Bakının Bakıxanov qəsəbəsində, "Həyat" şadlıq sarayının qarşısında kütləvi dava olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.
Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər.
Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.
TEREF “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın zamanı yaxınlıqda olan avtomobillər də yanıb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış "Toyota", "Mercedes", VAZ-2107 və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri və "Opel" markalı minik avtomobilinin dam hissəsi yanıb.
Xəbər verdiyimiz kimi, ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.
“Qafqazinfo”nun məlumatına görə, Telman Omarov uşağı günorta saatlarından izləyirmiş.
Azyaşlının nənəsi bildirib ki, uşağın itdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb:
“Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb”.
Qeyd edək ki, T.Omarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.
Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.
Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.
TEREF AZƏRTAC-a istinadla xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.
P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.
Türkiyənin Mersin şəhərində polis turistlər üçün hazırlanmış saxta 2 avro nominallı pulları ələ keçirib. Ümumilikdə 5 min ədəd sikkə müsadirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Əməliyyat zamanı şübhəli bilinən beş nəfər saxlanılıb. Onlardan içərisində saxta avro olan lentə bükülmüş beş ədəd qara torba götürülüb.
Dindirmə zamanı məlum olub ki, saxta sikkələrin turistlərə ödəniş etmək üçün turizm bölgələrində istifadəsi planlaşdırılıb. Saxta pulların İstanbuldan Mersinə gətirildiyi müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, aprelin 19-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
Xəbər verdiyimiz kimi, ötən gecə "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə olub.
32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.
Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Həmçinin hadisənin baş verdiyi Şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir".
Bəs bu hadisədən sonra şadlıq sarayı bağlana bilər?
"Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir", deyə AQTA-dan bildirilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, sözügedən şadlıq evində bu axşam da toy məclisinin keçirilməsi nəzərdə tutulub. Restoranda toy qiymətləri isə bir nəfər üçün 80 manatdan başlayır.
Ötən gün Səhiyyə Nazirliyi fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqladı.
İndi hamını maraqlandıran məsələ adı həmin siyahıda olmayan plastik cərrahların aqibətidir.
“Xəzər Xəbər” vəziyyəti öyrənmək üçün adı siyahıda olmayan bəzi plastik cərrahlarla əlaqə saxlayıb. Onlar isə öz işlərinə davam etdiklərini bildirdilər.
Bəs adları siyahıda olmayan belə həkimlərə nəzarət mexanimzi necə olacaq?
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, tibb müəssilərində yoxlamalar planlı şəkildə aparılır. Şikayət əsasında keçirilən plandankənar yoxlamalarla isə belə qanunsuz hallar daha tez aşkarlana bilər.
Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə isə, sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət edə bilərlər. Adları siyahıya daxil edilməyən həkim-mütəxəssislər isə yalnız ali tibb təhsili sənədinə uyğun onlara verilən ixtisaslar üzrə fəaliyyətlə məşğul ola bilərlər. Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər.
Suda qalan avtomobili qaldırıcı kranla çıxarırılar...Belə görüntülərə son iki gündə şəhər ərazisində və respublika əhəmiyyətli yollarda rast gəlmək mümkün idi...
Xezerxeber.az xəbər verir ki, intensiv yağış təsərrüfat və daşınmaz əmlakla yanaşı, nəqliyyata da xeyli ziyan vurdu.
Bəs suda qalan avtomobillərdə sonradan hansı texniki problemlər yaranır?.
Usta Sahil Ağabəyli hesab edir ki, su elektronikası çox və istehsal tarixi yeni olan avtomobillərə ziyan vurur.
Bu arada yağışlı havanın vurduğu zərərin məbləği də açıqlanıb. Sığortaçılar Assosasiyasının icraçı direktoru Elmar Mirsalayev deyir ki, 15-16 aprel tarixlərində sığorta şirkətlərinə xeyli müraciət daxil olub və bütün müraciətlər araşdırılır.
İcraçı direktor onu da əlavə etdi ki, sığorta şirkətlərinə daxil olan müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə respublikanın digər bölgələrində qeydə alınıb. Suda qalan avtomobillərdən də yalnız kasko sığortası olanlara dəyən zərər ödənilə bilər.