"Murdar olmuş heyvan ətlərini satanlar qısa vaxtda bəraət alıb işinə davam edir" - ekspertdən UYARI
"Murdar olmuş heyvan ətlərini satanlar qısa vaxtda bəraət alıb işinə davam edir"
“Ümumiyyətlə, tarix boyu insan xəstəliklərinin 70-75% insanlara heyvanlardan keçib. Deyirlər ki, həkimlər insanları, baytarlar da bəşəriyyəti müalicə edir. Bütün heyvan xəstəliklərinin insana keçmə şansı var. Mən kənd adamlarıyla görüşəndə həmişə deyirəm ki, inəklə, qoyunla təmasda olanda mütləq ağzınıza bir örtük bağlayın. Heyvanın nəfəsindən heyvan xəstəliyi insana keçməməlidir. Amma insanda müəyyən zəiflik olanda, müəyyən xəstəlik əlamətləri olanda heyvan virusları insanın virusu ilə birləşir və yeni ştam əmələ gətirir. Yeni xəstəlik meydana çıxır. Ortaya çıxan yeni xəstəliyin insandan insana keçməsi də, mümkündür. Tarix boyu bu baş verib”.
TEREF.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanın orqanizmi zəif olarsa heyvan xəstəliyinin insana keçməsi mümkündür.

Ekspertin sözlərinə görə, murdar olmuş, yəni ölmüş heyvanlaırn əti insan sağlamlığı üçün təhlükəlidir. Çünki heyvan xəstəlikdən ölübsə, insan onu istehlak edəndə, ona əl ilə toxunanda, iyləyəndə insana xəstəlik ehtimalı böyük olur.

“20 ildən artıqdır ki, təşkilatımız murdar olmuş heyvan ətlərinin tədarük olmasını təqib edir. Ölkənin demək olar ki, hər yerində “leşyığanlar” mafiyası var. Bunun qarşısını almaq üçün ən uğurlu işi Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi görüb. Onlar digər məsul qurumlardan fərqli olaraq, ekspertizalar keçirir və işbazları həbs edirlər. Başqa qurumlar cərimə edib, buraxırlar. O qurumlar hesab edir ki, bölgədə hər bir əti satmaq olar. Təkcə, istehlakçını aldatmasınlar və ətin adını yazsınlar. Yəni Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisinin bir zamanlar belə bir bəyanatı da var idi. Biz bu bəyanatla razı deyildik, çünki bu yolverilməz idi.

“Azad İstehlakçılar” Birliyində 1963-cü ildə dərc olunmuş bir kitab var. Orada 15 respublika arasında bir dənə Azərbaycanda eşşək əti yeməli ət hesab olunur. Onun qiymətləri yazılıb və s. Sonra öyrəndik ki, bunu ermənilər edib. Belə çıxır ki, ermənilərin apardığı o siyasəti dəstəkləyən insanlar hələ də mövcuddur. Daxili İşlər Nazirliyinin adını çəkdiyim qurumu çox effektli iş görsə də məhkəmələr nədənsə tezliklə belə adamlara bəraət verib buraxır və onlar yenidən bu işlərlə məşğul olur. Bunun kökü kəsilməlidir”-deyə ekspert vurğulayıb.

Eyyub Hüseynov qeyd edib ki, burada ictimai nəzarətin böyük rolu var. Təəssüflər olsun ki, ölkədə ictimai nəzarət həddindən artıq zəif bir vəziyyətdədir. Ən ciddi vəziyyətlərdən biri budur ki, ictimai nəzarəti ən yüksək səviyyədə həyata keçirən kütləvi informasiya vasitələrinin işləri dövlət orqanları tərəfindən təqib olunmur. Onlara bir təşəkkür yazılmır, sorğu göndərilmir ki, bunu hardan tapmısınız və s.

“Murdar olmuş heyvan ətlərinin dönərxanalara, şadlıq evlərinə daşınması vətəndaşların, kənd axundlarının, müəllimlərin, valideynlərin, sahə müvəkkilərinin gözü önündə baş verir. Əhalini ictimai nəzarəti gücləndirməyə çağırıram. Belə olarsa, bu əcaib vəziyyət Azərbaycanımızdan yığışdırılar. Bu, yol verilməzdir. İnsanların xəstəxanalarda dolu olması, aptek şəbəkəsinin ölkədə digər ölkələrdən 20 dəfə artıq olması, insan uzun ömürlüyünün 198 ölkə arasında Azərbaycanın aşağıdan 115-ci yerdə olması və s. bu məsələlərdə bunun da rolu var. Vətəndaşları belə hallarla qarşılaşdıqları zaman AQTA-nın 1100 qaynar telefon xəttinə və yaxud adını çəkdiyim dövlət orqanına məlumat vermələrini tövsiyyə edirəm”-deyə ekspert qeyd edib.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti