Ardını oxu...
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə qədər uzadılıb. Yeni qərar olmasa, oktyabrın 1-dən etibarən ölkədə xüsusi karantin rejimi ləğv ediləcək və Azərbaycanın bütün quru sərhədləri açılacaq.

İctimaiyyət arasında yayılan məlumatlara görə, Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ilə əlaqədar quru sərhədlərin açılması gözlənilir.

Məsələ ilə bağlı TNS-ın sorğusunu cavablandıran Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: "Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək".
 
Ardını oxu...
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, ev 51-də yaşayan Ağasalayev Vüsal Yağenali oğlu prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Mərkəzi Banka müraciət edib. Tribunainfo.az-a da göndərilən məktubu təqdim edirik:

1993-cü ildən 2014-cü ilədək Silahlı Qüvvələrdə zabit kimi hərbi xidmət keçmişəm, hərbi xidmətimin çox hissəsini düşmənlə təmas ərazilərdə keçirmişəm. 2014-cü ildə xəstəliklə əlaqədar ehtiyata buraxılmışam və mənə 2-ci dərəcə əlillik təyin edilib.
Xüsusi ilə qeyd etmək istəyirəm ki, əvvələr tanıdığım zabit Mustafayev Azər Sabir oğlu bir neçə dəfə etibarımdan sui istifadə edərək məni 2014-cü ildə aldadaraq, “xəstəm var” deyərək, “bankdan 4000 manat pul götür, mən ödəyəcəyəm” deyib, mən isə krediti götürüb verdim, lakin ödəmədi, həmin pulu tam şəkildə mən xəstə insan pensiyamdan ödədim, hazırda mənə vurduğu zərəri ödəməmişdir.
Eyni zamanda, həmin ərəfədə, yəni 2014-cü ildə məndən xahiş etdi ki, keçmiş zabit Rəcəbov Heydər Zahid (070-200-90-11) oğluna da hər ikimiz zamin duraq, kredit götürüb özü ödəyəcək, lakin bir müddət keçdikdən sonra gördüm ki, mənim pensiyamdan 800 manat məbləğ tutulur, bu zaman bir çox aidiyyatı orqanlara müraciət etdikdən sonra 14.08.2024-cü il tarixdə mənə məlum oldu ki, zamin durduğum Rəcəbov Heydər Zahid oğlu krediti ödəməyib, Xətai rayon Məhkəməsi qətnamə qəbul edib, məhkəmə saxtakarlığa yol verərək dələduz Ata Bank işçisi ilə əlbir olaraq Mustafayev Azər Sabir oğlunu zaminlikdən çıxarıb və tək məni saxlayıb.
Hazırda Ali Baş Komandan, digər bütün hüquq mühafizə və mətbuat orqanlarına müraciətim ondan ibarətdir ki, Xətai rayon Məhkəməsinin saxta qətnaməsinin ləğv edilməsi, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu və Rəcəbov Heydər Zahid oğlu barədə ciddi tədbir görülməsi və mənə dəymiş maddi və mənəvi zərərin ödənilməsidir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, cinayətkar, dələduz Mustafayev Azər Sabir oğlu yüzlərlə zabit, gizirlərə bu kimi əməlləri ilə problemlər yaradıb.
 
Ardını oxu...
Türkiyənin Konya şəhərində iki yaşlı körpə ailəsi tərəfindən tarlada ölü tapılıb.

Bu barədə Sondakika.com xəbər verir.

Konyanın Kulu rayonunun Karapınar məhəlləsində soğan tarlasında çalışan mövsümi fəhlə ailəsi iki yaşlı körpələri Yusuf Ç-ni çadırda hərəkətsiz görüb. Ailəsi tərəfindən xəstəxanaya aparılan körpənin öldüyü müəyyən edilib.

Ölüm hadisəsində şübhəli məqamlar olduğu üçün məsələ ilə bağlı istintaq başlanıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Həmçinin, Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda iki yaşlı körpə qız uşağının qonşularının 13 və 14 yaşlı oğulları tərəfindən döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir.
 
Ardını oxu...
“Adamı öldürən siqaret deyil. Adamı öldürən borclar, xərclər, banklardan götürdükləri kreditlərdir. Bu o anlama gəlmir ki, pulun nə qədər çoxdursa o qədər yaşayırsan. Pulun çox olmağının da bəlası ayrıdır. İnsanların çoxundan soruşun ki, xoşbəxtsənmi? Hamısı yalandan “hə” deyəcək. Bir insanı görüb soruşursan ki, necəsən? Deyir ki, yaxşıyam. Ən yalan danışılan söz “yaxşıyam”-dır. Min dənə dərdi var, problemi var, amma yenə də yalandan “yaxşıyam” deyir. Dərd çoxaldıqca insan tez ölür. Psixoloji olaraq ölürlər. Mənim kimi insanlar ruh üçün yaşayır, qarın üçün yox. Bəzi adamlar isə ona pul atır, buna pul atır, sonra qapısını kəsdirəndə infarkt olub ölür” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. Rəşid Mahmudov bildirib ki, insanlar azad fikirli olmalıdırlar.

“Arzum budur ki, yaxşı cəmiyyət quraq. Cəmiyyət qura bilmədik. Bizimkilər sevib evlənmirlər. Elə deyirlər ki, filankəsin qızıdır, pulu var, maşını var gedib evlənim. Sonra da boşanırlar, qırğın düşür. Deyirlər ki, xarakterlərimiz uyğun deyil. Mən istəyirəm insanlar tam azad olsunlar. Azad yaşasın, azad işlə məşğul olsunlar. Mən təyyarə hazırlamaq istəyirəmsə onu hazırlayım. Nə qadınlarda azadlıq var, nə də kişilərdə. Azadlıqdan da sui-istifadə etmək olmaz. Buna görə qanun olmalıdır” deyə Rəşid Mahmudov bildirib.

Rəşid Mahmudov bildirib ki, insanlarda ölüm qorxusu var.

“Allah nə veribsə onu yaşayacam. Artıq yaşamaq istəmirəm. Onu Alllah bilir. Mənim əzraillə tanışlığım yoxdur. O biri tərəfdə mənə artıq qayıb yazırlar (gülür). İnsanlar ölümdən çox qorxurlar. Ölüm də bir xoşbəxtlikdir, o da gözəllikdir. Yalandan yaşamağın nə mənası var? Mənim dostum var, Tariyel müəllim. Ona deyirəm ki, bəsdir də yaşadım, onsuz da hamı öləcək. Dostlar, tanışlar, qohumlar yeyib-içək, sonra da mənə bir az hava vur ölüm. İnsanlar sonra yalandan ağlaşma qurmasınlar ki, Rəşidim vay (gülür). Həyat yoldaşım qəşəng mürəbbələr hazırlayıb. Deyirəm ki, ver yeyim də, mən öləndən sonra baş daşına sarılıb ağlayacaqsan (gülür)” deyə Rəşid Mahmudov bildirib.
Ardını oxu...
Qubada iki aydan çoxdur ki, selin dağıtdığı körpü hələ də bərpa edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, Qubanın Bad kəndində 80 yaşayış evi var.

Məktəb isə qonşu Məccə Xacə kəndindədir və 200-ə yaxın şagird bu kəndə gedir. İki ay öncə Cağacuqçaya gələn sel hər iki kəndin arasından keçən piyada körpüsünü sıradan çıxardıb. Sabahdan tədris başlayır, valideynlər də buna görə narahatdırlar.

Sakinlər bildiriblər ki, sel aparan körpüyə görə dəfələrlə müraciət ediblər, ancaq bir faydası olmayıb.

Məsələ ilə bağlı Bad bələdiyyəsinin sədri Aydın Kazımov qeyd edib ki, vergilərin tam yığımı başa çatandan sonra körpünün təmirinə başlanılacaq:

"Uşaqların məktəbə getməyi üçün alternativ yollar mövcuddur".

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 513 698 şagird təhsil alacaq. I sinifdə 46 098, IX sinifdə 44 223, X sinifdə 35 757, XI sinifdə 32 260, XII sinifdə 156 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 216 beşyaşlının cəlb olunacağı gözlənilir.

Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, yeni tədris ilində ali təhsil pilləsi üzrə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
 
Ardını oxu...
Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Partlayışda 20 nəfərin yaralandığı bildirilir.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Yaralıların sayı 21-ə çatıb. Məlumata görə, partlayış makaron fabrikində baş verib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Elektromobillərdə yanğınlar digər avtomobillərə nisbətən daha az baş verir, lakin belə yanğınları idarə etmək daha çətindir. Səbəb isə bu növ maşınların digərlərinə nisbətən daha tez alışması və yanğının daha sürətli yayılmasıdır. Belə hadisələr zamanı elektromobillərin söndürülməsi də çox çətin olur.

Bəs bu təhlükəni önləmək üçün sürücülər nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat vasitələrində ani alışma bir neçə səbəbdən ola bilər:

“Elektromobillərdə anidən alışmanın bir neçə səbəbi ola bilər. Birinci səbəb ondan ibarətdir ki, avtomobillərə sonradan edilən əlavə detallardır. Ümumiyyətlə məsləhət deyil ki, heç bir nəqliyyat vasitəsinə əlavə vasitələr edilsin. Bu, düzgün deyil. Hər hansı bir avadanlıq qoşulan zaman, bu avtomobil üçün əlavə yüklənmə yaradır”.

Ekspert bu hallarla bağlı diqqət edilməli məqamlara aydınlıq gətirib:

“Yəni hər hansı bir işıq cihazları, səsgücləndiricilər quraşdırılan zaman maşının mühərrik və akkumulyator gücünə əlavə yük düşür. Belə olan təqdirdə qəza və yanğın riski artır. Akkumulyatorun düzgün seçilməməsi, nəqliyyat vasitəsi üçün nəzərdə tutulandan daha yüksək və ya aşağı gücdə olması da belə hallara səbəb ola bilər. Bu kimi hallar mütləq şəkildə nəzərə alınmalıdır”.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən – 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
 
 
 
Ardını oxu...
Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz “WiFi” internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.

XALQ.AZ məlumat verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə “WhatsApp”dan istifadə etmək olurdu, indi onu da kəsiblər. “Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?” – deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Nərmin Xəlilova oxu.Az-a açıqlamasında problemin olduğunu təsdiqləyib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər”, – deyə N.Xəlilova bildirib.

XALQ.AZ məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminallarında pulsuz WI-FI istifadə edilməsi elanı aktualdır.

Elanda bilidrilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminal ərazisində ödənişsiz internet şəbəkəsi təklif edir. Ödənişsiz internet şəbəkəsi bütün ictimai zonalarda, obyektlərdə, kafe və mağazalarda, həmçinin Biznes sinif zallarında mövcuddur. Aşağıdakı təlimatlara riayət etməklə asanlıqla “Baku-Airport-Free-WiFi” internet şəbəkəsinə qoşula bilərsiniz:

Cihazlarda “Wi-Fi”ın açıq olduğundan əmin olun.

“Baku-Airport-Free-WiFi” şəbəkəsini tapın və şəbəkəyə qoşulun.

İstifadə edə bilərsiniz. Siz internetə qoşulmusunuz

Birinci Terminalda, gediş zonasında internetə çıxışı olan ödənişsiz kompyuter masaları mövcuddur. Hətta internetə yeni qoşulanlar da bu sistemdən asanlıqla istifadə edə biləcəklər. Uçuşunuzdan əvvəl ən son xəbər başlıqlarını izləyə bilər və ya elektron poçtunuzu yoxlaya bilərsiniz (Çap avadanlıqları mövcud deyil.)

1-ci Terminalda yerləşən iş masaları sayəsində, siz uçuş öncəsi yarım qalan ofis işlərinizini bitirib, könül rahatlığı ilə səyahətinizdən zövq ala bilərsiniz deyə qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti