ABŞ Rikerin həmsədri təyinatı ilə bağlı Azərbaycanın tənqidini rədd edir
Dövlət Departamenti Bakının Filip Rikerin Minsk Qrupunun həmsədri təyin edilməsi ilə bağlı tənqidi rədd edib, TURANın Vaşinqton müxbiri xəbər verir.

“…Dövlət katibi Cənubi Qafqazda sülhün təşviqinə sadiqliyimizi vurğulamaq üçün səfir Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib”, – Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel cümə axşamı brifinq zamanı TURAN müxbirinin sorğusunda bildirib.

“Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli və çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla əməkdaşlıqda Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik”, – deyə Patel əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin daha əvvəl dərc etdiyi şərhdə bu təyinat «bölgədəki post-münaqişə reallığından uzaq yanaşma» kimi qiymətləndirilib.

Patel, öz növbəsində qeyd edib ki, Rikerin seçimi həm də ABŞ-ın Gürcüstanla bağlı Cenevrə Beynəlxalq Məsləhətləşmələrinə sadiqliyini vurğulayır, “burada biz Rusiyanı 2008-ci il atəşkəs sazişi çərçivəsində götürdüyü öhdəliklərə cavabdeh olmasını tələb etdirəcəyik”.

Səfir Riker həm ATƏT-in Minsk Qrupunda, həm də Cenevrə Beynəlxalq Məsləhətləşmələrində ABŞ-ı təmsil edəcək, Patel bildirib.

Azərbaycanda səfir olmuş (1994-1997) Riçard Kozlariç kimi Cənubi Qafqaz üzrə ekspertlər üçün Rikerin təyinatı “ABŞ-ın regionda iştirakına işarədir”.

“Azərbaycan və Ermənistan üçün bu, birbaşa danışıqlardan yayınmağa davam edən cəhdlərin qəbuledilməz olduğuna işarədir”, – o TURANın müxbirinə bildirib.

“Cənubi Qafqazda Fil Riker kimi yüksək rütbəli diplomatın olması vacibdir. Bakı ilə İrəvan arasında ciddi, birbaşa danışıqların vaxtı çatıb. Phil Reeker sadəcə olaraq hər iki tərəfə təzyiq göstərə biləcək adamdır “- o, qeyd edib.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
14 İyun 2025 İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi
14 İyun 2025 İran əhalisi ölkəni tərk edir - Video
14 İyun 2025 Ermənistanın keçmiş baş naziri saxlanıldı
13 İyun 2025 Netanyahunun təyyarəsi Yunanıstana qaçırıldı! - FOTO
13 İyun 2025 Pezeşkiandan TƏCİLİ AÇIQLAMA - “İsrail öz axmaq əməllərindən peşman olacaq!”
13 İyun 2025 Ərdoğandan İran-İsrail münaqişəsi ilə bağlı SON DƏQİQƏ açıqlaması
13 İyun 2025 Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib
13 İyun 2025 ABŞ İsrailin İrana hücumlarında iştirakını təkzib etdi
13 İyun 2025 İsrailə ŞOK ittiham: Səudiyyə Ərəbistanı və Omandan sərt bəyanat

Dünyapress TV

Xəbər lenti