Paşinyan Putinin hüzurunda -
“Putin ikili oynayır. Bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya arasındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?

Putin ikili oynayır. O, bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib, Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının bu yolla hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan forumdakı çıxışında Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib:

“Onun bu sözlərində yeni heç nə yoxdur, hər zaman söylədiyini, ancaq həllini uzatdılqarını təkrarlayıb. Diqqətimi Paşinyanın başqa sözləri çəkib. O, Ukraynadakı münaqişəni Qafqazda vəziyyətin pisləşməsi ilə əlaqələndirərkən bunları deyib: “Ermənistanı Moskvada qərbyönlü, Avropada isə rusiyayönlü hökumət kimi təqdim etmək üçün səy göstərən qüvvələr var. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər”.

Bu sözlərin özü Paşinyanın Rusiya ilə Qərb arasında vurnuxduğunu göstərir. Moskvada Paşinyanı ona görə qərbyönlü kimi dəyərləndirirlər ki, küçə yürüşləri vasitəsilə hakimiyyətə gəlib, bunu isə Kremldə xoşlamırlar. İkincisi, nazirləri mütəmadi Vaşinqtona, amerikalı yüksək rütbəli rəsmilər və diplomatlar isə İrəvana müəmmalı səfərlər edirlər.

Paşinyanın “Ermənistanı Avropada rusiyayönlü kimi təqdim edirlər” ifadəsi isə hekayədir, sadəcə baş nazir bu cümlə ilə özünü sığortalamağa çalışıb. Paşinyan Rusiya və digər tərəflərlə sıx əməkdaşlıq etməklə Ermənistanın regiondakı vəziyyəti nəzarətdə saxlaya biləcəyinə ümid etdiyini və Moskva ilə strateji müttəfiqliyin vacibliyini vurğulayıb. Paşinyan Putinin hüzurunda başqa cür çıxış edə bilməzdi”.
 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 Pekin İranın yanındadır: - Pekin İsrailə qarşı kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər
16 İyun 2025 İsraildə iki nəfər iranlılar üçün casusluqda şübhəli bilinərək həbs edilib
15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı

Dünyapress TV

Xəbər lenti