Akif Çovdarovun 30 milyonluq əmlakıyla bağlı yeni qərar: - bağ evləri, bazar, binalar...
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun ailəsinə 30 milyon manatlıq əmlakın qaytarılması haqda qalmaqallı qərar ləğv olunub. Söhbət 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsində çıxarılmış qərarın ləğvindən gedir.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, aprelin 25-də Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyilə həmin qərardan həm prokurorluğun verdiyi kassasiya protestinə, həm də Cəfər Səfərovun verdiyi şikayətə baxılıb.

Qeyd edək ki, Cəfər Səfərov apellyasiya məhkəməsinin qərarıyla Akif Çovdarovun ailəsinə qaytarılan əmlaklardan birinin – “8-ci kilometr bazarı”nın sahibidir. Bu bazarın 50 faizi Çovdarovun qızı Aidə Qasımovanın adına keçirilib.

Apellyasiya məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Akif Çovdarovla yanaşı, MTN-də onun rəhbərlik etdiyi idarədə tabeliyində işləmiş, daha sonra birlikdə mühakimə olunduğu polkovnik Səlim Məmmədovun da əmlakının ailəsinə qaytarılmasına qərar vermişdi. Prokurorluq qərarın Səlim Məmmədovla bağlı hissəsindən də kassasiya protesti verib.

Aprelin 25-də Ali Məhkəmədə həm Akif Çovdarovun, həm də Səlim Məmmədovun vəkilləri həm şikayətə, həm də prokurorluğun protestinə etiraz ediblər. Onlar bildirib ki, qərar düzgündür, əsaslıdır. Akif Çovdarovun vəkilləri iddia edib ki, həmin əmlakların ona aidiyyəti yoxdur, qohumlarına məxsusdur, onlar öz qazancları hesabına əldə ediblər, bu üzdən müsadirə oluna bilməz.

Lakin dövlət ittihamçısı protesti müdafiə edib. Cəfər Səfərov həm də Akif Çovdarov, Səlim Məmmədov haqqında cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdı. Həmin işdə göstərilmişdi ki, onu və qardaşlarını zorla MTN-in binasına gətirib, onlara qarşı zor tətbiq olunub. Bazarı da hədə-qorxu gələrək, zorla əllərindən alıblar. Son nəticədə bazar hər birinə 50 faiz pay düşməklə, o dövrdə Milli Təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova və Akif Çovdarovun qızı Aidə Qasımovanın adına keçirilib.

Hakimlər bütün tərəflərin fikirlərini dinləyəndən sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulmasıyla çıxarılıb. Bu üzdən qərar ləğv olunub. Ali Məhkəmə qərar verib ki, Akif Çovdarov və Səlim Məmmədova münasibətdə əmlaklarla bağlı məsələyə yenidən baxılması üçün cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Beləliklə, Akif Çovdarovun yaxınlarına məxsus təxminən 30 milyon manatlıq əmlakla bağlı məsələ yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.

Akif Çovdarov 2015-ci ildə həbs olunub. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilib. Onun özü və yaxınlarının adına olan təxminən 32 milyon manatlıq əmlakının müsadirə olunmasına qərar verilib.

Akif Çovdarov cəzasının yarısını çəkmədən – 2020-ci ilin aprelində əfv sərəncamıyla azadlığa buraxılıb.

Müsadirə olunan əmlaklar Akif Çovdarovun ailə üzvlərinin adına idi. Ona görə də yaxınları əmlakların geri qaytarılması üçün məhkəmələrə şikayətlər veriblər. Onların arasında “8-ci kilometr bazarı” ilə yanaşı, Novxanı qəsəbəsində 1.5 milyonluq iki bağ evi, Binəqədi və Nəsimi rayonlarında 6 və 7 mərtəbəli iki bina, paytaxtın mərkəzində - Bülbül prospektində yarım milyonluq mənzil və başqa çoxsaylı daşınmaz əmlaklar var.

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti