“Komendat mənzilin qıfılını qıraraq, içərisindəki materialları oğurlayıb...” –
“Komendat mənzilin qıfılını qıraraq, içərisindəki materialları oğurlayıb...” – BİNƏ SAKİNİ ŞİKAYƏTİNƏ BAXILMADIĞINI DEYİR
Bakı şəhəri sakini Əkbərov Zaur Maksud oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, təzə aldıqları evin qapısını binanın komendatı Ağazadə Yunis qıraraq, içərisində olan 5100 manat dəyərində tikinti materiallarını oğurlayıb:

"Mən, Əkbərov Zaur Maksud oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, 2006-ci ildə Naxçıvandakı evimizi satıb, anamın adına Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, 23 nömrəli mənzili aldıq. Şirkət bizdən sonra bu evi daha bir ailəyə satıb. İşimiz məhkəməyə düşdü, məhkəmənin qərarı ilə qapını möhürlədilər. Qərar bizim xeyrimizə çıxmamışdan əvvəl, komendat Ağazadə Yunis qapının möhürünü qıraraq içərisindəki materialları oğurlayıb.

Məhkəmə bir müddət sonra qərarı bizim xeyrimizə verdi. Bu vaxt evə gedəndə gördük ki, qapı sındırılıb və içərisində olan materiallar oğurlanıb. Cinayət işi açıldı, təqsirləndirdiyimiz şəxs məhkəmədə qapının möhürünü qırdığını boynuna aldı. Lakin oğurluğu inkar etdi.

Hiss etdik ki, bu işi ört-basdır etmək istəyirlər. Bu səbəbdən, general Rafiq Abbasovun qəbuluna yazıldıq. Qəbula getdiyimiz gün bizi istintaqın rəisi Nazim İsmayılov qarşıladı, bir neçə yerə yönləndirdi. Lakin heç bir tədbir görülmədi. Bir müddət keçəndən sonra Rafiq Abbasovun yerinə Mirqafar müəllim təyin olundu. Yenidən qəbula yazıldıq ki, bəlkə bu şəxs bizə kömək edər. Amma istintaqın rəisi Nazim İsmayılov yenə bizi qəbula salmayıb, başqa adamlara yönləndirmək istəyirdi. Anam orada dedi ki, “məni qəbula salmasan, özümü maşının altına atacam”. Bu ifadədən sonra bizi qəbula saldılar.

Qəbulda Mirqafar müəllimə ətraflı məlumat verdik. Mirqafar müəllim təcili Nazim İsmayılova tapşırıq verdi ki, bu işin üstünə düşülsün. Anamla qəbuldan çıxanda Nazim İsmayılov bizə bildirdi ki, narahat olmayın, işiniz həll olunacaq. Amma yenə də heç bir tədbir görülmədi. Ağazadə Yunis nə oğurladıqlarının pulunu, nə də materialların özünü qaytardı. Həmin vaxtdan sonra dəfələrlə qəbula yazılsaq da, bizi qəbul etmədilər.

Anam "infarkt" keçirdi. İllərdir ürək xəstəliyindən əziyyət çəkir. Sizdən xahiş edirəm, bizim bu məsəni işıqlandırın, pulumuz batmasın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti