b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_f38be6c2af7ea18fa9c5f1bef0d3d0c2.jpg
 

Bakı ilə təzyiq, təhdid tonunda danışmağın effektsiz olduğunu Qərbdə də başa düşürlər; ABŞ rəhbəri müzakirələr üçün xüsusi köməkçisini Bakıya göndərdi; Azərbaycan liderindən mühüm açıqlamalar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

- Hörmətli cənab Prezident!

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız.

***

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Rəsmi açıqlamada bildirilir:

- Karpenter qəbula görə təşəkkürünü bildirdi. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparıldı.

***

Regionda və dünyada gedən proseslərin fonunda ABŞ rəhbərinin Azərbaycan Prezidentinə yuxarıda qeyd edilən məzmunda “sülh məktubu” göndərməsi, ardınca xüsusi köməkçisini Bakıya göndərməsi olduqca mühüm məsələdir və ciddi mətləbləri var. Sirr deyil ki, hazırda yeni bir siyasi konfiqurasiya formalaşır. O da bəllidir ki, Azərbaycanın dünyada yeri və çəkisi kifayət qədər artıb. Cənubi Qafqaz regionundakı proseslərə dair Azərbaycana edilən təhdidlər, təzyiqlər heç bir fayda verə bilməzdi. Azərbaycan lideri dəfələrlə bəyan etmişdi ki, heç kim bizimlə bu tonda danışa, iradəmizə təsir göstərə bilməz.

Belə görünür ki, Qərbdə artıq reallıqları dərk edir və Azərbaycanla normal müzakirələrə qərar veriblər. Əgər belədirsə, ciddi nailiyyətlər əldə etmək olar. Təbii ki, bir şərtlə: Azərbaycanı doğru bildikləri və etdiklərindən kənarlaşdırmaq cəhdləri olmayacaqsa! Yəni bu mümkün deyil və yalnız səmimi polemikalar nəticə verə bilər.

Digər tərəfdən, ABŞ həm də Ermənistana təsir göstərməlidir ki, revanşizm meyllərindən, işğalçı iddialardan tamamilə əl çəksin, konstitusiyasını abıra salsın. Bu halda Baydenin məktubunda qeyd etdikləri də öz məntiqi həllini tapa bilər.

Hazırladı: Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat”

 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti