Dünyadakı ən qəribə inanclar – Hətta avropalılar da qorxur - Video
Dünyanın hər yerində fərqli-fərqli uğursuzluq hesab edilən rəqəm, hərəkət və davranışlar var.

Ölkə.Az xəbər verir ki, bu cür davranışlara yol verən şəxslər başlarına bədbəxt hadisələrin gələcəyinə inanırlar.
Odur ki, dünyanın ən qəribə xurafatlarını təqdim edirik:
Almaniyada bir insanı doğum günündən əvvəl təbrik etmək olmaz. Onlar düşünür ki, beləliklə cinlər xoş arzuları eşidə və onların həyata keçməməsi üçün əllərindən gələni edə bilərlər.

Böyük Britaniyada sağsağan görmək uğursuzluq sayılır. Ona görə də hardasa sağsağan görsəniz, onları nəzakətlə qarşılasanız yaxşı olar: məsələn deməlisiniz ki, “Sabahınız xeyir, cənab sağsağan. Bu gün xanımınız necədir?”
Bunun səbəbi də odur ki, adətən sağsağanlar cüt gəzir və onları tək görmək kədəri ifadə edir.
Polşada çantaların yerə qoyulması yanlış hesab olunur. Çünki insanlar çantalar yerdə olan zaman içindəki pulun asanlıqla çıxa biləcəyinə inanırlar.
Polşada həmçinin insanlar inanırlar ki, əgər kimsə ölübsə, cəsədi növbəti bazar gününə qədər basdırmalısınız, əks halda daha bir yaxın adamınızı itirə bilərsiniz.

İspanyada insanlar ayın 13-nə təsadüf edən çərşənbə axşamını uğursuz sayır. Onların inancına görə bu günlərdə evlənmək və ya səyahət etmək olmaz.
İtaliyada isə ayın 17-nə təsadüf edən cümə günü pis xəbər deməkdir. Həmin gün heç bir şey etməməli, ən azından xüsusi bir günü qeyd etməməlisiniz. Bunu etsəniz belə heç olmasa, bənövşəyi geyinməməlisiniz.
İsveçdə isə hörümçəyi öldürmək qadağandır. Çünki mövhumata görə, hörümçəyi öldürsəniz, sabahısı günü mütləq yağış yağacaq.
Fransada batil inanclar daha çoxdur. Məsələn, hansısa quş pəncərənizdən içəri baxsa, pis bir şey olacaq və ya hamilə qadın bayquş görsə, qız doğulacaq deməkdir.

Fransızlar həmçinin inanır ki, çörəyi tərsinə qoyan insan onu yeyirsə, lənətlənəcək.
Türkiyədə kiməsə əldən-ələ qayçı və ya bıçaq vermək o şəxslə dalaşacağınız, hətta düşmən olacağınız mənasına gəlir. Bu inanc Azərbaycanın də bəzi bölgələrində mövcuddur.
Rusiyada evdən çıxdıqdan sonra nəyisə yadınızdan çıxarmısınızsa, geri qayıtmamalısınız. Deyək ki, unutduğunuz əşya çamadandır və geri dönməlisiniz. Bu zaman evə qayıtsanız əsla fit çalmayın.
Şeytanı bir müddət səyahət etməyəcəyinizə inandırmaq üçün çamadanın üzərində oturmalı və geri qayıtmazdan əvvəl həmişə güzgüyə baxmağı unutmamalısınız.

Yaponiyada isə “şi” kimi tələffüz edilən 4 rəqəmi həm də ölüm mənasına gəlir. Ona görə də 4 elementdən ibarət hədiyyələrdən məsələn 4 gül, 4-lü boşqab və s. qaçın. Bu səbəbdən Yaponiyada bir çox binalarda mərtəbələrdə 4 rəqəmi yoxdur.
Yaponiyada 9 rəqəmi də uğursuz sayılır çünki “əzab” sözü ilə eyni cür tələffüz edilir.

Cənubi Koreyada gecə fit çalmaq uğursuzluq əlaməti sayılır. Çünki onlar inanır ki, belə etsəniz, pis ruhlar varlığınızdan xəbərdar olacaq.
Eyni zamanda cənubi Koreyada isə məzarlarda yazılar qırmızı olduğu üçün birinin adını qırmızı ilə yazmaq pis hadisələrə işarə edir.

 

Bölmənin digər xəbərləri

14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."

Dünyapress TV

Xəbər lenti