"Yeni bir liderin ortalığa çıxması hər şeyi dəyişə bilər" - Etibar Məmmədov
“Görəsən, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Moskva tərəfindən dəstəyin artırıldığı Ermənistandakı revanşistlər, o cümlədən Xocalı qatilləri terrorçu eks-prezidentlər Robeert Köçəryan və Serj Sərkisyan ətrafında toplanmış qruplaşmalar seçki və yaxud kütləvi etirazlar yoluyla hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətini devirə bilərlərmi?”.
Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov Moderator.az əməkdaşının ona ünvanladığı bu sualı qısa və konkret cavablandırıb:
“Hələlik Ermənistanda hazırkı baş nazir Nikol Paşinyan və onun tərəfdarları üstünlük təşkil edirlər. Ancaq Azərbaycanla sülh müqaviləsi qəti şəkildə reallaşmayana qədər Paşinyan tərəfdarlarının sayı gündən-günə azalacaq və azalmaqda davam edəcək. Bəli, onun hakimiyyətdən kənarlaşdırılması təhlükəsi var. Amma hesab edirəm ki, bu indi də adları korrupsiya cinayətlərində hallanan və məhkəmələri keçirilən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ətrafında formalaşmış qruplaşmalar tərəfindən edilə bilməz. Çünki hər ikisi hakimiyyətdə olduqları dövrlərdə Ermənistanda korrupsiya və talançılıqla məşğul olduqlarına görə əhali tərəfindən qəbul edilməyən siyasi xəttin nümayəndələridirlər. Ona görə də Ermənistan əhalisi hələlik “hakimiyyətdə kim olur-olsun, təki Köçəryanla Sərkisyan olmasın” prinsipi ilə Paşinyanı müdafiə edir. Yeni bir liderin ortalığa çıxması isə hər şeyi dəyişə bilər...”
 

Bölmənin digər xəbərləri

28 May 2025 Putin Qərbə ultimatum verdi: Ukrayna NATO-ya üzv olmayacaq, sanksiyalar ləğv edilməlidir
28 May 2025 Melaniya Tramp əsəbləşdi: Yalandır...
28 May 2025 “Rusiya SSRİ-nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” – “Buyursunlar, nüvə silahını paylasınlar...”
28 May 2025 Erməni yalanlarını ifşa edən nadir Xəritə
28 May 2025 Miqrant düşərgəsində atışma: ölənlər var
28 May 2025 “Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! – VİDEO
28 May 2025 Diplomatlara hücumlar və ya real qəhrəmanlar olmayanda - VİDEO
28 May 2025 Bakı – Tbilisi qatarı nə zaman bərpa ediləcək? – AÇIQLAMA
28 May 2025 Tramp: “Putin odla oynayır”
27 May 2025 "Putin Ukraynanı bu planla əzəcək" - ŞOK DETAL + XƏRİTƏ
27 May 2025 Rusiya üçün gerisayım başladı: Trampdan TƏCİLİ QƏRAR gözlənilir
27 May 2025 Kömür mədənində partlayış olub, ölən və yaralananlar var
27 May 2025 Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?
27 May 2025  İran Azərbaycan bağlı bu xəbəri niyə indi yaydı? – 4 il əvvəlki məsələ…
27 May 2025 Nevşin Mengü'ye ateş püskürdüler ama! 'Kılıçdaroğlu asla kayyum olmayacak' diyen çıkmadı
26 May 2025 Moskvanın dəbdəbəsində gizlənən Əsədin lüks sürgün həyatı
26 May 2025 Arvadı Makronu buna görə ŞİLLƏLƏYİB - ŞOK VİDEO
26 May 2025 TƏCİLİ! Paşinyan Putinlə danışdı - Konstitusiyanı dəyişə bilərəm...
26 May 2025 "Tramp NATO sammitinə gəlməsə, alyans çökə bilər" – Polşa Prezidenti xəbərdarlıq etdi
26 May 2025 Xəzərin çəkilmə SƏBƏBİ - 5 ölkəyə ÇAĞIRIŞ

Dünyapress TV

Xəbər lenti