"Biz özümüz XXI əsrin ən dəhşətli müharibəsini törədən tiranı hakimiyyətə buraxmışıq"
"Biz özümüz XXI əsrin ən dəhşətli müharibəsini törədən tiranı hakimiyyətə buraxmışıq"

ABŞ Zelenskini dinləməyib, "yaxşı ruslara" çıxış yolunu saxlayıb?

"ABŞ Rusiya vətəndaşlarına vizalar verilməsinin tamamilə qadağan edilməsini dəstəkləmir"

"Biz Kremlin məsuliyyətə cəlb olunması üçün bütün vasitələrdən istifadə edəcəyik"

Amerika Birləşmiş Ştatları Rusiya vətəndaşlarına vizalar verilməsinin tamamilə qadağan edilməsini dəstəkləmir.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bəyan edib, məlumatı Amerikanın CNN telekanalı yayıb.

"ABŞ rusiyalı dissidentlər və ya Rusiya Federasiyasında insan haqlarının pozulması qarşısında həssas şəxslər üçün sığınacaq və təhlükəsizlik yollarını bağlamaq istəməzdi. Rusiya hökumətinin hərəkətləri və Ukraynada siyasəti ilə Rusiya xalqı arasında fərq qoyulmalıdır", - adı çəkilməyən rəsmi nümayəndənin bəyanatında belə deyilir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, ABŞ "müttəfiqləri və tərəfdaşları ilə o cümlədən Kreml məmurları və onların yardımçıları üçün sanksiyaların tətbiq edilməsində əməkdaşlıq edib".

"24 fevral 2022-ci ildə Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq təxminən 5 min nəfər üçün viza məhdudiyyətlərinin tətbiq edilməsi üzrə addımlar atıb. Biz rusiyanın müdaxiləsində əli olanların aşkar edilməsini davam etdirəcək və onların hərəkətlərinə görə məsuliyyətə çağırış edəcəyik. Biz Kremlin məsuliyyətə cəlb olunması üçün bütün alətlərdən istifadə edəcəyik", - amerikalı məmur sözlərinə yekun vurub.

CNN Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borrelin sözlərindən iqtibas gətirib, o da həmçinin Rusiya vətəndaşları üçün vizalar verilməsinin tamamilə qadağan edilməsinin əleyhinə çıxış edib və bəyan edib ki, "bütün rusiyalılara girişin qadağan edilməsi pis ideyadır".

Xatırladaq ki, avqustun əvvəlində Ukrayna prezidenti Qərb ölkələrinə Rusiya vətəndaşlarına vizalar verilməməsinə çağırış edib.

Onun bu çağırışı artıq Çexiya, Estoniya, Latviya, Litva və Polşa tərəfindən dəstəklənib.

Tanınmış rusiyalı qadın jurnalist Kseniya Larina öz versiyasını səsləndirib və qeyd edib ki, nədənsə, bir çox Qərb ölkələri Rusiya vətəndaşlarından "çəkinir": "Bütün dünya üçün yaxşı rus olmur. Biz özümüz XXI əsrin birinci yarısında ən dəhşətli müharibəni törədən tiranı hakimiyyətə buraxmışıq".
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
14 İyun 2025 İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi
14 İyun 2025 İran əhalisi ölkəni tərk edir - Video
14 İyun 2025 Ermənistanın keçmiş baş naziri saxlanıldı
13 İyun 2025 Netanyahunun təyyarəsi Yunanıstana qaçırıldı! - FOTO
13 İyun 2025 Pezeşkiandan TƏCİLİ AÇIQLAMA - “İsrail öz axmaq əməllərindən peşman olacaq!”
13 İyun 2025 Ərdoğandan İran-İsrail münaqişəsi ilə bağlı SON DƏQİQƏ açıqlaması
13 İyun 2025 Rusiya ən qiymətli təyyarəsini Ukraynadan uzaqlaşdırır: Nə baş verib
13 İyun 2025 ABŞ İsrailin İrana hücumlarında iştirakını təkzib etdi
13 İyun 2025 İsrailə ŞOK ittiham: Səudiyyə Ərəbistanı və Omandan sərt bəyanat

Dünyapress TV

Xəbər lenti