Ardını oxu...
Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.

TEREF-in məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib. (Oxu.az)
 
Ardını oxu...
İki general - Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov arasında dostluq heç kimə sirr deyil.

Lent.az Rusiya mediasına istinadən Kadırov və dostu olan general Zolotovun azərbaycanlı milyarder Telman İsmayılova vurduqları zərbənin detallarını təqdim edir.

Məlumatda qeyd olunub ki, Kadırov açıq şəkildə Zolotovu “əziz qardaşı” adlandırır. Keçən ilin sonunda Zolotovun Rusiya Qəhrəmanı adına layiq görüldüyünü ilk olaraq Çeçenistan rəhbəri elan etmişdi. Rusiya Milli Qvardiyasının rəhbəri, öz növbəsində, iki il əvvəl şəxsən Qroznıya Kadırova “Hərbi əməkdaşlığa görə” medalını təqdim etmək üçün gedib.

Ancaq az adam bilir ki, ümumi formada dostları təkcə Rusiya Milli Qvardiyasında xidmət deyil, həm də milyarderlərə zərbə vurmaq birləşdirir.

Yazıda bildirilib ki, dostların ilk qurbanlarından biri AST şirkətlər qrupunun təsisçisi və “Çerkizov kralı” Telman İsmayılov oldu. Yuri Lujkovun Moskva meri olduğu dövrdə Azərbaycandan olan sahibkarın biznesi sıçrayışla böyüdü və onun mərkəzi aktivi (Çerkizovski bazarı) Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidmətinin
rəhbəri Viktor Zolotov tərəfindən “qorundu”.

Uzun müddət Lujkov və Zolotov bazara davamlı olan hücumları uğurla dəf edə bildilər. İsmayılovun cibinə hər həftə on milyonlarla pul daxil olur və o, onları himayədarları ilə səxavətlə bölüşürdü.

İyun ayının bir gününə qədər Rusiya prezidenti Vladimir Putin qaçaqmalçılıq və saxta mallarla mübarizə üzrə təhlükəsizlik işçiləri ilə görüşdə Çerkizov bazarına eyham vuraraq çıxışını məşhur sualla bitirdi: “Enişlər haradadır?” Bu zaman məşhur Çerkizovun bağlanmasından bir aydan az vaxt keçmişdi.

Rusiya mediasında yer alan məlumatda qeyd olunub ki, İsmayılov daha sonra Antalyada atası Mərdanın şərəfinə “Mardan Palace” adlandırdığı dəbdəbəli otel kompleksinə 1,4 milyard dollar sərmayə qoyaraq otel biznesinə keçmək qərarına gəlib.

Bununla belə, turizm biznesi Çerkizovun qaranlıq sxemlərindən daha mürəkkəb oldu. İnvestisiyaların geri qaytarılması ləng gedirdi və bazardan pul axını artıq gəlmirdi. Bundan əlavə, İsmayılovun uzun müddətdir himayədarı olan Yuri Lujkov "etimadın itirilməsi səbəbindən" vəzifəsindən yenicə uzaqlaşdırılmışdı və hüquq-mühafizə orqanları keçmiş "Çerkizov kralının" işləri ilə maraqlanmağa başlamışdılar.

Çaxnaşma içində İsmayılov müdafiə axtarmaq üçün Zolotovun yanına getdi. O, İsmayılova dərhal Çeçenistan Respublikasının rəhbəri ilə əlaqə saxlamağı tövsiyə etdi və dedi ki, "məsələləri ən yüksək səviyyədə o həll edə bilər”.

Qeyd olunur ki, bu, blef idi: Ramzan Kadırov müxtəlif ofislərə çıxışı olsa da, konkret olaraq qərar vermədi. Sadəcə olaraq, o vaxt Zolotov nüfuzlu dostlarını itirmiş azərbaycanlı milyarderi soymaq planını artıq hazırlamışdı.

Kadırov İstanbulda İsmayılovla görüşüb və pul qarşılığında ona biznesinin, eləcə də toxunulmazlığının qorunmasına söz verib. İş adamı bir şey hiss etsə də, çox alternativ olmadığı üçün razılaşdı. Sonra Zolotov və Kadırov son əmlakını da götürərək İsmayılovu sözün əsl mənasında “soymağa” başladılar.

Bundan sonra "qorunma" üçün ödəniş rəsmiləşdirildi: İsmayılovun oğlu “Axmat” futbol klubunun vitse-prezidenti oldu. O, çeçen futbolunun inkişafı üçün 50 milyon dollar bağışladı, amma əslində bu, Kadırov və Zolotov arasında “qardaşcasına” bölündü.

Amma bunların hamısı sadəcə başlanğıc idi — əsas "bəhrə" isə yaxınlarda açılmış “Mardan Palace”ın əlindən alınması oldu. Kadırov oteli bəyənib və İsmayılovu inandırıb ki, mehmanxana kompleksinə nəzarəti ona versin. Ramzan Kadırov atasının xatirəsini əbədiləşdirmək istədiyi üçün Mərdan İsmayılovun nəhəng portreti (otel onun 100 illiyi üçün tikilmişdi) Axmat Kadırovun portreti ilə əvəz olundu.

Otel bir müddət Kadırov və ailəsinin dincəlmək üçün sevimli məkanına çevrildi.

Təbii ki, Zolotov-Kadırov dostluğu İsmayılova heç bir köməklik göstərə bilmədi. Ona görə də artıq 2017-ci ildə Telman İsmayılov Rusiya hüquq-mühafizə orqanları tərəfindən sifarişli qətlin təşkilində, habelə qanunsuz silah alverində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Lakin xaricdə o, dələduzluqda və iflas zamanı aktivlərini gizlətməyə cəhddə ittiham olunur.
 
Ardını oxu...
Xırdalan şəhər “Jasmine Park” yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər.

“Qafqazinfo”ya müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.

Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: “Jasmine Park”dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi. Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq. O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təmin ediləcək. 2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük. Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib. Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın”.

Şikayətçilərin əllərində olan sənəd isə yalnız “Şərur MTK”dan mənzil almaq barədə müqavilə və maliyyə arayışıdır: “Bu vəziyyətlə bağlı “Şərur inşaat”ın məsul şəxslərinə müraciət etsək də, sualımız cavabsız qalır. Onlar “kupça”ların nə vaxt veriləcəyini demirlər. İsfəndiyar Axundov isə mövzu ilə bağlı sakinləri nə qəbul edir, nə də ki, şikayətlərini dinləyir. Köməkçisi vasitəsilə sakinlərə deyir ki, kompleks tam hazır olduqdan sonra çıxarışlar veriləcək. Bu kompleksin inşaatı, yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ildə başlayıb. Deyilənə görə, ümumilikdə 12 bina tikintisi nəzərdə tutulub. 5 il ərzində 4 bina tikilib. Qalan 8 binanın isə nə zaman tikiləcəyi bəlli deyil. Hazırda cəmi üç əlavə binanın inşaat prosesi davam edir. 5 il ərzində 4 bina tikiblərsə, əlavə 8 binanın tikintisi üçün ən yaxşı halda 10 il tələb oluna bilər. Həmin vaxta qədər sakinlərin əmlak hüquqlarının pozulması davam edə bilməz. Çünki insanlar nağd şəkildə ödəniş edərək evlərinin çıxarışını almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır”.

Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıqları evlərə qeydiyyyata da düşə bilmirlər: “Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. “Jasmine Park”da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir.

İşin maraqlı tərəfi budur ki, “Şərur inşaat”ın inşa etdiyi binaların əksəriyyətində 10 illər keçməsinə baxmayaraq, çıxarışlar təqdim olunmayıb”.

İddialarla bağlı Şərur MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova şikayətlər haqda bunları dedi: “Tikinti kompleksi 11 girişdən ibarətdir, 4 girişi hazırdır. Qalanlarının tikintisi isə davam etdirilir. Tikinti tam başa çatdıqdan sonra istismara veriləcək”.
Ardını oxu...
Azərbaycanın xaricdəki diplomatik korpusu öz “rəngarəngliyi” ilə seçilir. Burada “elit” ailələrin övladlarından, hansısa xidmətlərinə görə səfir rütbəsilə “mükafatlandırılanlar”dan tutmuş, “sürgünə göndərilənlər”ə, “vurulanlar”a, hətta “yaddan çıxmışlara” qədər kimlər yoxdur…

Elə səfirlərimiz var ki, hələ ötən əsrin 90-cı illərindən bir növ Azərbaycandan uzaqlaşdırılıblar və ötən dövr ərzində bir neçə ölkə dəyişiblər. Bu kateqoriyanın ən parlaq nümunəsi Tamerlan Qarayevdir. 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini postundan və təmsil olunduğu partiyadan istefa verən Qarayev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə göndərilib. 1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olub. 13 dekabr 2018-ci ildə geri çağırılaraq, Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu gün də həmin postdadır. Bu, üst-üstə 32 il(!) deməkdir…

Belə demək mümkünsə, “gedib-gələn”, yaxud iri məmur ikən “vurulan” səfirlərimiz də az deyil. Məsələn, 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri vəzifəsində çalışmış Ramiz Həsənov geri çağırılaraq, 14 dekabr 2005-ci ildə yüksək vəzifəyə - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdu. Bu, təbii ki, ciddi karyera sıçrayışı idi. Beləliklə də, Həsənov 2018-ci ilə qədər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. 15 may 2018-ci ildə isə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilərək, elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əlbəttə ki, bunu qətiyyən onun əvvəlki vəzifələri ilə müqayisədə “yüksəlmə” hesab etmək olmazdı…

Yaxud, Məhərrəm Əliyev. O, hazırkı səfirlər arasında daha əvvəl məmur kimi ən yüksək postlar tutmuş, nüfuz sahibi olmuş şəxslərdən biri, bəlkə də birincisidir. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək 14 il(!) Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş M.Əliyev 2007-ci ildə gözlənilmədən Tacikistana səfir göndərilib və 2011-ci ilə qədər orada çalışıb. Lakin Prezidentin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib və Bakıya qayıdaraq, 2012–2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 5 iyun 2017-ci ildə Ədliyyə nazirinin müavini təyin edilib. 2019-cu ilin noyabrında vəzifəsi daha da yüksəldilərək, Prezidentin hərbi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Lakin 9 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb və Dövlət başçısının digər Sərəncamı ilə Belarusa səfir göndərilib.

Yeri gəlmişkən, M.Əliyevin Belarusdakı sələflərindən biri 2016-cı ildən 2021-ci ilə qədər bu ölkədə səfirimiz olmuş Lətif Qəndilovdur. Yaşı 70-ə yaxınlaşan və uzun illər ayrı-ayrı ölkələrdə çalışımış səfirlərdən biri olan L.Qəndilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun oğludur və hazırda ölkəmizin Qırğızıstandakı səfiridir.

Elə həmin Qırğızıstanla sərhəd Özbəkistandakı səfirimiz Hüseyn Quliyev isə ən qocaman səfir sayıla bilər. Yaşı 80-ə çatan Quliyev 13 ildir ki, bu postu tutur…

Əlbəttə ki, səfirliklərimiz belə demək olarsa, elitaya aid ailələrin övladları ilə də “zəngindir”. Buna misal olaraq, sabiq millət vəkili və ADU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovu göstərmək olar. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri olub, 2021-ci idən Estoniyada səfirdir. Mətbuatda bu səfirin İspaniyada şərab biznesilə məşğul olduğu, bu biznesdə iştirak edən atası Abel Məhərrəmovun isə həmin ölkəyə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində içkili vəziyyətdə qalmaqal yaratdığı barədə məlumatlar yayılmışdı. Hətta məhz həmin hadisənin Abel Məhərrəmovun karyerasına son qoyduğu iddia edilirdi…

Yaxud bir müddət əvvəl Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayıldı. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoyla birlikdə Rəhman Şahhüseynlini döyüblər. XİN də bu məlumatlı dolayısı ilə təsdiqləyərək, döyüldüyü iddia edilən birinci katibi günahkar çıxardı…

Hazırda dünyada elə ölkələr var ki, ayrı-ayrı səfirləri həmin ölkənin XİN başçısından daha nüfuzlu və tanınandır. Azərbaycana gəlincə, bizdə də belə “nümunə” olub, amma təəssüf ki, daha çox neqativ rakursda. Belə ki, Rusiyada Polad Bülbüloğlunu məlum səbəblərdən bizim XİN başçılarından daha çox tanıyıblar. Rusiyadakı həmvətənlərimiz isə daim səfirliyimizin işindən narazılıq bildiriblər. Əvəzində, P.Bülbüloğlu daha çox Kremlin adından Rusiyadakı azərbaycanlılara “Rusiyanın çörəyini yeyirsiniz” deyərək, minnət qoyması və Putinin qarşısında “Podmoskovnıye veçera” oxuması ilə yadda qalıb…

Bütün bunlar onu göstərir ki, xarici diplomatik korpusumuz idealdan çox-çox uzaqdır, əksər səfirlərimiz şəxsi işlərilə, bizneslərilə məşğuldurlar, bir çox səfirliklərimizdəki mühit sağlam deyil və sair.

Əlbəttə ki, fəallığı və peşəkarlığı ilə seçilən Fransadakı səfirimiz Leyla Abdullayeva, 2021-ci ilə qədər ABŞ-də, indi isə İngiltərədə səfirimiz olan Elin Süleymanov, yaxud mətbuatla işləməyi bacaran Rumıniyadakı səfir Qüdsi Osmanov və digərləri kimi səfirlər də var. Lakin ümumi heyətdə belələrinin sayı çox deyil…

“Dünya əvvəlki kimi olmayacaq” ifadəsi getdikcə daha çox aktuallaşır və reallıqda öz təsdiqini tapır. Bu tektonik dəyişikliklər fonunda əlbəttə ki, Azərbaycanın xarici siyasətində heç də sonuncu vintciklər olmayan səfirliklərimiz, xarici diplomatik koprpusumuz da zamanın çağırışlarına uyğunlaşdırılmalıdır. Bu sahədə təcrübə ilə müasirliyin vəhdətini təşkil edə bilən peşəkar diplomatlara, daha çevik diplomatik korpusa ehtiyac var və burada, əlbəttə ki, təkcə yeni səfir təyinatları ilə iş bitmir.

Ümumilikdə diplomatik korpusun “vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr” və digər zümrələrdən formalaşması prinsipinə yenidən baxılmalı, sistemli dəyişikliklər edilməli, onun fəaliyyət sahəsinin, imkanlarının genişlənməsinə önəm verilməlidir. Zaman tələb edir ki, xarici diplomatik korpusumuzun “ağır artilleriyası” sabiq iri məmurlar, elitadakı imkanlı ailələrin özünə dinc və rahat həyat axtaran nümayəndələri yox, müasir dünyagörüşlü, peşəkar və savadlı diplomatlar olsun…

Cəlal Məmmədov

“AzPolitika.info”
Ardını oxu...
Respublikada tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara ödənilməsi təcrübəsi müsbət statistik göstəriciləri ilə seçilib. Ticarət və xidmət obyektlərində, eləcə də daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşlara qaytarılan məbləğlər, yeni model nəzarət-kassa aparatlarının sayı artır. Eyni zamanda keyfiyyətsiz kassa çekləri ilə bağlı şikayətlər də artıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, respublikada başladılan yeni model nəzarət-kassa aparatlarına keçid prosesi, o cümlədən ƏDV-nin qaytarılması üzrə geniş kampaniya yüksək nəticələri ilə seçilib. Cari ilin cəmi iki ayında müasir kassa terminallarından istifadə edən müəssisələrin dövriyyəsi daha 9,7 faiz artaraq 3 milyard 908,2 milyon manat təşkil edib. Bu dinamika yeni nəsil cihazların geniş tətbiq sahəsi ilə bağlıdır.

Üstəlik, son vaxtlar daşınmaz əmlak alarkən bu dolayı verginin bir hissəsini geri almaq mümkün olub. Əlbəttə ki, alıcı qanuna tabe olan tikinti şirkətlərinə müraciət edərsə. Beləliklə, yeni texnologiyalarla silahlanmış hökumət tikinti sektorunu nizama salır, alıcılar da öz paylarını alırlar.

Bununla bağlı statistikaya müraciət edək. Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” proqramı çərçivəsində cari ilin yanvar-fevral aylarında pərakəndə satış, tibbi xidmət və ictimai iaşə sahələrində 30,7 milyon manatdan çox əlavə dəyər vergisi Azərbaycan istehlakçılarına qaytarılıb. İki ay ərzində daşınmaz əmlaka görə ödənilən ƏDV-nin məbləği daha təvazökar görünür - cəmi 6,2 milyon manat.

Populyar tanıtımın bumuna baxmayaraq, yerli pərakəndə satışda ƏDV-nin geri qaytarılması ilə hər şey yaxşı getmir. Artıq bir neçə ildir ki, bir çox iri ticarət şəbəkələri vətəndaşlara problemli qəbzlər verir. Alıcılar çox vaxt onlardan ƏDV-ni geri ala bilmirlər: QR kodun çapının keyfiyyətinin aşağı olması səbəbindən qəbzlər təsdiqlənmir.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında deyib ki, ƏDV ilə bağlı çekin oxunmasında problem varsa, bu, vergidən yayınma cəhdidir: “Vətəndaşlar belə hallarda mütləq müvafiq orqanlara məlumat verməlidir ki, vergidən yayınma məsələlərinin qarşısı alınsın. Doğrudur, arada texniki xətalar da olur. Bu, istisna hallardır. Yaxud da kassa aparatının çek çap edən avadanlığında problem olur. Bəzən isə QR kodlar oxunmaz halda çap edilir. Əslində bu da istehlakçıların hüquqlarının pozulmasıdır. Mağazaların borcudur ki, avadanlıqlarını yaxşı vəziyyətdə saxlasınlar.

Ümumilikdə buna bir vətəndaş nəzarəti mexanizmi yaradılmalıdır. Çünki istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların işçilərinin sayı azdır. Bakı şəhərində isə 16 min ticarət obyekti var. deməli, burada bir vətəndaş nəzarəti funksiyası işə düşməlidir. Onların hamısına nəzarət etmək mümkün deyil. Deməli, burada vətəndaş nəzarəti funksiyası işə düşməlidir onlar aktiv olmalıdırlar. Çünki onları ƏDV-dən geri qayıdan vəsaitlər maraqlandırmalıdır. Vətəndaş mövqeyi olaraq hansı mağazalarda belə tipli problem görərlərsə, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət etməlidirlər. Bununla da iş adamlarının məsuliyyəti artar. Onlar da daha məsuliyyətli davranaraq, avadanlıqla bağlı problem aradan qaldırar, həm də əgər ikili kassa aparatları varsa və həmin o verilən çek rəsmi deyilsə, bunun qarşısı alınar.

Mən özüm də həftədə bir neçə dəfə belə halla üzləşirəm və mağazaya iradımı bildirirəm. Doğrudan da texniki səbəblərin olduğunu da görmüşəm. Avadanlıqda katric bitib, yaxud da çekin çapında texniki qüsurlar olub. Çalışmışam ki, məsələ yerindəcə həll olunsun".

Ekspert deyir ki, minlərlə pərakəndə satış yerlərinə dövlətin nəzarət etmə funksiyalarını yerinə yetirməsi çox çətindir: “Demək olar ki, mümkünsüzdür. Orada vətəndaşın nəzarət funksiyaları olmalıdır, dövlət də vətəndaşların verdiyi məlumatlara daha həssas yanaşmalıdır. Bəzi ölkələrdə bu tipli vətəndaşlara hətta mükafatlar da verilir ki, vətəndaş nəzarətini həyata keçirmək daha maraqlı olsun.

Təcrübədə yaşanıb ki, kassa aparatlarının ikili yazılım sistemləri olub. Yəni bəzən çeklər daxili yazılım sisteminə əlavə edilir və bu, rəsmi çek hesab olunmur. Belə hal cinayət tərkiblidir, vergidən yayınmanın üst formasıdır. Dövlətdən vergi gizlətmək kifayət qədər cəzalandırılacaq əməldir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıların ərizələrində göstərilən qanun pozuntularının böyük bir qismi müxtəlif ticarət və iaşə obyektlərində kassa çeklərinin verilməməsi ilə bağlıdır: “ İstehlakçıların ərizələri araşdırıldıqda əksər hallarda onların haqlı olduğu aşkara çıxır. Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai-iaşə, xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi və nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi halları narahatlıq doğurur.

Market və dükanların bir çoxunda alış zamanı xəzinədar tərəfindən kompüterdən çıxarılan qəbzdə (barkod) malların qiyməti və siyahısı, hesablanmış ƏDV əks etdirilir. Alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir və bu sənəd kassa çekini əvəz edə bilməz. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir".
 
Ardını oxu...
Media qurumlarında yer alan xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Qeyd edilir ki, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F polis əməkdaşları tərəfindən tutulublar. Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər.

Görüş baş tutmadıqda G.H və D.F günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər. Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H və D.F 8 sutka inzibati həbs cəzası alıblar.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq verilən məlumata görə, ötən həftə Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsinin bir qrup sakini agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun “Məzun evi”ndən çıxarılmasını xahiş ediblər:

"Həmin “Məzun evi”ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır. Sakinlər agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib. Qəbula gələn sakinlərdən bir qismi agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub".
 
Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.
Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:
Ardını oxu...
Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

TV Müsavat-ın canlı efirinin qonağı Ağ Partiya başqanı Tural Abbaslı olub.

Musavat.com xəbər verir ki, veriliş zamanı Tural Abbaslı paytaxt Bakıda son dövrlər aparılan infrastruktur işlərini tənqid edib.

O, xüsusilə velosiped yollarının çəkilməsi ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib: “Bakıda velosiped yolu nəyə lazımdır? Bu, real ehtiyaca əsaslanmayan qərardır. Əgər işi bilmirsinizsə, istefa verin!”

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə:

 
 
 
Ardını oxu...
"Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlanıb. Təmir prosesinin nə zaman başa çatacağıı bilinmir".

Bu barədə Bakı Konqres Mərkəzindən Teleqraf-ın sorğusuna cavabda bildirilib.

Qeyd edilib ki, mərkəz müvafiq təmir işləri bitəndən sonra fəaliyyətinə davam edəcək.

Mərkəzdən bildirilib ki, tədbirlərin biletləri ilə bağlı məsələyə "İticket" şirkəti aydınlıq gətirilə bilər.

"İticket" şirkətindən isə deyilib ki, Bakı Konqres Mərkəzində təmir müddətində planlaşdırılmış tədbirlərin bilet pulları geri qaytarıla bilər.

"Tədbirlərin təxirə salınması, tarixinin dəyişdirilməsi və ya tədbirlərdən imtina olunması variantları təşkilatçılardan asılıdır. Şirkətimiz tərəfindən hansı tədbirin dayandırılması və ya tarixinin dəyişdirilməsi haqqında məlumat veriləcək. Məsələn, tədbirin yalnız tarixi dəyişdirilibsə, alınmış biletlər keçərli olacaq. Əgər yeni tarix bilet alıcını qane etmirsə, biletləri geri qaytara bilərlər. Biletlərin tam məbləği alıcıya qaytarılacaq", - deyə məlumat verilib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlandığı elan olunub. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb. Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur.

Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.
 
Ardını oxu...
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xətai rayon Məhkəməsin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Dünyapress TV

Xəbər lenti