Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...
Sülh təlimləri iki gün ərzində sərhədyanı Norduz bölgəsində keçiriləcək.
Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçiriləcək hərbi təlimlər barədə danışarkən deyib.
"Ora heç bir təhlükə yoxdur, ona görə də bu təlimlər sülh xarakteri daşıyır. Təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. Onlar regionda davamlı sülh kontekstində həyata keçirilir. Əsas məqsəd sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir.
İki ölkə arasındakı sərhədyanı bölgələr regionun həssas coğrafi yerləşməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümid edirik ki, təlimlər qarşıya qoyulan məqsədlərə və cədvələ uyğun şəkildə keçiriləcək", – deyə o vurğulayıb.
Qeyd edək ki, İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirəcəyini elan edib.

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, adətən hərbi təlimlər əvvəlcədən planlaşdırılır:

"Ermənistan və İran da belə təlimlər keçirə bilərlər. Prinsipcə, Azərbaycan da Türkiyə ilə mütəmadi olaraq birgə hərbi təlimlər təşkil edir. Bu təlimlər heç bir halda üçüncü dövlətə qarşı yönəlmir və qarşı tərəfdən də bu barədə narahatlıq gözlənilmir. Lakin Ermənistanla müharibə vəziyyətində olmağımız, sülh müqaviləsinin hələ də imzalanmaması və son zamanlar sərhəddə baş verən təxribatlar fonunda Ermənistan və İran arasında keçiriləcək təlimlər diqqət çəkir. Hərçənd ki, bu təlimlərin xüsusi, konkret hədəfə yönəlik səbəbi görünmür. Azərbaycan da müxtəlif ölkələrlə bu tip təlimlər həyata keçirir. Amma Ermənistan prizmasından baxıldıqda, bu təlimlər siyasi mesaj xarakteri daşıya bilər. Bununla belə, İran hazırda Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və bu səbəbdən onun Azərbaycana qarşı mənfi siyasət yürütməsi real görünmür".
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti