b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b9a03acb963317150789f019de97bcf5.png
  

İstanbul Böyükşəhər Bələdiyyə  qarşı başladılan korrupsiya və rüşvət istintaqı çərçivəsində maraqlı təfərrüatlar üzə çıxmaqda davam edir.

İmamoğlunun  komandasının bir çox üzvü və yaxın ətrafı saxlanılıb. İstintaq faylında Meşe, Ladin, Çınar və İlke kod adlı dörd gizli şahidin olduğu məlum olub. Saxlanılanlar arasında olan Adem Soytekinlə bağlı məlumatlar diqqət çəkib. 

Belə ki,  Adem Soytekinin bir vaxtlar İmamoğlu İnşaatda suvaqçı işlədiyi və İmamoğlu bələdiyyə sədri olduqdan sonra qeyri-mütənasib şəkildə zənginləşdiyi məlum olub.

Gizli şahid Meşenin sözlərinə görə, İBB sədrinin mal-mülkülərinin bir hissəsi Soytekinin adınadır. Belə ki, İmamoğlu İnşaatda suvaqçı kimi işləyən Adem İmamoğlu İBB sədri olandan sonra milyonçu olub. 

2017 və 2018-ci illərdə İmamoğlu İnşaatın 8 daşınmaz əmlakı Adem Soytekin yeni qurduğu şirkətinə pulsuz olaraq verilib. İstintaqın əsas şübhəlilərindən olan Adem Soytekin və şirkətlərinin hesablarında təxminən 600 milyon TL aşkarlanıb. 2020-2024-cü illər arasında bu hesablara təxminən 1,25 milyard TL vəsaitin köçürüldüyü, bu pulların müxtəlif şirkətlərə paylanaraq çıxarılaraq mənşəyi məlum olmayan şəxs və ya qurumlara çatdırıldığı müəyyən edilib.

Bütün bu məlumatlar İBB sədri Əkrəm İmamoğlu sorğu-sual zamanı ondan istənilib. İmamoğlu isə "Mən bu suala cavab vermirəm. Bütün ittihamları qətiyyətlə rədd edirəm", - deyib.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlu və 99 şübhəli barəsində "cinayətkar təşkilatın lideri olmaq", "cinayət təşkilatına üzv olmaq", "qəsb", "rüşvət alma", "fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tender saxtakarlığı" maddələri ilə istintaq davam edir. /"Unikal"

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti