Ardını oxu...
DogruXeber.az: - Hesablama Palatası Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.

Ardını oxu...

Bu barədə XALQ.AZ-a Palatadan bildirilib.

Məlumata görə, audit 2022-2023-cü illәri əhatə edib.

Ardını oxu...

Auditin nəticələrinə görə, Agentlik tәrәfindәn 2022-ci ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 3089,0 min manat vә ya 10,0% vә 4078,2 min manat vә ya 6,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 4627,2 min manat vә ya 45,0% az, 2023-cü ildә “әmәliyyat” vә “maliyyәlәşdirmә” fәaliyyәtlәri üzrә müvafiq olaraq 4053,6 min manat vә ya 12,0% vә 33831,1 min manat vә ya 63,0% çox, “investisiya fәaliyyәti” üzrә isә 3226,0 min manat vә ya 54,0% az olmaqla tәsdiq olunmuş smetadan kәnar xәrc icra edilmişdir.

Agentlikdә 2022-ci ildә 9605,8 min manat mәblәğindә 61 müqavilә, 2023-cü ildә 10393,9 min manat mәblәğindә 94 müqavilә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlansa da, “Dövlәt satınalmaları haqqında” Qanunun tәlәblәrinә riayәt edilmәyәrәk ehtimal olunan qiymәtlәr Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 18.03.2019-cu il tarixli 106 nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Malların (işlәrin vә xidmәtlәrin) ehtimal olunan qiymәtlәrinin hesablanması Üsulları”na uyğun hesablanmamışdır.

Ardını oxu...

Eyni zamanda, Qanunun tәlәblәri gözlәnilmәyәrәk 2022-ci ildә 15 halda 945,3 min manat, 2023-cü ildә 19 halda 2229,9 min manat mәblәğindә müqavilәlәr müvafiq satınalma metodu (açıq tender) tәtbiq edilmәdәn birbaşa bağlanılmış, 2023-cü ildә 1 halda әsas şәrtlәr toplusunda müәyyәn edilmiş ixtisas uyğunluğuna bir sıra parametrlәr üzrә cavab vermәyәn podratçı ilә 110,0 min manat mәblәğindә satınalma müqavilәsi bağlanılmışdır. 2022-2023-cü illәrdә 4 halda iş vә xidmәtlәrin hәcminin çox (tәkrar) göstәrilmәsi nәticәsindә icraçılara müvafiq olaraq 28,9 min manat vә 366,8 min manat artıq vәsait ödәnilmiş, 2022-ci ildә 15 halda 7315,5 min manat vә 2023-cü ildә isә 21 halda 6827,7 min manat mәblәğindә bağlanılmış satınalma müqavilәlәri üzrә icraçılardan satınalma müqavilәsinin yerinә yetirilmәsi tәminatı tәlәb olunaraq alınmamış, müqavilәdә nәzәrdә tutulmuş öhdәliklәrini müvafiq qaydada yerinә yetirmәdiyi halda Agentlik tәrәfindәn 2022-ci ildә 1 podratçıya 18,8 min manat, 2023-cü ildә isә 3 podratçıya 57,5 min manat mәblәğindә cәrimә sanksiyası tәtbiq edilmәmişdir.

2023-cü ildә keçirilmiş “Texniki personal üzrә xidmәtlәr”in elektron satınalma prosedurunun şәrtlәr toplusunda iddiaçıların müvafiq sahәdә peşәkarlığının, tәcrübәsinin, texniki vә maliyyә imkanlarının, işçi qüvvәsinin, idarәetmә sәriştәsinin, etibarlığının olmasına dair tәlәblәr qoyulmuş, hәmçinin Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinә әsasәn әmәyin mühafizәsi normalarının vә qaydalarının yerinә yetirilmәsinә bilavasitә cavabdehliyin işә götürәn vә işçi arasında tәnzimlәndiyi qeyd olunmuşdur. Lakin personalın texniki tәhlükәsizliklә bağlı tәlim vә s. (SӘTӘM xidmәtlәri) xәrclәri tәrәflәr arasında bağlanmış satınalma müqavilәsinә daxil edilәrәk tәhvil-tәslim aktlarına әsasәn 4 ay üzrә icraçıya 23,5 min manat (ӘDV daxil) әlavә vәsait ödәnilmişdir.

Ardını oxu...

Qeyd edək ki, 2021-ci ildən 2025-ci ilin mart ayınadək Saməddin Əsədov Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri olub. Ötən ay Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.
Ardını oxu...
Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Quliyev Urfan İlqar oğlunun cinayət işinin təfərrüatı məlum olub. Ona iki maddə ilə bəraət verilib.

Musavat.com xəbər verir ki, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil etməkdə ittiham edilib.

İstintaq orqanı tərəfindən aparılan yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.

U.Quliyev bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, operativ vergi nəzarəti zamanı götürülmüş texniki avadanlıqlara, yaddaş qurğularına və telefonlara baxış keçirilib. Baxış zamanı keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş kompüter və telefonlarda qanunsuz olaraq qumar oyunlarının internet vasitəsi ilə təşkil edilməsi öz əksini tapıb. Belə ki, kompüterin yaddaşında qumar oyunlarının aparılmasına dair hesabat cədvəlləri, gündəlik gəlirlər, xərclər barədə qeydlər aşkar edilib.

Həmçinin bank kartına pul köçürmələri və qumar oyunlarının hesabat cədvəlləri müəyyən edilib.

Urfanın kompüter və mobil telefonlarının yaddaşına yüklənmiş “1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarının linkləri aşkar edilib.

Məhkəmə Urfanın 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinin məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi qənaətinə gəlib.

Urfana 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) maddəsi ilə cəza təyin edilib. Onun barəsində 2 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə ev dustaqlığına buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxsə qeyd edilən iki maddə ilə bəraət verilməsini belə şərh edib.

Belə ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı həm dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, həm də müxtəlif şəxslərin “on-line" internet üzərindən qumar oyunlarının təşkili ittihamı verilib.

Digər tərəfdən isə əldə edilən gəlirdən vergi verilməməsi ittihamı irəli sürülüb.

Bir-birinə ziddi olan iki maddə. Təşkil olunan oyunlar qanunsuzdursa, bundan necə vergi tələb etmək olar?

Göründüyü kimi istintaq orqanı bir tərəfdən qumar oyunlarını icazə verilən fəaliyyət növü kimi qiymətləndirməklə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 192-ci, digər tərəfdən isə qadağan olunmuş əməl kimi həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmasına dair ziddiyyətli nəticəyə gəlib.

Məhkəmə toplanmış sübutların məcmusuna əsasən Urfan tərəfindən 3 milyon manat qanunsuz gəlir əldə etməklə nəticələnən qumar oyunları deyil, akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı əməllər törətməsi qənaətinə gəlib.

Həmçinin ittihamda qeyd edilən əməllərin 2015-2021-ci il tarixlərdə törədilməsi qeyd edilib.

Məhkəmə bildirib ki, həmin dövrdə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi cinayət hesab edilmirdi.

Urfan Quliyev isə ifadəsində “Topaz” məntəqəsi işlətdiyini, işlərinin rəsmi olduğunu deyib. O, xarici mərc saytlarından isə özünün istifadə etdiyini bildirib.
Ardını oxu...
Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
Sumqayıt şəhər sakini Məmmədkərimov İlkin İlqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

“Mən, Məmmədkərimov İlkin İlqar oğlu, yazaraq bildirim ki, sizə müraciətim qida, gigiyena və təmizlik məhsulları, eləcə də dərmanların keyfiyyəti ilə bağlıdır.

Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiyadakı fəaliyyətini dayandırdı. Belə ki, əksər şirkətlər bu ölkədəki aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Həmin vaxtadək Azərbaycana qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar əsasən Rusiyadan gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün ölkəmizə Türkiyə və Asiya ölkələri istehsalı olan markalar gəlməyə başladı. Şübhəsiz, bunların da Rusiya və Qərb ölkələrinin istihsel etdiyi məhsullara nisbətən keyfiyyəti aşağıdır. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq.

Qərb ölkələri istehsalı olan markalar da müharibə səbəbindən daşınma xərclərinin həddən artıq yüksəldiyini əsas gətirərək, ölkəmizə Türkiyə və Asiya ölkələrində istehsal olunan məhsulları gətirməyə başladılar. Məsələn, illərdir Belçika istehsalı olan “Nutricia” brendinin “Aktivia” və “Danone” yoqurtları gəlirdisə, müharibədən sonra Moldova istehsalı olan məhsullar gəlməyə başladı ki, onların da keyfiyyəti aşağı, qiyməti isə yüksəkdir.

Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn, illərdir Rusiya və Avropa ölkələrində istehsal olunan “P&G” brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələrinin məhsulları ilə əvəz olunub. Misal olaraq, əvvəllər Çexiya istehsalı olan “Ariel” yuyucu toz markası gəlirdisə, artıq Türkiyə istehsalı olan mallar gəlir. Eynilə, əvvəllər Belarus istehsalı olan “Fairy” qab şampunu markası gəlirdisə, hazırda Türkiyə istehsalı olan məhsullar gəlir. “Comet” markası isə tamamilə yığışdırılıb.

Əvvəllər Almaniya istehsalı olan ağız baxım markası “Blend-a-med” gəlirdisə, indi onun yerinə Türkiyə bazarı üçün istehsal olunan “Oral-B” diş məcunları gəlir ki, keyfiyyəti bərbaddır. Həmçinin, əvvəllər ölkəmizə İrlandiya istehsalı olan “Oral-B” diş fırçaları gəlirdisə, indi isə Çin malları gəlir. “Unilever” brendi də illərdir Rusiya və Avropa ölkələrində istehsal olunur və otradan ölkəmizə gətirilirdisə, indi “Clear”, “Domestos”, “Rexona”, “Dove”, “Camay”, “Lisnoy Balzam”, “Çistaya Linya” və s. markaları artıq Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrdən gətirilir. “Henkel”, “Johnson & Johnson”, “Reckitt Benckiser” və digər brendlərdə də vəziyyət eynidir.

Dərman vasitələrinə gəldikdə isə, burda da oxşar vəziyyətdir. Məsələn, qrip və soydəyməyə qarşı olan “Johnson & Johnson” brendinə məxsus “Rinza” markası artıq Hindistandan gətirilir, keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün, əsasən yaşlı insanların illərdir qəbul etdiyi “Stada” brendinə məxsus “Kardio Maqnil” dərmanı əvvəllər Almaniyadan gəlirdisə, indi isə Rusiya istehsalı gətirilir.

Ümumiyyətlə, “GSK”, “Bayer”, “Sanofi” və Qərb ölkələrinə məxsus digər dərman brendlərinin məhsulları məqsədli şəkildə yoxa çıxarılır, əvəzində isə Türkiyənin “Nobel İlaç”, “Vəfa İlaç” və s. dərman şirkətlərinin ucuz başa gələn mallar gətirilir, üstəlik də daha baha qiymətə satılır. Məsələn, bakteriyalara qarşı olan “GSK” brendinə məxsus “Zinnat” dərmanı, yaxud Portuqaliya istehsalı olan “Atral” brendinin “NeoChef” dərmanı illərdir satışda yoxdur, bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin “Nobel İlaç” şirkətinin “Meqaçet” dərmanı apteklərə doldurulub ki, onun da keyfiyyəti bərbaddır.

İllərdir Rusiya, Belarus və Ukraynada istehsal olunan “Natrium xlor” sistemi artıq Türkiyədə istehsal olunur. Təsadüfi deyil ki, indi həkimlər də müalicə üçün xəstələrə dərman yazmaqda çətinlik çəkirlər. Çünki əksər dərmanların keyfiyyətsiz olduğunu bilirlər”.

Maraqlıdır ki, bütün bunlarla bağlı Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət edildildikdə, "Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb, uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir, hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər", - deyə cavab verilib.

Xatırladaq ki, bu yaxınlarda astma xəstələri də illərdir aldıqları Avropa istehsalı olan dərmanların tapılmadığını, əvəzində isə baha qiymətə Türkiyə istehsalı dərmanları aldıqlarını, onların da keyfiyyətsiz olduğu haqda mətbuata şikayət etmişdilər. Məsələ ilə bağlı TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, TƏBİB ölkəyə dərman idxalı ilə məşğul olmur.

Məsələnin kökündə isə o dayanır ki, bütün dünyadan fərqli olaraq, bizim ölkədə qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur, olanların da nümayəndəliyinin harda olduğunu, əlaqə nömrəsini heç kəs bilmir. Bir sözlə, ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh qurum olmadığı üçün istehlakçıya bahalı brendlərin məhsulları adı altında keyfiyyətsiz mallar sırınır.

Jalə FAMİLQIZI

Hurriyyet.az
 
Ardını oxu...
Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının istifadəsinə dair audit aparılıb.

XALQ.AZ-ın məlumatına görə, audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni əhatə edib və ciddi nöqsanlar üzə çıxıb.

Məlum olub ki, bir sıra layihələr planlaşdırılarkən texniki-iqtisadi əsaslandırmalar aparılmayıb, bu da vəsaitin məqsədəuyğun istifadə edilməməsinə səbəb olub. Layihələrin icrası müddətlərinə əməl edilməyib, bəzi layihələr gecikib, bəzilərində isə əsaslandırmalar yetərsiz olub. Təhsil müəssisələri üzrə 3 tikinti obyektində smeta və müqavilə həcmlərindən artıq işlərin daxil edilməsi nəticəsində 92 min manat artıq vəsait xərclənib.

5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.

Satınalma prosedurlarında da ciddi pozuntular aşkarlanıb – bəzi hallarda tenderdən əvvəl müqavilələr bağlanıb, bəzi hallarda isə ehtimal dəyəri nəzərə alınmayıb. Nəticədə dövlət vəsaitlərinin səmərəsiz istifadəsi və qanunvericiliyin pozulması halları baş verib.

Hesabatda, həmçinin maliyyə sənədlərində ziddiyyətlərə və qeyri-şəffaflığa diqqət çəkilir. 5 obyekt tabeli qurumlara balansa verilməyib, 2 obyektdə isə avadanlıqların sənədləşməsi düzgün aparılmayıb.

Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə qaytarılması qərara alınıb. Hesablama Palatası İdarədən nöqsanların aradan qaldırılmasını və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

XALQ.AZ məlumat verir ki, 2022-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi İqtisadiyyat nazirinin müşaviri, SOCAR-ın Müşahidə Şurasının üzvü olan Anar Axundov olub.
Ardını oxu...
2022-ci ildən isə Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin direktoru Valeh Mirzəliyevdir.
Ardını oxu...
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən heş bir açıqlama almaq mümkün olmadı.

Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
  

“"28 May” stansiyasının bağlanması nəzərdə tutulmur. Stansiya səhər saat 6-dan 12-yə qədər sərnişinləri qəbul edəcək. Paytaxt sakinləri “Əhmədli” və “İçərişəhər” istiqamətində rahat şəkildə hərəkət edəcək. Ümumiyyətlə, “Əhmədli” və “İçərişəhər” stansiyaları arasında gün ərzində fasilə nəzərdə tutulmur”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Azərbaycan radiosuna deyib.

Ardını oxu...

O bildirib ki, Cəfər Cabbarlı istiqamətinə də hərəkət olacaq:

“Yeganə istisna 28 Maydan Nizami istiqamətində, yəni, “Dərnəgül”ə gedən qatarların yolu həmin vaxt bağlanacaq. Sərnişinlər alternativ nəqliyyatdan istifadə etməklə həmin istiqamətə keçiriləcəklər. Qatarlar “Dərnəgül”dən “Nizami” stansiyasına qədər gələcək, sərnişinlər maneəsiz olaraq Nizami stansiyasından “Dərnəgül” stansiyasına gedə biləcəklər. “28 May” stansiyası ilə “Nizami” stansiyası arasında avtobuslarla əlaqə yaradılacaq”.

Bəxtiyar Məmmədov sözügedən avtobusların pulsuz olacağı ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Bütün variantlara baxılır. Sərnişinlərin data məlumatları əsasında hansı istiqamətlərə gedirlər və nə qədər avtobus lazımdır deyə araşdırılacaq. Kifayət qədər vaxt var. Bütün sərnişinlər əmin olsunlar ki, operativ şəkildə vaxtından əvvəl məlumatlandırılacaqlar”.

Xatırladaq ki, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.

Şahanə Rəhimli
Musavat.com


Ardını oxu...
Şəmkir rayon sakini Möyləqulusoy Fizuli Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid ailəsinin üzvü olduğunu bildirən şikayətçi iddia edir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri hər ay ondan 500 manat rüşvət tələb edirlər:

“Mən, Möyləqulusoy Fizuli Tahir oğlu, çarəsiz qalıb mətbuat vasitəsilə saləhiyyətli qurumlardan kömək istəyirəm.

Bildirim ki, biz Şəmkir-Gədəbəy yolunun kənarında - "Yasamal perevalı" deyilən ərazidə çörək pulumuzu qazanmağa çalışan kasıb ailəyik. Yüngül ticarətlə məşğul olub, ailəmi dolandırıram. Burada heç bir tikintidən söhbət gedə bilməz. Çəkdiyim video vasitəsilə də aydınlıq gətirmişəm. Yoldan xeyli aralı əraziyə qoyduğum stolların yerini hər zaman dəyişmək mümkündür. Bir daha qeyd edim ki, maşın yolundan xeyli aralıda xırda ticarətlə məşğul oluruq.

Əmim oğlu şəhiddir. Onun adından istifadə etmək niyyətində deyiləm. Amma məndən hər ay 500 manat pul istəyən şəxslərə də demişəm ki, şəhid ailəsiyəm, icazə verin çörəyimi qazanım.

Şəmkir Rayon İcra Hakimiyyətində işləyən bir neçə nəfər hər ay məndən 500 manat pul istəyir. Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm".

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Ardını oxu...
Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” hesabında məlumat verilib.

Bildirilib ki, auditin nəticələrinə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.

Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.

Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.

Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.

Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.

TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.

Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.
Ardını oxu...

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görülən mühəndis işi sosial şəbəkələrdə tənqid edilib.

"DogruXeber.az" Milli.Az-a istinadən xəbər verir ki, söhbət Dəmiryol körpüsünün alt hissəsinə taxta şalbanlarla müvəqqəti dəstək verilməsinə cəhd edilməsindən gedir. Sosial mediada yayılan görüntülərdə körpünün metal konstruksiyalarına uyğun olmayan taxta dayaqların yerləşdirildiyi açıq-aydın görünür.

Mütəxəssislər belə müdaxiləni həm texniki baxımdan təhlükəli, həm də sərnişin və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk hesab edirlər. Mühəndislik normalarına əsasən, dəmiryolu infrastrukturu üçün istifadə olunan dayaq materialları xüsusi standartlara cavab verməli və müvafiq texniki nəzarətdən keçməlidir.

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə edib-etmədiyi məlum deyil. Məsələnin nəzarətə götürülməsi və qiymətləndirilməsi üçün müvafiq dövlət orqanlarının açıqlaması gözlənilir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə əvvəllər qeyri-rəsmi nikahda olduğu Fidan Abbasovanın övladının atası kimi tanınması qərarından narazıdır.
Ardını oxu...
Məlumata görə, İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Həmin qərarla Orxan Fidanın 10 yaşlı qızının atası kimi müəyyən edilib. Üzərinə aliment ödəmək öhdəliyi qoyulub.
Ardını oxu...
Orxan ekspertizaya gəlmədiyi üçün qərar atalığın müəyyən edilməsi üçün ekspertiza keçirilmədən qəbul edilib. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib. Fidanın vəkili Asim Abbasov Orxan İsmayılzadənin imkanını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəsə də, məbləğ 500 manat təyin edilib.

Orxanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi atalığın müəyyən edilməsi üçün yenidən ekspertiza təyin edib. Maraqlıdır ki, Orxan yenə yoxlanışa gəlməyib.

O, sübut kimi məhkəmələrə sadəcə bir neçə həkim rəyi təqdim etməklə kifayətlənib. Fidanın vəkili isə alimentin aylıq 2 min manata qaldırılması üçün apellyasiya şikayəti verib. Yuxarı instansiya məhkəməsi yaxında yekun qərarını elan edəcək.

Əldə etdiyimiz digər məlumata görə, Orxan İsmayılzadə məhkəmə qərarını alimentin ödənilməsi hissəsində icra etmir. Sabunçu Rayon Məhkəməsinin qərarında isə göstərilib ki, qərar alimentin ödənilməsi hissəsində dərhal icra edilməlidir. Lakin Orxan 6 aydır aliment ödəməkdən yayınır. İş icraya yönəldikdən sonra o, cəmi 1 ayın alimentini-500 manatı ödəyib.

Vəkil isə aliment tələbi yerinə yetirilmədiyi üçün icra şöbəsinə müraciət edib. İcraçının Orxan İsmayılzadənin əmlakları üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyi bildirilir.

Qeyd edək ki, Mikayıl İsmayılovun oğlu haqqında məhkəmə qərarı var, və məhkəmənin qərarı ilə bu əmlaklarına görə,qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır.
Ardını oxu...
Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.

Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.

Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin məhkəmə qət edib.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı" tərtib olunub.

Amma plastik sahədə kifayət qədər məşhur və pasienti bol olan bir çox həkimlərin adı siyahıda yer almayıb.

Milli.Az həmin həkimləri araşdırıb:

Adları özlərindən, əl işlərindən çox tanınan həkimlərin adının çıxmaması insanları şübhəyə salıb. Adı siyahıda yer almayan Plastik cərrahların adlarını təqdim edirik:

Elməddin Zaidov - Avrasiya Hospital

Vüsal Qiyasov - Baku Medical Plaza

Elşad Rzayev - Medistyle Hospital

Ruslan Qurbanov - Medika Hospital
Mehman Vahabov - HTC Cliniva Hospital

Əmiraslan Əmiraslanov - International Medical Center

Dünyapress TV

Xəbər lenti