“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Havaların isinməsiylə bağlı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Bu məkanda hər yaşda olan insanların əylənməsi və mənalı vaxt keçirməsi üçün bir çox imkanlar var. Amma bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Parkdakı "Şeytan çarxı” işləmir.

TEREF xəbər verir ki, mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib:
"Yeni Bulvar”da yerləşən "Şeytan çarxı” kimi tanınan Panorama atraksionu mart ayında yenidən istifadəyə verilib. Bir müddət əvvəl təmirə bağlanan akraksiona baxış keçirilməsi məqsədilə Niderlanddan ekspertlər dəvət olunub, ekspertlər tərəfindən çarxın istismara yararlılığına dair rəy verilib. Panorama atraksionu yalnız küləkli hava şəraitində çalışmır. Dənizkənarı Milli Parka yeni atraksionların gətirilməsi mərhələli şəkildə davam edəcək”.
Qurumdan o da bildirilib ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar, oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, həmçinin işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır:
"Bundan əlavə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi il ərzində bir neçə dəfə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirir. Nəzarət-yoxlama tədbirləri zamanı atraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır”.
 

Bölmənin digər xəbərləri

11 May 2024 Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR
11 May 2024 “Azəriqaz”da vətəndaşı QAZLAMA SİYASƏTİ DAVAM EDİR...
11 May 2024 Heydər Əliyev sui-qəsdlərin qarşısını necə aldı? - VİDEO
11 May 2024 Vətəndaşla razılıq olmadan söküntü üçün adiyyatı qurumlardan razılıq alırlar - Ekspert danışır...
10 May 2024 Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
10 May 2024 Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır
10 May 2024 Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
09 May 2024 Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)
09 May 2024 Ekspert AQTA-nı günahlandırdı: “Çıxışlarım onların ironiyasına səbəb olurdu”
08 May 2024 Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO
08 May 2024 Azərbaycanda iş adı ilə aldadılıb gətirilən əcnəbilər saxlanılıb - VİDEO
08 May 2024 Deputat: "Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır, qiyməti də 3-4-5-6 manatdır"
07 May 2024 Bakının məşhur "Keşlə Bazarı" SÖKÜLƏCƏK - SON DƏQİQƏ
07 May 2024 Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR - VİDEO
07 May 2024 "Badamdar Hotel"də külli miqdarda yeyinti - Cinayət işi açıldı
06 May 2024 Azərbaycanlı blogerin 153 milyon borcu var – Rusiya hesablarını blokladı
06 May 2024 İLGİNC QƏZA: Motosikletçini vuran şəxsin anası olduğu ÜZƏ ÇIXDI - ANBAAN VİDEO
05 May 2024 Rusiyada möcüzə: 13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
05 May 2024 Qazaxıstanın mərkəzində güclü partlayış - VİDEO
05 May 2024 62 il öncə tikilən Cavanşir körpüsü təhlükə saçır - VİDEO

Dünyapress TV

Xəbər lenti