72 il öncə vəfat edən Stalin haqqında nadir və yeni bilgilər – Çəkələyini Soçiyə təyyarə ilə gətizdirib.
Ən yeni tarix. Maraqlı faktlar.
1953-cü il martın 5-də dünya daha bir qanlı diktatordan xilas oldu. İosif Stalin 72 il öncə, məhz bu tarixdə vəfat edib...
Mürəkkəb, ziddiyyətli, həyat və siyasi fəaliyyəti müəmmalarla dolu olan Stalinin ölümü də müəmmalı baş verib, bu hadisə ilə bağlı fərqli versiyalar səsləndirilib.
Bəziləri onun kimlər tərəfindənsə zəhərlə öldürüldüyünü, bəziləri ölən şəxsin Stalin deyil, oxşarı olduğunu, bəziləri isə ölümün təbii baş verdiyini söyləyiblər.
İosif Stalin haqqında müəmmalar bu gün də davam edir, onun haqqında fikirlər, rəylər müxtəlifdir, tarixçilərin, siyasətçilərin, araşdırmaçıların onun 30 illik hakimiyyəti dövrünə münasibəti birmənalı deyil.
O, bu gün də anılacaq, kimlərsə onu əvəzsiz lider, xilaskar kimi xatırlayacaq, kimlərsə lənətləyəcək, kimlərsə də Kreml nekropolunda onun məzarüstü büstü qarşısında baş əyəcək. Amma heç kim İosif Stalin adının qarşısından tarixə silinməz izlərlə həkk olunan tiran, diktator sözlərini silə bilməyəcək.
Hələ bu günə qədər tarixi gerçəklikləri tarixin səhifələrindən silmək heç kimə nəsib olmayıb. Gec-tez əsl həqiqətlər üzə çıxıb, arxivlərdəki “tam məxfi” qovluqların saralmış sirləri açıldıqca qaranlıq mətləblərə aydınlıq gətirilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741587371_2.jpg
Bu gün də, bu tarixdə də 30 illik hökmdarın həyatı və siyasi fəaliyyəti ilə bağlı növbəti maraqlı faktları təqdim edirik.
1. Uşaq vaxtı sol qolundan zədə aldığına görə Stalin çağırışçı yaşında olanda hərbi xidmətə yarasız sayılıb.
2. Trotski müsahibələrinin birində Stalinin heç bir xarici dil bilməməsini söyləsə də, sonradan məlum olub ki, sovet lideri bir neçə dildə oxumağı və yazmağı bacarıb.
Belə ki, ölümündən sonra kitabxanasındakı macar və fransız dilində olan kitablarda onun eyni dildə çoxsaylı qeydləri aşkar olunub.
3. Stalin heç vaxt şəxsi kitabxana yaratmaq təşəbbüsündə olmayıb. Amma buna baxmayaraq, onun bağ evində kitabların sayı on mini keçib. Maraqlı faktlardan biri isə odur ki, Stalin yaxın ətrafından olan kimdənsə oxumaq üçün aldığı kitabı geri qaytarmayıb.
Mütailəni sevən diktator hər gün təxminən 300-400 səhifə kitab oxuyub. O, həm də sürətli oxumaq tərzi ilə fərqlənib.
4. Hakimiyyətdə olduğu ilk on il ərzində Stalin üç dəfə istefa vermək istəyini bildirib. Təbii ki, bu bəyanatlarında o, qeyri-səmimi olub, sadəcə öz komandasının reaksiyasını öyrənmək istəyib.
5. 1912-ci ildə heç bir ali təhsili olmayan İosif Stalin rusca çıxan “Pravda” qəzetinin redaktoru olub. Bundan başqa, o, Bakıda çıxan “İskra” qəzetinə də məqalələr yazıb.
6. 1927-ci ildə Stalin partiya orqanlarında yüksək vəzifədə çalışanların bağ evləri ilə bağlı rəsmi göstəriş verib: vəzifəli şxslərin bağ evləri maksimum 4 otaqdan ibarət olmalıdır.
7. Şəxsi əşyaları arasında Stalin üst geyimlərini asmaq üçün nəzərdə tutulan asılqanlara xüsusi həssaslıqla yanaşıb.
O, heç kimə, hətta ailə üzvlərinə həmin asılqanlardan istifadə etməyə icazə verməyib.
8. Stalinin daha çox sevdiyi şəxsi əşyalarından biri ev çəkələkləri olub. Hətta bir dəfə Soçiyə istirahətə gedəndə, çəkələklər yaddan çıxıb yaşadığı bağ evində qalanda, onları təyyarə ilə Soçiyə göndəriblər.
9. Stalinin bütün üst geyimlərində kənardan görünməyən gizli ciblər olub. Bu sirri təkcə onun dərzisi bilib.
10. Hazır yeməklər Stalinin yaşadığı bağ evinə Kreml yeməkxanasından gətirilib.
11. Stalin yuxudan ən tezi səhər saat 9-da oyanıb. O, işə gec gedib, amma gecə yarıya qədər kabinetində işləyib.
12. Stalin həmişə və hər yerdə, rəsmi tədbirlərdə, ziyafətlərdə, gəzintidə, səfərlər zamanı üstündə tapança gəzdirib.
13. Stalini 8 dəfə həbs ediblər, o, 4 dəfə cəzaçəkmə müəssisələrindən qaçmağa müvəffəq olub.
14. Filmlərdəki intim səhnələr Stalini hədsiz dərəcədə qıcıqlandırıb. Hətta o, bu cür filmlərin nümayişini ona məsləhət görən köməkçilərini bir neçə dəfə cəzalandırıb.
15. İntim səhnələri sevməsə də, Stalin qadınlara qarşı çox həssas olub. O, rəhbərlik etdiyi ölkənin tanınmış bir neçə aktrisası ilə davamlı olaraq eşq macəraları yaşayıb.
16. Populyar “Times” jurnalı üz qabığında Stalinin şəklini verməklə, iki dəfə onu “ilin adamı” elan edib.
17. Stalin alkoqollu içkilərdən daha çox şəraba üstünlük verib, arağı sevməyib, nadir hallarda konyak içib. Onun üçün Gürcüstanda xüsusi olaraq “Tsinandali” və “Teliani” şərabları hazırlanıb.
18. Stalin bağ evində təşkil etdiyi içki məclislərində arabir rus xalq mahnılarını ifa edib.
Cəllad xislətli olmasına baxmayaraq, o, musiqini sevib. Onun yaşadığı bağ evində 3 mindən artıq musiqi valı olub.
19. Stalinin səhhəti qənaətbəxş durumda olmayıb, o, bir çox xəstəliklərdən əziyyət çəkib, müalicə metodu kimi isə daha çox xalq təbabətinə üstünlük verib.
20. Silahdaşları Stalini cəmi iki dəfə hədsiz sərxoş vəziyyətdə görüblər, Andrey Jdanovun dəfnindən sonrakı anım süfrəsində və ordu generalı Sergey Ştemenkonun ad günündə.
21. Stalin daha çox Qaqrada və Soçidə istirahət etməyi sevib.
22. Stalin zarafat etməyi də xoşlayıb, amma bəzi hallarda bu zarafat qarşı tərəf üçün ciddi mənəvi zərbəyə çevrilib.
23. “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi onları amansızcasına dağıdacaq...” – bu Stalinin ən məşhur ifadələrindən biridir.
Amma onun söylədiyi həmin tarixi külək hələ ki, həmin zibilləri göyə sovura, dağıda bilməyib.
Çünki milyonlarla günahsız insanın məhvinə səbəb olan Stalinin cəlladlığının əsəri olan “zibil qalağı” dağlar boydadır və tarixin küləyi onu dağıdacaq gücdə deyil.
İlham Cəmiloğlu
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir

Dünyapress TV

Xəbər lenti