Cəlladın hiyləsi: Köçəryan Ermənistanı "gözətçi it" roluna qaytarmaq istəyir
Ermənistanın sabiq Prezidenti, Xocalı cəlladı kimi tanınan terrorçu Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirib və Ermənistanın düşdüyü çətin vəziyyətdən çıxış yollarını göstərib. Köçəryan hesab edir ki, Ermənistanın acınacaqlı durumdan çıxması üçün Baş Nazir Nikol Paşinyan hakimiyyətdən getməli, ordu güclənməli, ölkənin xarici dövlətlərlə əlaqələri yenidən qurulmalıdır.

"Heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək. Regionda bizim amilimiz azalıb. Düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masası üzərindəyik, onun ətrafında deyilik”, - Köçəryan vurğulayıb.

Sabiq Prezident hesab edir ki, Rusiya ilə zəifləyən münasibətlər yenidən gücləndirilməlidir ki, bu, Ermənistanın dirçəlməsinə, Qarabağ məsələsində İrəvanın istəklərinin yerinə yetirilməsinə nail olunsun.

Bununla yanaşı, Köçəryan İranla münasibətlərin dərinləşdirilməsinin vacib olduğunu söyləyib: "İndi İranla razılığa gəlmək, münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Bunun üçün hələ gec deyil. Çünki Tehran üçün regionda "milli maraqların" qorunması önəmlidir".

Xocalı cəlladının açıqlamaları, xüsusilə Rusiya və İranla münasibətlərin inkişafı ilə bağlı mülahizələri erməni ictimaiyyətinin özündə ironiya ilə qarşılanıb. Müxalifətdə olan Köçəryanın hakimiyyətə gələrək Ermənistanı Rusiyanın boyunduruğuna daha dərin salmaq istədiyi bildirilir.

Analitik Razmik Akopcanyan hesab edir ki, sabiq Prezident Ermənistanın təhlükəsizlik baxımından zəifliyini dərk etməklə bərabər, bunu yanlış yerdə - qeyri-sabitliyə qucaq açan yaramaz dövlətlərdə axtarır: "Köçəryan qeyd edir ki, Rusiya ilə sıx bağlı olmalıyıq və müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Bu ifadələrin hər ikisi, axmaq yanaşmadır".

"Ondan başlayaq ki, Ermənistanı suverenlik və müstəqilliyin bir çox elementlərini itirməsinə məhz Köçəryan gətirib. Köçəryan dövlətimizin bir növ “gözətçi iti” rolunda Kremlə bağladı. Rusiyanın ən yüksək rütbəli müxtəlif növ məmurları tərəfindən açıq-aşkar təhqir olunurduq. Amma bu, Köçəryanı o qədər də narahat etmirdi. O, həmişə yalnız şəxsi hakimiyyətin təhlükəsizliyindən narahat olub", - deyə politoloq qeyd edib.

Akopcanyan vurğulayıb ki, Köçəryan hakimiyyətdə olduğu dövrdə Ermənistanı yadelli işğalçı kimi talayıb: "Onu indi yağ-bal içərisində yaşadan pullar, siyasi partiyasına sponsorluq etdiyi milyardlarının hamısı Rusiyanın xeyir-duası ilə əldə edilib. Erməni xalqından, vətənimizdən oğurlanan pullardır. Əslində Köçəryan Kremlin gözündə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yumşaq analoqudur. Yeganə fərq odur ki, Köçəryanı camaat devirməyib. O, hakimiyyəti Serj Sarkisyana təhvil verdi. Sarkisyanın hakimiyyəti saxlaya bilməməsi isə Kremlin bütün planlarını pozmuş oldu. Bu səbəbdən də Kreml İkinci Qarabağ müharibəsində bizim arxamızda dayanmadı".

"İqtisadi və hərbi nöqteyi-nəzərdən hazır olmadığımız müharibə məhz ona görə idi ki, ölkəmiz Rusiyadan tam asılı vəziyyətə düşdü. Ermənistanın Putinin alyanslarına qoşan kim idi - əlbəttə, Köçəryan, sonra da Sarkisyan. Ordumuz Rusiyanın zibil silahları ilə silahlandı, onların da çoxu atmadı. Bununla yanaşı, Kreml ölkəmizin enerji və siyasi təhlükəsizlik əldə etmək, yaxud aparıcı istehsalçı ölkələrdən ən müasir silah növləri almaq cəhdlərinin qarşısını həmişə alıb. Azərbaycan isə istədiyi hər şeyi aldı. Bütün bunların nəticəsi hamıya məlumdur", - Akopcanyan əlavə edib.

Onun sözlərinə görə, baş verənlərin əsas günahkarlarından biri və birincisi Köçəryandır: "Amma o, gördüyümüz kimi, öz xəttinə sadiq qalmaqda davam edir. O, Rusiya Federasiyasının xəyanətindən deyil, dövlətimizin zəifliyindən şikayət edərək, Rusiya ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarı olmaqda davam edir. Bununla belə, o, İranla münasibətləri dərinləşdirməyi təklif edir. İndi ən güclü etirazlarla sarsılan bir dövlət ilə. Gülməlidir. İranda baş verənlərin nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, şah ailəsi yenidən arenaya daxil olub. Və o, əlbəttə ki, Qərbin təşəbbüsü ilə arenaya çıxdı. İstənilən halda İran ciddi sanksiyalara məruz qalan ölkədir. Eynilə Rusiya kimi. Bu ölkələrin hər ikisi Qərbin gözündə pariya statusuna malikdir. Hər ikisi iqtisadi cəhətdən geridə qalmış dövlətlərdir, burada demokratiya və vətəndaş azadlıqları illüziyası ümumiyyətlə yoxdur. Köçəryan görür ki, Rusiyanın öz vətəndaşları kütləvi şəkildə qaçırlar, amma yenə də "Rusiya" deyir".

"İranda ümumiyyətlə qaranlıq hökm sürür. İslam Respublikası ilə Rusiya arasında yeganə fərq odur ki, hələlik Rusiyanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları yoxdur. Amma indidən bəllidir ki, Ermənistana Qərblə deyil, İran və Rusiya ilə münasibətləri dərinləşdirməyi yalnız bir axmaq və ya satqın məsləhət verə bilər", - deyə analitik fikrini tamamlayıb.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Köçəryan Rusiyanın göstərişi ilə yenidən hakimiyyəti ələ almağa çalışır.

Onun sözlərinə görə, Kremli tərifləmək, Rusiyaya yarınmaqla nəyəsə nail olmaq istəyir: "Düşünür ki, belə bəyanatlarla erməni xalqını yenidən aldada biləcək, hakimiyyətə gələcək. Amma bu, mümkün görünmür. Köçəryan və Sarkisyan idarəçiliyi müstəqil Ermənistan tarixinin ən rüsvayçı dövrü olub. Ölkə başdan-ayağa rüşvətin, korrpusiyanın mənbəyi olub. Vətəndaşların elementar hüquqları pozulub, işğalçılıq siyasəti pik həddə çatıb. Onlar “Böyük Ermənistan” nağılları ilə əhalini uzun müddət aldadıblar. İndi Ermənistanın bədbəxt durumundan istifadə edib, yenidən aldatmaq istəyir".

"İnanmıram ki, ermənilər yenidən Köçəryan və Sarkisyan kimi axmaq siyasilərə aldana. Birincisi, erməni cəmiyyətinin Rusiyaya nifrəti hər gün bir az da artır. Məlumdur ki, Köçəryan da Kremlin marionetidir. İkincisi, Köçəryanın, Sarkisyanın dövrü elə də uzaq tarix deyil, o korrupsiyanı, özbaşnalığı görən ermənilər onlara yenidən şans tanımazlar. 44 günlük müharibədən sonra keçirilən seçkilərdə də əhali nə Köçəryanın partiyasına, nə də Sarkisyanın təşkilatına səs verdi. Təsəvvür edirsiniz, məğlub Paşinyana səs verdilər, amma Köçəryana yox. Bundan sonra Köçəryanın bir az abrı, həyası olsaydı, ümumiyyətlə siyasətdən gedərdi", - hüseynli vurğulayıb.

Politoloq qeyd edib ki, bu gün köhnə hakimiyyətin Ermənistan siyasətində rolları yoxdur: "Aldıqları təlimatlara uyğun olaraq, bəyanatlar verirlər. Yenidən Qarabağı işğal etmək həvəsinə düşən Köçəryan da yaxşı bilir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Buna nə onların hərbi, nə də iqtisadi gücü var. 44 günlük Vətən müharibəsində onların bütün əzmi qırıldı, orduları darmadağın oldu. hansı ordu ilə, hansı hərbi texnika ilə vuruşacaqlar?! Onların hərbi texnikasının 80 faizi Bakıdakı Hərbi Qənimətlər Parkındadır. Bunu Köçəryan görür, sadəcə boğazdan yuxarı bəyanatlar, sərsəm açıqlamalar verir".

"İranla münasibətlərin dərinləşməsinə gəlincə, onsuz da Tehran hər zaman İrəvana dəstək verib. heç vaxt İranın Ermənistana dəstəyi əskik olmayıb. İndi Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin hansı hoqqalardan çıxdığını görürük. Lakin burada Akopcanyanla razılaşmamaq da olmur. Bu gün İran öz canına ağlayır, gözünə Ermənistan görünmür", - sabiq dövlət müşaviri fikrini tamamlayıb.

Bölmənin digər xəbərləri

16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 Pekin İranın yanındadır: - Pekin İsrailə qarşı kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər
16 İyun 2025 İsraildə iki nəfər iranlılar üçün casusluqda şübhəli bilinərək həbs edilib
15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı

Dünyapress TV

Xəbər lenti