Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi

“Royal Caribbean Cruises”in “Explorer of the Seas” gəmisi Kanar adalarında fırtınaya tutulub. Bu an sərnişinlərin dediyinə görə, gəmidə “Titanik” filmindən məşhur Selin Dionun “My Heart Will Go On” mahnısı səslənirilib ki, bu da vəziyyətə məşum effekt verib.

 

Sfera.az bildirir ki, "Titanik" filminin mahnısı səsləndirilərkən fırtınaya tutulmuş kruiz gəmisindəki sərnişinlər bir anlıq çaxnaşma yaşayıblar.

 

“Royal Caribbean”ın məlumatına görə, hadisəyə gözlənilməz qasırğa səbəb olub. Sosial mediada yayılan hadisənin görüntülərində sərnişinlərin panika içində qaçması, mebellərin göyərtə boyunca sürüşdüyü görünür.

 

Sərnişinlərdən biri Den So, əyilmə anında həyatı üçün ciddi şəkildə qorxduğunu etiraf edərək, həmkarları, doğmaları ilə vidalaşıb. Adam qeyd edib ki, gəminin əyildiyi an “Titanik” filmindəki kadrlara bənzəyir.

 

"Son mesajımı öləcəyimi düşünərək yazdım" - deyə bildirib.

 

“Explorer of the Seas” kruiz gəmisi güclü külək nəticəsində zədələnib.

 

Hadisə noyabrın 7-də gəmi Barselonadan (İspaniya) Mayamiyə (ABŞ) gedərkən baş verib. Yaralı sərnişinlərdən birinin quruda tibbi yardım ala bilməsi üçün “Explorer of the Seas” Las Palmasda dayanmalı olub. İşçilər təhlükəsizlik yoxlamaları apararkən insanlardan da otaqlarında qalmaları istənilib.

 

Fırtına bir neçə gün keçdikdən sonra gəmi noyabrın 17-də Mayamiyə çatıb. Bu hadisəni yaşayan sərnişinlər təəssüratlarını jurnalistlərlə bölüşüblər. Onlardan biri Alvero Pupo vəziyyəti “dəli bir təcrübə” kimi qiymətləndirib.

 

"Gəminin əyildiyiniyeməyim, boşqablarım, stullarım, hər şeyin hər yerdə uçduğunu görməyə başladıq. Bu, əsl xaos idi".

 

Bununla belə, sərnişinlər kapitanı və ekipajı təmkinlərini qoruduğu və hər kəsin sakit qalması üçün əziyyət çəkdiyini bildiriblər.

 

Qeyd edək ki, “Explorer of the Seas” 15 göyərtəli və maksimum 4290 sərnişin tutumlu gəmidir.

 

Aynil

 

 

 

Bölmənin digər xəbərləri

11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO

Dünyapress TV

Xəbər lenti