Ərdoğanın başına 800 min dollar qoyduğu amerikalı dələduz-jurnalist
Michael Rubin: “Azərbaycanda mənə bir xalça verdilər. Pişiklərim onu çırıq-çırıq elədi”
“American Enterprise Institute” (AEI) yüksək ranqlı əməkdaşı Michael Rubin (1971) əvvəllər Pentaqonda məmur kimi çalışıb. Amerika mətbuatında əsasən Azərbaycan, Ermənistan, Türkiyə, İran, Rusiya kimi ölkələrlə bağlı təhlil yazıları ilə çıxış edir.
Azərbaycan və Türkiyə rəsmiləri ilə bir vaxtlar “şirin-şəkər-bal” kimi münasibətləri olub. Müvafiq olaraq Ermənistanı asıb-kəsib. Xeyli müddətdir ki, Michael Rubin öz mövqeyini 180 dərəcə dəyişib. O, sahibi olduğu “19fortyfive.com” saytında “Of Course, I Switched Sides On Armenia And Azerbaijan. Here’s Why” (Əlbəttə, Ermənistan və Azərbaycana münasibətim ciddi şəkildə dəyişib. Niyəsini izah edirəm) adlı məqalə ilə çıxış edib.
Gördüyünüz kimi, müəllif özü bir daha oxuculara izahat verməyi lazım bilir. İzahatda isə əcaib arqumentlərdən istifadə olunur. Məsələn, onun 2011-ci ildə qələmə aldığı "What is wrong with Armenia" (Ermənistanda yanlış olan nədir?) adlı məqaləsində deyilir ki, Ermənistan İrana dəstək verir, müvafiq olaraq ABŞ-a münasibətdə antoqonist mövqeydə dayanır. Türkiyə və Azərbaycan üçün həssas alan qondarma “erməni soyqırımı” məsələsinə də ciddi şübhə ilə yanaşır və deyir ki, bu işi tarixçilərin müzakirəsinə buraxmaq lazımdır (cənab Ərdoğan da belə deyirdi). Müəllif Ermənistanı Rusiyanın əlində yer alan oyuncaq ölkə adlandırır. Ermənistanı İranın əlaltısı kimi təqdim edir. Bir az da qızışaraq deyir ki, Ermənistan ABŞ-ın milli maraqlarına təhlükədir. Digər məqalələlərində isə ABŞ rəhbərliyinə məsləhət görür ki, Türkiyə ilə müttəfiqliyi gücləndirmək lazımdır. Türkiyə ABŞ-ın ən etibarlı müttəfiqidir və.s.
Qeyd etdiyim kimi, mövqeyini 180 dərəcə dəyişən Michael Rubin indi tam əksini iddia edir. Son məqaləsində deyir ki, bəzi azərbaycanlılar guman edir ki, mövqeyimin dəyişməsi pulun motivasiyası ilə bağlıdır. Amerikalı azərbaycanlıların belə düşünməsini bizim milli dəyərlərlə əlaqələndirir, mövcud düşüncə tərzimizdən gəlir. O yazır: “Azərbaycanda keçirilən bir konfransından sonra mənə bir xalça verdilər. Pişiklərim onu dərhal çırıq-çırıq etdi”.
Kimsə düşünə bilər ki, Azərbaycan iqtidarı Michael Rubin-in pul-parasını kəsib, ona görə də amerikalı dələduz mövqeyini dəyişib. Yox, bu, bizim iqtidarın vərsizliyi ilə bağlı deyil.2017-ci ilin iyun ayında Tayyib Ərdoğan Türkiyə məhkəməsində Michael Rubin-ə qarşı dava açdı. Amerikalı rəsmi şəkildə “Fətullahçı Terror Təşkilatına dəstək vermək və cinayətlər törətmək”də ittiham olunurdu. 2017-ci ilin dekabrında isə Türkiyə dövləti rəsmən elan etdi ki, Michael Rubin-i Türkiyəyə təslim edilməsinə yardımçı olan şəxsə 3 milyon Türkiyə lirəsi (o vaxt 800 min dollar edirdi) mükafat veriləcək.
Michael Rubin 2020-ci ilin 16 dekabında, yəni 44 günlük müharibə Zəfərlə başa çatdıqdan az sonra “Azerbaijan’s cynical approach to Jews is demeaning to all” (Azərbaycanın yəhudilərə iyrənc (sinik) yanaşması hamını alçaldır) adlı məqalə ilə çıxış etdi. Xatırladım ki, o vaxt ABŞ-da möhtəşəm gücə sahib olan yəhudi lobbisi Azərbaycanın müdafiəsi üçün bəlli işlər görürdü. Belə bir ortamda Amerika Erməniləri Milli Komitəsinin çətiri altına kef edən Michael Rubin Azərbaycanda yəhudilərə olan münasibəti ən qara boyalarla amerikalılara təqdim etməyə çalışdı. Şübhəsiz ki, bu məqalə xüsusi sifarişlə yazılmışdı. Həmin məqalədə deylirdi: “Bu payız baş vermiş Dağlıq Qarabağ müharibəsi fonunda Vaşinqtonda daha bir döyüş gedir: münaqişə tərəfdarları Amerika yəhudilərini öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fikrincə, Azərbaycan bütün xalqlar üçün tolerant olan maarifçi cəmiyyətə sahibdir, Ermənistan isə Adolf Hitlerə dəstək verən dərin antisemit bir ölkədir”.
Müəllif and-aman edir ki, Azərbaycan və Türkiyədə yəhudilərə münasibət səmimi deyil: “Vaşinqton və ya Yerusəlim (Qüds) Ankara və ya Bakının istəklərinə tabe olmasa, dini tolerantlıq həmən aradan qalxacaq”. O, daha da həyasızlaşaraq yazır ki, Türkiyə və Azərbaycan əslində yəhudiləri girov saxlayır...
Bir sözlə, adam (adammı?) yəhudi lobbisini Azərbaycan və Türkiyənin müdafisəindən çəkindirmək üçün əcaib yalanlar uydurur...
Rusiya qazının Qaradəniz üzərindən Türkiyəyə ötürülməsini təmin edən “Türk axını” (TurkStream) boru xəttinə qarşı amansız mübariz kimi tanına Michael Rubin istəyinə nail olmadı. Onun ABŞ və Avropada apardığı əks-təbliğat kampaniyası iflasa uğradı...
Təbi ki, bütün ermənilər kimi, Michael Rubin də ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardımı (ildə 120 milyon dollara yaxın) kəsməyi, həmin yardımı Ermənistana verməyi tələb edir. Bədnam "907"-ci düzəlişin yenidən qüvvəyə minməsini istəyir...
ABŞ başda olmaqla Qərb mətbuatında və siyasi arenasında Michael Rubin tipli bir sürü fırldaqçı var. Pulunu verəndə o, türkçü-Turançı olur, pulunu kəsəndə isə həmən Amerika Erməniləri Milli Komitəsinin yanında yer alır. Düşünün ki, bu adam o qədər ermənipərəst olub ki, Amerika Erməniləri Milli Komitəsinin saytında onun palaz-palaz yazıları gedir...
Elbəyi Həsənli, Sürix
Teref.az
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti