İrəvan üçün təhlükəsizliyin 3 ŞƏRTİ
“Ermənistan Avropa İttifaqından (Aİ) birliyin özündə olan hərtərəfli təhlükəsizlik sistemini gözləyir”.

“Cebheinfo.az”-ın məlumatına görə, martın 24-də parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının növbədənkənar iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin ikinci və yekun oxunuşda müzakirəsi zamanı Respublika Partiyasının nümayəndəsi Artak Zeynalyan belə deyib:

“Biz qoşulma prosesində Avropa İttifaqında mövcud olan təhlükəsizliyi alacağımızı gözləyirik. Hazırkı addım onun Ermənistan Respublikasına da şamil edilməsinə imkan verəcək. Ermənistan Aİ-yə üzv olduqda, o, mahiyyət etibarilə, İttifaqla eyni təhlükəsizlik sisteminin bir hissəsi olacaq. Təhlükəsizlik çox komponentli bir fenomendir.

Söhbət təkcə silahlı qüvvələrdən və ya müdafiədən deyil, həm də iqtisadiyyat, demokratiya və hərtərəfli təhlükəsizliyi təmin edən institutlardan gedir. Avropa Birliyinə üzv olduqda və ya bu istiqamətdə irəlilədikcə, bu təhlükəsizlik çətiri altına düşmək fürsətini səbirsizliklə gözləyəcəyik”, - deyə Zeynalyan əmin edib.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən qanun layihəsini bu il yanvarın 9-da təsdiqləyərək parlamentin müzakirəsinə təqdim edib. Əgər parlament Ermənistanın Avropa İttifaqına qoşulması haqqında qanunu qəbul edərsə, Brüssellə İrəvan arasında aktiv siyasi dialoqun başlanılması gözlənilir.

Lakin Nikol Paşinyan hakimiyyəti avrointeqrasiya istiqamətində yeni hüquqi prosedurlardan keçməlidir. İlk növbədə, bu kursun Ermənistanın konstitusiyasında təsbit olunması lazımdır. Ona görə də 2027-ci ildə keçiriləcək referendumda Avropa İttifaqına üzvlük məsələsinin Ermənistanın yeni konstitusiyasının mətninə daxil ediləcəyi gözlənilir.

Artak Zeynalyanın açıqlaması Ermənistanın avrointeqrasiya siyasətinin başlıca prioritetinin məhz Qərbdən təhlükəsizlik təminatları almaqdan ibarət olduğunu bir daha təsdiq edir. Təhlükəsizlik amili məzmununa görə çoxsahəli olsa da, rəsmi İrəvan ilk növbədə müdafiə, hərbi təhlükəsizlik və kəşfiyyat sahələrində Avropa İttifaqının dəstəyini əldə etməyə çalışıb. Avropa İttifaqının müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə yerləşdirilməsi, Fransa ilə sıx hərbi əməkdaşlığın qurulması, Avropa Sülh Fondundan Ermənistan ordusuna maliyyə yardımın ayrılması məhz bu məqsədə xidmət edir.

Baş nazir Nikol Paşinyanın bir il öncə, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-nin sabiq dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşündə Qərbdən təhlükəsizlik zəmanətinin verilməsini məsələsini müzakirə etmək cəhdləri ciddi nəticə vermədi. Çünki Ermənistan müqavilə-hüquq bazasında Rusiya ilə hərbi müttəfiqdir. Ərazisində Rusiyanın hərbi bazası olan ölkəni Avropa İttifaqı üzvlüyə qəbul etməz. Həmçinin, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

Avropa İttifaqının təhlükəsizlik sisteminin NATO-nun tərkib hissəsi olduğunu nəzərə alsaq, Ermənistan bu alyansın tərkibində qaldığı müddətdə Qərbdən istədiyi təminatı ala bilməyəcək. Ona görə də də Avropa İtttifaqı Ermənistandan KTMT-dən çıxmağı tələb edir. Çox güman ki, Avropa İttifaqına üzvlük məsələsi konstitusiyaya daxil edildikdən sonra Ermənistan KTMT-nin sıralarını tərk edəcək. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun martın 20-də Ermənistanı Avropa İttifaqına daxil olacağı təqdirdə, bir sıra imtiyazlarını itirəcəyi ilə hədələməsi də Moskvanın məhz bu narahatlığı ilə bağlıdır.

Əlbəttə, hazırkı mərhələdə Ermənistanın Avropa İttifaqına üzv olması mümkün deyil. Çünki Ermənistan Rusiyanın hərbi təhlükəsizlik sisteminə daxil olmaqla yanaşı, zəruri olan iqtisadi inkişaf səviyyəsinə və hüquqi bazaya malik deyil. Söhbət Ermənistanın Avropa İttifaqına namizədlik statusu almaq üçün müraciət etmək hüququndan gedir. Ermənistana belə bir statusun verilməsi üçün xeyli müddət və islahatların aparılması lazımdır. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Avropa İttifaqına qoşulmaq üçün Ermənistan KTMT, AİB və Müstəqil Dövlətlər Birlyindən çıxmalıdır.

Bu halda Ermənistan AİB və MDB daxilində güzəştli gömrük rüsumları ilə ticarət əməliyyatları aparmaq və vizasız gediş-gəliş imkanlarından məhrum ola bilər. Şoyqunun xəbərdarlığı da məhz bununla bağlı idi. Ermənistanın Avropa İttifaqına üzvlüyü və iqtisadi təhlükəsizliyini təmin edəcək ən vacib şərtlərdən biri regional sabitlikdir.

Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı, Türkiyə ilə münasibətləri normallaşdırmalı və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan açılmasına nail olmalıdır. Bu isə Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsindən, konstitusiyanı dəyişməsindən və Zəngəzur dəhlizin açılmasından keçir. Əks təqdirdə, təcrid vəziyyətində qalan Ermənistan Avropa İttifaqına inteqrasiya edə bilmədiyinə görə təhlükəsizlik təminatı da qazana bilməyəcək.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti