İşdən çıxarılan icra başçısını Vasif Talıbovla nə bağlayır?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun tutduğu vəzifədən azad edilməsindən sonra onun yaxın çevrəsinin də neytrallaşdırılmasına start verilib.

Teref.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetindən tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı, qızı Baharxanım Talıbova “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarıldı və s.

Bundan başqa, keçmiş Ali Məclis sədrinə yaxın bəzi vəzifəli şəxslərin, o cümlədən Sədərək Gömrük Postunun rəisi Nicat Mahmudovun karyerasına son qoyuldu.

Nicat Mahmudovdan sonra belə təəssürat yaranmışdı ki, prosesə ara verilib. Lakin Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun işdən çıxarılması göstərdi ki, Muxtar Respublikanın Talıbov və onun adamlarından təmizlənməsi davam edir.

Məlumat üçün deyək ki, Elşad Məmmədov 2013-cü ildə Ordubadın icra başçısı təyin olunmuşdu. Ondan əvvəl bu vəzifəni Elşad Əliyev tutub. O, 2013-cü ildə Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatdan sonra Elşad Məmmədov Ordubadın rəhbərliyinə gətirilib və bunda Vasif Talıbovun xüsusi rolub olub.

Ümumiyyətlə, Naxçıvanla bağlı məlumatlı olan şəxslər deyir ki, Muxtar Respublikada yüksək vəzifə daşıyanlar Vasif Talıbova yaxın ətrafına daxil olan kadrlar olub. Bu baxımdan, Naxçıvanda təmizləmələrin davam edəcəyi şübhəsizdir.

İddialara görə, paralel olaraq Talıbovun 27 illik fəaliyyəti də araşdırılır. Naxçıvanda onun adamları vəzifələrdən uzaqlaşdırıldıqdan sonra keçmiş Ali Məclis sədrinin fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gələ bilər.

Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

Dünyapress TV

Xəbər lenti