55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən dia-az.info-ya bildirilib ki, imtahan saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Respublikanın 25 şəhər və rayonunda təşkil olunan imtahan üçün 233 bina, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Bölmənin digər xəbərləri

23 May 2024 Gundemxeber.Az » GündəmXəbər » İcra Başçısı Hacı Qalibin Villasını Qapısını Bağlatdırdı - Bilgəhdə Nə Baş Verir? İcra başçısı Hacı Qalibin villasını qapısını bağlatdırdı - Bilgəhdə nə baş verir?
23 May 2024 Ərdoğan köhnə avtomobilində Türkiyə üçün yardım aparan azərbaycanlını mükafatlandırdı
23 May 2024 Rəisinin dəfn mərasimində diqqət çəkən məqam – Bu iki tabutun üzərində niyə əmmamə var idi?
22 May 2024 Azərbaycanda universitetdə YOXLAMALAR BAŞLADI
22 May 2024 Abituriyentlərin diqqətinə - Dələduzlar peyda olub
22 May 2024 Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... - TƏFƏRRÜAT
22 May 2024 Qazax rayonunun sakinləri NARAZILIQ EDİRLƏR: Yollara əncam çəkən yoxdur
22 May 2024 Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?
22 May 2024 "Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" - Rüstəmxanlıdan qəribə REAKSİYA
21 May 2024  "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...
21 May 2024 “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
21 May 2024 Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
20 May 2024 Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb
20 May 2024 Bu yolda yarımdairə ləğv edilir (VİDEO)
20 May 2024 Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
19 May 2024 Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
19 May 2024 Bu illərin istehsalı olan maşınlar yığışdırılacaq? – YENİ QAYDA
18 May 2024 Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
18 May 2024 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
18 May 2024 MTK rəhbərlərinə bəd xəbər: Bundan sonra…

Dünyapress TV

Xəbər lenti