Ardını oxu...
  

İranda mühasirədə qalan müğənni Lara vətəni Türkiyəyə qayıdıb.

Bu barədə müğənni özü məlumat verib.

Orada vəziyyətinin pis olduğunu deyən sənətçi artıq rahat və təhlükəsiz yerdədir. 

Xatırladaq ki, Lara iranlı həyat yoldaşı Mehdi Kariminin ailəsini ziyarət etmək üçün İrana getmişdi.

Lara sosial şəbəkədə "İrandayam, vəziyyət çox gərgindir. Sosial mediaya çox çətinliklə daxil oldum. Nə telefon işləyir, nə də internet var. Dualarınızı əsirgəməyin. Allah İran xalqının yanında olsun" - deyə paylaşım etmişdi./Milli.Az 

Ardını oxu...
İsrail ordusu İrandan yeni raket hücumları qeydə alıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qabaqlayıcı tədbirlər görülüb. Ölkənin bir sıra ərazilərində hava hücumu xəbərdarlığı elan edilib, əhaliyə mühafizə olunan ərazilərə sığınmaq barədə təlimat verilib.
Ardını oxu...
Hindistanda baş verən dəhşətli təyyarə qəzası dünya ictimaiyyətində, o cümlədən Azərbaycanda ciddi narahatlıq yaradıb. Bu cür hadisələr xüsusilə də mütəmadi uçuş edən insanlar arasında aviofobiyanın, yəni uçuş qorxusunun güclənməsinə səbəb olub. Qeyd edilir ki, belə xəbərlər təkcə qəza qurbanlarını deyil, cəmiyyətin psixoloji durumunu sarsıdır.

Uçuş qorxusundan xilas olmaq mümkündürmü?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, beynimiz belə xəbərləri “təhlükə siqnalı” kimi qəbul edir və şüuraltı qorxuları gücləndirir:

“Əvvəldən aviafobiya yaşayan insanlarda bu narahatlıq daha da çoxalır. Beynimiz təyyarə qəzası kimi dramatik hadisələri ölüm təhlükəsi ilə assosiasiya edir. Başlıqlarda istifadə olunan “dəhşətli”, “faciə”, “ölüm” kimi sözlər təsirini ikiqat artırır. Bəziləri idarəedilməz mühitdən, bəziləri isə hündürlük və qapalı məkandan qorxduğu üçün fobiya yaranır. Qəza xəbərləri qorxuları rasional deyil, instinktiv səviyyədə dərinləşdirir”.

Psixoloq bildirib ki, aviofobiyadan qurtulmaq mümkündür:

“Ən effektiv metodlardan biri davranış terapiyasıdır (BDT). Bu, qorxuların səbəbini anlamağa və onları daha məntiqli düşüncələrlə əvəzləməyə kömək edir. Nəfəs məşqləri, vizualizasiya, mərhələli simulyasiya və bəzi hallarda eksponensial yanaşma da müsbət nəticə verir. Fobiya həyat keyfiyyətinə ciddi təsir edirsə, mütləq psixoterapevt dəstəyi alınmalıdır. Uçuşlar statistik baxımdan ən təhlükəsiz nəqliyyat vasitələrindəndir, lakin insan beyni emosional təcrübələrə reaksiya verir. Məhz bunun mənbəyini başa düşmək və onları dəyişmək əsas hədəf olmalıdır”.
Ardını oxu...
2001-ci il idi. Qarabağı və 7 rayonu ərazicə və əhalicə özündən 2-3 dəfə kiçik Ermənistana uduzmuş Azərbaycanı Rusiya və İran küncə sıxmaqla məşğul idi.
Heydər Əliyev səhhətilə bağlı xəstəxanalara, həkimlərə üz tuturdu, Elçibəy 1 il əvvəl vəfat etmişdi. Müxalifət klassik və islahatçı qanadlara bölünmüşdü.
Azərbaycanı Qarabağdan imtinaya məcbur etmək istəyirdilər. Ən böyük təhdid isə İrandan idi. İran hərbi gəmiləri dəniz sərhədində hazır dayanmışdılar. İran təyyarələri Azərbaycanın hava sərhədini tez-tez pozur, Bakını bombalamaqla təhdid edirdilər. Və bir gün günorta zamanı Bakının üzərində qırıcılar uçmağa başladı. İnsanlar çaşqın halda evlərdən, ofislərdən çölə çıxdılar.
Başımızın üzərindən F-16-lar uçurdu. Türkiyə yardıma gəlmişdi. Bakıda əhali küçəyə tökülmüşdü. F-16-lar bir aya yaxın Azərbaycanda qaldılar. İran təyyarə və gəmilərini yığışdırıb geri çəkildi. Təbii ki, Türkiyəyə F-16-ları göndərməyə həm də NATO icazə vermişdi. O jest olmasa idi, bəlkə də İran Bakını həqiqətən bombalayacaqdı.
Müharibə, qaçqınlıq görmüş bir şəxs kimi savaşların əleyhinəyəm. Amma bəzən tarixi unutmuşlara xatırlatmaqda fayda var.
Fikrət Hüseynli.
 
Ardını oxu...
Şizofreniyadan sağalan və Nobel mükafatı qazanan alimin inanılmaz ölümü

Con Neş oyun nəzəriyyəsinə verdiyi böyük töhfələrlə istedadlı riyaziyyatçı kimi şöhrət qazandı. Lakin onun taleyinə qorxunc psixiatrik diaqnoz — paranoid şizofreniya — müdaxilə etdi və bu xəstəlik az qala onun karyerasının sonu olacaqdı. Xəstəlik Neşin həyatını ciddi şəkildə dəyişsə də, o, buna qalib gəlməyi bacardı.

1959-cu ildə bu diaqnoz qoyulduqdan sonra Neş Massaçusets Texnologiya İnstitutundakı vəzifəsini tərk etməli və bir müddət "qürub etməli" oldu. Qeyri-sabit davranışlar, dəfələrlə xəstəxanaya yerləşdirilməsi və sayıqlamalar — bütün bunlar az qalmışdı ki, dünyanı dahi riyaziyyatçıdan məhrum etsin. Belə ağır bir diaqnoz zamanı dərman terapiyası adətən effektli olmur, lakin Con Neş istisnaya çevrildi və 1980-ci illərə doğru aydın düşüncə ilə elmi aləmə geri döndü.

Con Neş: hər şeylə maraqlanan uşaqdan riyaziyyat dahisinə

Gələcək riyaziyyat dahisi 1928-ci il iyunun 13-də ABŞ-ın Qərbi Virciniya ştatında elektrik mühəndisi atanın və ailə qurana qədər 10 il müəllim işləmiş ananın ailəsində anadan olmuşdu. Uşaqlıqdan qeyri-adi intellektual bacarıqları ilə seçilən Neş çox oxuyan və çox maraqlanan idi. Valideynləri onun elmə olan marağını dəstəkləyirdilər, eyni zamanda, digər uşaqlarla çətin sosiallaşmasından narahat idilər.

Ardını oxu...
O, 16 yaşında Karnegi Texnologiya İnstitutuna daxil olaraq kimyəvi maşınqayırma sahəsində təhsil almağa başladı. Lakin professorlar onun qeyri-adi riyaziyyat qabiliyyətini görərək, Neşi ixtisasını dəyişməyə razı saldılar.

1948-ci ildə o, riyaziyyat üzrə həm bakalavr, həm də magistr dərəcələrini qazandı və Prinston Universitetinin aspiranturasına daxil olmağı qərara aldı. Bu yeni təhsil ocağında Neş cəbr həndəsəsi sahəsində əsl elmi sıçrayış edərək, özünü istedadlı riyaziyyatçı kimi tanıtdı.

Prinston Universitetində təhsil və elmdə ilk uğurlar

Prinston Universitetindəki təhsil sayəsində gənc alim 27 səhifəlik dissertasiya yazdı. Bu işdə o, daha sonra "Neş tarazlığı" kimi tanınacaq ideyanı təqdim etdi və oyun nəzəriyyəsini dəyişdi.

Neş öz teoremini 1951-ci ilin oktyabrında “Annals of Mathematics” jurnalında nəşr edənə qədər oyun nəzəriyyəsində əsasən Con fon Neymanın minimaks teoremi dominant idi. Bu yanaşmada diqqət sıfır cəmlə oyunlara yönəlmişdi — bir oyunçunun qazancı digərinin uduzması ilə nəticələnirdi. Neş isə sübut etdi ki, hətta rəqabətli şəraitdə də belə bir tarazlıq mövcuddur ki, heç bir oyunçu öz strategiyasını birtərəfli qaydada dəyişməklə uda bilməz.

İlk baxışda bu fikir sadə səslənsə də, Neşin teoremi çox universal idi, elm və həyatın, praktiki, bütün sahələrinə tətbiq oluna bilərdi.

Həmin 1951-ci ildə Neş Massaçusets Texnologiya İnstitutunda dərs deməyə başladı və paralel olaraq, yüksək səviyyəli riyazi problemlərlə məşğul oldu. Geniş kütlələr Neşin nailiyyətlərini layiqincə qiymətləndirməyi həmişə bacarmasalar da, elmi dairələrdə o, "tündməcaz və eqosentrik, lakin çox istedadlı alim" kimi tanınırdı. 1950-ci illər ərzində o, diferensial həndəsə və diferensial tənliklər sahəsinə mühüm töhfələr verdi.

1958-ci ilə qədər Neş uğurlu karyerası, sevimli hamilə arvadı vardı və “Fortune” jurnalı onu dünyanın ən parlaq riyaziyyat zəkalarından biri adlandırmışdı. Neş özü isə arzuladığı riyaziyyat mükafatlarından heç birini hələ də qazana bilmədiyindən narahat idi.

Amma onun həyatındakı ən böyük problem bu deyildi. 1959-cu ildə, cəmi 30 yaşında ona məşum paranoid şizofreniya diaqnozu qoyuldu.

Diaqnozla yaşamaq: Con Neşin şizofreniya ilə mübarizəsi

Ağır xəstəliyin simptomları Neşdə özünü aydın göstərdi. O, qırmızı qalstuk taxan hər kəsi ona qarşı qurulmuş kommunist sui-qəsdin iştirakçısı sayır, yadplanetlilərin ona şifrəli mesajlar göndərdiyinə inanırdı. 1959-cu ilin əvvəlində Kolumbiya Universitetində anlaşılmaz mühazirə oxuduqdan sonra həmkarları ona həkimə müraciət etməyi tövsiyə etdilər.

Psixiatrlar Neşi bir ay xəstəxanada saxladılar. Bu müddət ərzində onun sayıqlamaları və paranoyaları daha da gücləndi. Ona qoyulmuş diaqnoz antipsixotik preparatlarla və insulin terapiyası ilə müalicə edilirdi.

Alimin vəziyyəti, müalicəyə baxmayaraq, pisləşməkdə davam etdi. Nəticədə o, həyat yoldaşından ayrıldı və riyaziyyat karyerasını müvəqqəti dayandırdı.

Neş sonralar etiraf edirdi ki, dərmanları yalnız yaxınlarının təzyiqi ilə qəbul edirdi. Lakin görünür, elmi məşhurluq arzusu xəstəlikdən güclü idi və Neşi yavaş-yavaş sağalmağa aparırdı. 1970-ci illərdə terapiya tamamilə dayandırıldı. 1980-ci illərdə isə Neş ağıl sağlamlığını bərpa edərək, şizofreniyadan sağaldı — halbuki o dövrdə bu xəstəlik müalicəolunmaz sayılırdı.

Sağalma, son illər və alimə vida

Neşin sağalması həmin dövr psixiatriyası üçün həqiqətən də heyrətamiz bir hadisə idi. Mütəxəssisləri daha da təəccübləndirən o idi ki, sağalandan sonra elmi fəaliyyətə qayıtdı, 1994-cü ildə isə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Con Neş sağalmasını keçmiş həyat yoldaşının dəstəyilə izah edirdi. Boşansalar da, qadın onun üçün hər zaman ən yaxın dost və dayağa çevrilmişdi (1970-ci ildə xəstəxanadan çıxan Neş keçmiş arvadının evində və himayəsində yaşayırdı, onlar 1990-cı illərdə münasibətlərini bərpa etdilər - Press klub).

2015-ci ildə “Scientific American” jurnalında dərc olunan bir tədqiqatda Neşin sağalmasına təsir edən amillər araşdırıldı. Alimlər əsas səbəblər kimi simptomların gec başlamasını, onun yaşını, yüksək intellekt səviyyəsini və əlverişli sosial mühiti qeyd edirdilər.
Ardını oxu...
Sağalmış Neş yalnız Nobel mükafatı ilə kifayətlənmədi. 2015-ci ildə ona riyaziyyat üzrə ən nüfuzlu mükafatlardan biri — norveçli riyaziyyatçı Nils Henrik Abelin şərəfinə verilən Abel mükafatı təqdim olundu. Uzun illər arzuladığı bu uğuru qazandıqdan bir neçə gün sonra Neş və həyat yoldaşı taksidə avtomobil qəzasına düşdülər və təhlükəsizlik kəməri taxmamaları üzündən həlak oldular. Vəfatı zamanı Con Neşin 86 yaşı var idi.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: BURDA

P.S. 2001-ci ildə Con Neş haqqında “Möhtəşəm zəka” (“A Beautiful Mind”) bioqrafik filmi çəkildi. Neş rolunda Rassel Krounun çəkildiyi film 8 nominasiyada “Oskar” kinomükafatına namizəd oldu və onların yarısında (ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı adaptasiya olunmuş ssenari və ən yaxşı ikinci plan qadın rolu) qalib gəldi - Press klub.
 
Ardını oxu...
Gəncədə güllələnmə hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
Ardını oxu...
Qəbələ rayonunda qətl hadisəsi törədilib.
TEREF “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə saat 19:00 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Sibir dağlarında 42 il boyunca heç bir insanla qarşılaşmadan yaşayan Lıkov ailəsi, dünyanın ən təcrid olunmuş ailələrindən biri kimi tarixə düşüb. 1936-cı ildə Sovet rejiminin dini təzyiqlərindən qaçaraq meşəyə sığınan ailə, 1978-ci ildə helikopterlə kəşfiyyat aparan pilot tərəfindən təsadüfən aşkar olunub. Ailənin yaşadığı kulübə heç bir xəritədə yer almırdı və ən yaxın yaşayış məntəqəsindən 150 kilometr uzaqlıqda yerləşirdi.
Ardını oxu...
Sherg.az xəbər verir ki, geoloqların çətinliklə çatdığı bu bölgədə Lıkovlar təbiətin verdikləri ilə dolanaraq yaşayıblar. Ərzaqlarını kartof, çam fıstığı, vəhşi meyvələr və ovladqları heyvanlarla təmin edib, geyimlərini təbii liflər və ağac qabıqlarından hazırlayıblar. 1961-ci ildə güclü qar yağışı nəticəsində bütün məhsullar məhv olub və ana Akulina, uşaqlarının sağ qalması üçün öz canını fəda edib.
Ardını oxu...
Ailə üzvləri illərlə dünyada baş verən hadisələrdən – müharibələrdən, texnoloji inkişaflardan xəbərsiz olublar. Onları ziyarət edən alimlərin gətirdiyi hədiyyələr arasında ən çox sevinclə qarşılanan isə duz olub. Ailə başçısı Karp Lıkov, 42 illik duzsuz həyatın əzab olduğunu bildirib.
Ardını oxu...
1980-ci illərdə ailənin əksər üzvləri vəfat etsə də, kiçik qızları Aqafya Lıkova bu gün də Sibir meşələrində, müasir dünyadan uzaq, inanc və həyat tərzinə sadiq şəkildə yaşayır. 2025-ci il etibarilə Aqafya 81 yaşındadır.
Ardını oxu...
Avtomobil ehtiyat hissələri bazarında paradoksal bir vəziyyət yaranıb: "orijinal" markası çoxdan keyfiyyət zəmanəti olmaqdan çıxıb. Araşdırmalar göstərir ki, orijinal kimi satılan hissələrin 30 faizə qədəri şübhəli mənşəyə malikdir. Avtomobil sahibləri hər il xeyli miqdarda artıq pul ödəyir, lakin qarşılığında gözlənilən keyfiyyəti əldə etmirlər.

Pravda.ru-nun verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Konstantin Liqaçyov bu barədə danışıb.

Onun sözlərinə görə, hətta avtomobil istehsalçısının brendi altında satılan hissələr belə keyfiyyət baxımından ciddi şəkildə fərqlənə bilər. Bəziləri, həqiqətən də, yeni avtomobillərlə eyni konveyerdən çıxır. Digərləri isə kənar şirkətlər tərəfindən istehsal olunur. Üçüncülər isə köhnəlmiş və istismardan çıxarılmış avadanlıqlarda hazırlanır.

Zəmanət, yoxsa şans oyunu?

O, hər "orijinal" detalın yüksək keyfiyyətə malik olmadığı barədə xəbərdarlıq edib.

"Hər şey onun haradan alındığından asılıdır. Rəsmi dilerdən alınan ehtiyat hissələri, adətən, sertifikatlı olur, zəmanət təqdim edilir və keyfiyyət sabit olur. Amma bazarda və kiçik mağazalarda vəziyyət fərqlidir - burada hər şey şansa bağlıdır", - deyə Liqaçyov bildirir.

Loqo hər şey demək deyil

Qablaşdırma üzərində tanınmış avtomobil brendinin loqosu olsa da, bu, onun yüksək keyfiyyətli məhsul olduğuna zəmanət vermir. Çünki bəzi hissələr iri şirkətlərin illərlə istifadə etdiyi və sonradan istifadədən çıxardığı köhnə avadanlıqlarda istehsal olunur. Bu prosesdə isə ucuz materiallardan və sadələşdirilmiş texnologiyalardan istifadə edilir.

Almaq, ya almamaq - necə qərar verməli?

Əgər siz avtomobilinizdən etibarlılıq, uzunömürlülük və rəsmi zəmanət gözləyirsinizsə, yalnız tanınmış və rəsmi mənbələrdən alınmış orijinal detallar seçməlisiniz. Amma əgər məqsədiniz sadəcə mənzil başına çatmaqdırsa, daha əlçatan alternativlər də iş görə bilər.

Əsas məsələ aldığınız detallarla bağlı nəyi gözlədiyinizi və hansı risklərə getdiyinizi dərk etməkdir.

 
 
 
Ardını oxu...
Şəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.
TEREF "Unikal"a istinadla xəbər verir ki, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər.
Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib və boğulmağa başlayıb. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.
Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verib. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.
Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti