Ardını oxu...
Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşeron rayonlarında genişmiqyaslı fəsadlara səbəb olub.

XALQ.AZ xəbər verir ki, bu fəsadlardan biri də vətəndaşların mənzillərini su basması olub. Belə ki, Şərur MTK-ya məxsus binada vətəndaş çilçıraqdan su gəlməsindən şikayətcildir.

Adının açıqlamasını istəməyən sakin bildirib ki, binanın dam örtüyünün düzgün qurulmaması nəticəsində yağış suyu onun mənzilinə dolub, elektrik xətlərinə və tavan hissəyə ziyan dəyib.

Sakinlərin sözlərinə görə, buna səbəb də tikinti səhvləri, düzgün quraşdırılma işlərinin aparılmamasıdır.

Qeyd edək ki,”Bakıxanov Residence”də evləri yağış damır xəbəri dərc olunmuşdur.

Məsələ ilə bağlı Şərur MTK-da heç bir açıqlama almaq mümkün olmadı.

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovdur.
Ardını oxu...

Məlumat üçün bildirir ki, “Şərur” MTK-nın sakinləri sosial platformada mütəmadi şikayətlər yazır və onların porblemləri həll olunmur.


 
Ardını oxu...
Rusiya İran casusunu Azərbaycana verməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Azərbaycanda dini ayrı-seçkilik yaratdığı və İrana casusluq etdiyi üçün beynəlxalq axtarışa verilmiş Hacı Zülfüqar Mikayılzadə Rusiyada həbs edilmişdi.

O, Azərbaycan hüquq-mühafizə orqanlarınıən sorğusu əsasında saxlanılmışdı.

"MOUZE"nin əldə etdiyi məlumata görə, Rusiya Hacı Zülfüqar Mikayılzadəni sərbəst buraxıb.
 
Ardını oxu...
Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı ölüb.

TEREF "Report"a istinadla xəbər verir ki, hadisə saat 20:00 radələrində qeydə alınıb.

Belə ki, Göygöl sakini, 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınları ilə avtomobillə Kürdəmir ərazisindən keçərkən halı pisləşib.

Yaxınları onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.
 
Ardını oxu...
Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib.

Biri oğlan, biri qız olmaqla iki uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən beş nəfər kişiyə hücum edərək uşaqları qaçırıb.

Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib.

Bildirilib ki, hadisə ilə bağlı iki qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayəti törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür.

Teleqraf-ın əldə etdiyi məlumata görə, uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının birindən elektron yerdəyişmə ilə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağı qaçırmaq istəyib, məktəb rəhbərliyi işə müdaxilə edib, mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb.

Digər bir məlumata görə, qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynləri arasında münaqişə var. İddiaya görə, saxlanılan digər qadın da həmin uşağın anasıdır.
Ardını oxu...
Bakıda yağan intensiv yağış nəticəsində “Sədərək” ticarət mərkəzini su basıb. Baku TV-nin hadisə yerindən verdiyi məlumata görə, yağıntı nəticəsində bəzi ticarət obyektləri və ara yollar suyun altında qalıb.

Bildirilir ki, ərazidə suyun hündürlüyü 20 santimetrə qalxıb. Hələ ki hansısa mağazaya zərər dəyməyib.

Ticarət mərkəzində işləyənlər kanalizasiya quyularının qapaqlarını açaraq suyun ora axmasına çalışırlar.

 
 
 
Ardını oxu...
“Bakıxanov Residence”də mənzillərin keyfiyyətsiz olması ilə bağlı fakt paylaşılıb.

TEREF xəbər verir ki, bununla bağlı bloger Səma sosial şəbəkədə məlumat verib.

Bildirib ki, mənzili yağan yağışlar səbəbindən su ilə dolur. Hətta binanın liftləri belə işləmir. Tribunainfo.az

 
 
 
Ardını oxu...
  

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

Musavat.com teleqraf-a istinadən xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.

Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.

Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş verən qanunsuzluqlar – korrupsiya və rüşvətlə bağlı son vaxtlar yayılan məlumatlar, deyəsən, yavaş-yavaş təsdiqini tapmaqdadır. Elə götürək, “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı.

TEREF-in Bakupost.az-a istinadən məlumatına görə, sənəddə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Qeyd olunur ki, DTX-dan daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aydındır ki, məsələyə DTX qarışıbsa, demək, ortada ciddi qanun pozuntuları olub və hazırda bu məsələ hərtərəfli araşdırılır.

Bəs, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nələr baş verib? Oradakı qanun pozuntuları nədən ibarətdir?

Qeyd etdiyimiz kimi, hələlik istintaq getdiyi üçün bu suala konkret cavab vermək mümkün deyil. Amma həm Naxçıvan sakinlərinin şikayətləri, həm muxtar respublikanın rəhbərliyi və tibb camesəinin narazılıqları, eyni zamanda mediada yayılan məlumatlar əsasında müəyyən fikir və ehtimallar səsləndirmək mümkündür.

Bu narazılıq və şikayətlərin ünvanı isə əksər hallarda Naxçıvan Muxtar Respublikasının hazırki səhiyyə naziri Samiq Sadıqovdur. Qeyd edək ki, 38 yaşı olmasına rəğmən, nazır karyerasında sürətlə irəliləyib. Belə ki, Samiq Sadıqov 2010-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini, 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.

Cəmi 3 ildən sonra – 2017-ci ildə isə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin olunub. 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.

Əlbəttə, onun vəzifə pillələrində bu cür sürətlə irəliləməsində Ali Məclisin keçmiş sədri Vasif Talıbovun həlledici rolu olub. Vasif Talıbovdan sonra isə o, hansısa yollarla əvvəlcə səhiyyə nazirinin birinci müavini, daha sonra – 2024-cü il mayın 31-də isə səhiyyə naziri vəzifəsinə təyin edilib.

Samiq Sadıqov nazir təyin olunduqdan sonra muxtar respublika hökumətinin qərarına zidd gedərək, Ailə Sağlamlıq mərkəzlərinı Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) deyil, Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə keçirib və büdcə üçün əlavə lazımsız xərclər yaradıb.

Qeyd olunur ki, oxşar vəziyyət Təcili Yardım Mərkəzi, Diaqnostika Mərkəzi (əksər yeyintilər demək olar, bu müəssisə üzərindən həyata keçirilib), Naxçıvan Şəhər Poliklinikası üçün də xarakterikdir. Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyi (İTS), Tibb Müəssisələrinin İdarəetmə Birliyi müstəqil qurumlar olmağına baxmayaraq, muxtariyyətin səhiyyə naziri tərəfindən idarə olunub.

O da qeyd olunur ki, Samiq Sadıqovun yaxınları, ailə üzvləri Naxçıvan İTS və Naxçıvan TMİB-də müxtəlif vəzifələrdə çalışırlar.

Ən ciddi qanunsuzluqlardan birinin isə Ailə Sağlamlıq mərkəzlərinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində müstəqil qurum olmalarına baxmayaraq, əmək haqqını TMİB-in büdcəsindən almasıdır.

Bundan başqa, nazirin vəzifə imkanlarından istifadə edərək, Naxçıvan Sağlamlıq Mərkəzinə guya tibbi aksiya keçirmək adı altında özəl klinikalardan “uzman”lar dəvət etdiyi və bu yolla xeyli qazandığı da bildirilir.

Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşının kəsilməsi də yerli əhalinin ciddi narazılığına səbəb olan məsələlərədn biridir. Buna isə məhz elə Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasının səbəb olduğu deyilir. Belə anlaşılır ki, nazirlik üzə çıxan yeyintini işçilərin maaşı ilə doldurmaq istəyib.

Nazirin ən ciddi maxinasiyaları isə təbii ki, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibb Müəssisələrinin İdarəetmə Birliyi ilə əlbir olub, milyonlarla manatı mənimsəməsi ehtimalıdır. Hesablama Palatasının auditinin də məhz bu istiqamətdəki qanunsuzluqlara fokuslandığı anlaşılır.

Beləliklə, söhbət böyük bir regionda İTS-in ayırdığı milyonlarla manatı qanunsuz yollarla mənimsəməkdən gedir. Bu isə nazir üçün olduqca qaranlıq perspektiv vəd edir: o, ən azı vəzifədən gedəcək. Qanunsuzluqların miqyası deyildiyindən daha böyükdürsə, buna həbs cəzası da əlavə oluna bilər…
 
Ardını oxu...
“Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında qeyd olunan 461.6 milyon manata bərabər maliyyə pozuntuları ilə bağlı fikirlər səsləndirib.

MMP sədri söyləyib ki, belə pullar tək yeyilmir, əksinə, onların arxalarında duran adamlar var:

“Artıq buna öyrəşiblər. Biz isə deyirik, sonra nüfuzdan, hörmətdən düşürük. Ölkədə məmurlardan kim nə qədər qazanırsa qazanır, talayırsa talayır. Danışırıq, kimlərinsə xoşuna gəlmir. Bu gün həmin adamların boğazından yapışmaq lazımdır. Hazırda dövlət büdcəsini dağıtdığına, korrupsiyaya bulaşdığına görə həbsdə nə qədər adam var. İndi həmin rayonlar yenə də elədir, bilmirəm, niyə?”

Onun sözlərinə görə, göstərilən rəqəm Azərbaycan üçün həqiqətən böyükdür:

“Bunu edənlər 500-600 minlik maşınlarda gəzirlər. Belə məmurları işdən çıxarmaq yox, həmin pulu geri ödədib həbs etmək lazımdır. Hərə bir yandan dağıtsa, bu dövlət dövlət olmaz ki…. Biz də nazir olmuşuq, lakin QAZ-31-dən o tərəfə maşınımız olmayıb. Hər zaman dövlətə xeyir verməyi düşünmüşük. Bu məmurlar isə elə deyil, köməkçiləri, katibələri, ailəsi-uşağı üçün bir maşın alırlar. Büdcə dayanmaz axı buna. Ona görə də ciddi tədbirlər görülməlidir. Həmin pullar əllərindən alınıb xalqa açıq şəkildə bildirilməlidir”.
 
Ardını oxu...
"Telegram"da bir sıra tanınmış botların kütləvi şəkildə bloklanması müşahidə olunub.

Sfera.az xəbər verir ki, xidmətin olmaması ilə bağlı xəbərlər aprelin 14-də səhər saatlarında gəlməyə başlayıb.

Bloklananlar arasında kolleksiya hədiyyələrinin tarixini izləmək kimi unikal xüsusiyyəti ilə tanınan @getSendGiftsBot botu da var. Xidmət hədiyyələrin sahibləri haqqında məlumatları, o cümlədən sahiblik tarixi, dəyəri və əməliyyat məlumatlarını dondurub.

Get hədiyyələrinin yaradıcısı hesab edir ki, bloklanma hədiyyə hərəkətlərinin tarixini izləməyə imkan verən botun funksiyası ilə bağlı ola bilər. Onun sözlərinə görə, xidmətdə hədiyyənin verilmə faktı, ilkin və bazar dəyəri, hədiyyələrin vaxtı və mövcudluğu qeydə alınıb. Eyni zamanda, tərtibatçı bloklamanın NFT hədiyyələrinin izlənməsi ilə bağlı olduğuna şübhə edərək, iddiaların xüsusi olaraq istifadəçilər arasında standart hədiyyələrin hərəkəti ilə bağlı məlumatlarla bağlı yarandığını ehtimal edib.
 

Dünyapress TV

Xəbər lenti