b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_a24e525574d1978dcd8fff529d3063d5.jpg
   

“Müxalifət tərəfi CHP-si, mediası və digər strukturları ilə istər diplomla, istərsə də korrupsiya-oğurluqla bağlı məhkəmənin irəli sürdüyü iddialara cavab vermir. Əvəzində məsələni siyasi şüarlarla məhdudlaşdıraraq milləti aldatmaq kimi asan varianta əl atırlar”.

Bu sözləri Türkiyə Prezidenti Ərdoğan Əkrəm İmamoğlunun həbsi və ona qarşı ittihamlara toxunarkən bildirib.

Ərdoğan deyib ki, müxalifətin öz daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən vacib məsələsi kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir: “Bu diplom alnın təri ilə, prosedura uyğun alınmış sənəddir” desələr, bunu aidiyyəti dostlarımız vasitəsilə, hüquqi arqumentlərlə müzakirə etmək, mübahisə etmək olar. “Bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur” deyirlərsə, bunu ekspertlərin köməyi ilə, hüquqi sübutlar əsasında danışmaq, müzakirə etmək olar. Amma onlar bunları etmirlər, edə bilməzlər, çünki onların hamısının və daha çoxunun doğru və real olduğunu ən yaxşı bilirlər. Hətta bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər”.

Ərdoğan qeyd edib ki, ictimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır.

“Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur.

AK Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Biz sadəcə işimizə fikir veririk və məqsədlərimizə diqqət yetiririk. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi. Biz bu yola davam edirik”deyə Ərdoğan müraciətində vurğulayıb.//AzPost

 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti