4-5 ildir ki, daşınmaz əmlakla bağlı sığorta bazarı genişlənib və indi daşınmaz əmlakın icbari sığortasını etdiririk. Ancaq xaricdə vətəndaşın hər bir addımı sığortalı olmalıdır. Biz hələ buna alışmamışıq. Bu proses zamana bağlıdır.

Hələ də boşluqlar çoxdur”.
 
 

 


Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti