b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_11ab46f37c4cf4eda1442bd6a7aabb9d.jpg
 

Rusiya azərbaycanlı tələbələrin addımında ekstremizm əlaməti aşkarlamadı; Bakı və Moskva arasına hansı bədxahlar girmək istədi? - təfərrüat

Rusiyada Moskva Maliyyə və Hüquq Akademiyasının (MMHA) azərbaycanlı tələbələri universitetin növbəti tədbirindən sonra ölkəmizin dövlət bayrağına bürünərək, “Yaşasın Azərbaycan!” şüarını səsləndiriblər. 

Əvvəlcə, noyabrın 20-də belə məlumat yayıldı ki, Rusiya İstintaq Komitəsinin təmsil etdiyi Rusiya ədliyyəsi Azərbaycanın dövlət bayrağının və “Yaşasın Azərbaycan!” şüarının nümayişinə baxaraq tələbələrə qarşı cinayət işi açıb. Guya şüarda ekstremizmin təzahürü varmış... Lakin noyabrın 22-də İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verdi ki, Rusiya Federasiyası İstintaq Komitəsi Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. “Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində “Mənim Vətənim: böyük və kiçik” adlı tələbə festivalı keçirilib. Tədbir çərçivəsində universitetin Azərbaycan klubunu dəstəkləmək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də ona qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər ana dilində “Yaşasın Azərbaycan!” şüarını səsləndirməyə başlayıblar. Ardınca da sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunazidd ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli videolar yayılmağa başlayıb. İstintaq Komitəsinin də açıqlamasından aydın olur ki, Rusiya qanunvericiliyinə zidd addım atılmayıb. 

Diaspora.tv - "Bu, azərbaycanlı tələbələrə qarşı böhtan idi" - Elnur  Hüseynov

Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov AYNA-ya deyib ki, tələbələr tərəfindən heç bir ekstremist ifadələr işlənməyib: “Bu tələbələr Azərbaycan əsilli Rusiya vətəndaşlarıdır, bir çoxu burada doğulub. Təəccüblənirəm ki, bu videonu yayan xəbər saytları tələbələrin əslində azərbaycanca nə qışqırdığını öyrənməyə belə əziyyət çəkməyiblər. Axı kadrlarda onların qışqırmasını aydın eşidirsən: Yaşasın Azərbaycan! Sözün əsl mənasında, universitetdən qovulma təhlükəsi ilə üzləşən tələbələr üçün bir problem yaratdılar. Onlar heç bir qanun pozuntusuna yol verməyiblər və biz burada Azərbaycan xalqını ləkələmək, millətlərarası nifaq salmaq üçün bu cür alçaq üsullardan istifadə etməkdən çəkinməyən Azərbaycanın bədxahlarının informasiya hücumunu açıq şəkildə görmək olar. Əgər cinayət işinin başlanması lazımdırsa, bu, tələbələrə qarşı deyil, təhrif olunmuş, təxribat xarakterli məlumatlar yayaraq onlara böhtan atanlara qarşı edilməlidir”.

Görünür ki, bəzi ermənipərəst dairələr ucuz sensasiya axtarışına çıxıblar və Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd ediblər. Bununla hesablayıblar ki, azərbaycanlı tələbələr cəzalandırılacaq, rəsmi Bakı dərhal reaksiya verəcək, istər-istəməz bir gərginlik, xoşagəlməz ab-hava yaranacaq. Ancaq Rusiya tərəfi hansısa məkrli ssenarinin ardınca düşmədi və İstintaq Komitəsi mövqeyini açıqladı. Çünki “Yaşasın Azərbaycan!” şüarında heç bir ekstremizm yoxdur. Ümumiyyətlə, Azərbaycanın Rusiya ilə Müttəfiqlik-Əməkdaşlıq Bəyannaməsi var və rəsmi Bakı da heç vaxt nümayişkaranə şəkildə anti-Rusiya addımlar atmayıb. Hazırda ikitərəfli əlaqələr ən yüksək səviyyədə inkişaf etməkdədir, liderlər arasında münasibətlər xüsusi xarakter daşımaqdadır. Moskva bəyannaməsinin müddəalarından biri də elə bu kontekstdədir: Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Ona görə də son prosesdə “erməni izi”nin olması istisna deyil. 

Çingiz Qənizadə: "Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında  və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya İstintaq Komitəsi çevik araşdırma aparıb və obyektiv qərar çıxarıb. Hüquq müdafiəçisinin sözlərinə görə, bu qərarın veriləcəyini gözləyirdi: “Çünki Rusiya qanunlarına əsasən tələbələrin hərəkətində ekstremizm yoxdur. Hər kəs bunu edə bilər. Qarabağ müharibəsi zamanı qələbə xəbərləri gələndə Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə, Pakistan, bəzi hallarda Rusiya bayraqlarını avtoyürüşlərdə görə bilirdik. Bu məsələdə də Rusiya vətəndaşı olan azərbaycanlı tələbələr qanunsuz iş görməyiblər. Dünyanın hər yerində bunu etmək mümkündpür. İnsan öz ana vətəninin bayrağını qaldıra bilər”. 

Ç.Qənizadə bu məsələni şouya çevirmək istəyənlərin olduğunu istisna etmir və “erməni barmağı”nı da mümkün sayır: “Bu gün dövlətlərarası münasibətlər heç zaman olmadığı qədər yüksəlişdədir. Bu da erməniləri narahat edir. Xüsusən Rusiyadakı erməni diasporu Bakı-Moskva münasibətlərindən xoşhal deyil. Ona görə hansısa fürsətdə bundan istifadə etməyə çalışa bilərlər. Biz diaspor olaraq hər yerdə gücümüzü artırmalıyıq, xüsusən də ermənilərin fəal olduğu Rusiya, Fransa və Amerikada...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 
 
 

Bölmənin digər xəbərləri

11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO

Dünyapress TV

Xəbər lenti