“Almaniya qətiyyətlə Ukraynanın yanındadır" -
“Almaniya qətiyyətlə Ukraynanın yanındadır. Almaniya Ukraynanın Avropada ən güclü, dünyada isə ikinci güclü hərbi dəstəkçisidir, Bu, belə də qalacaq”.

Yenixeber.org: Bunu Almaniyanın Federal Kansleri Olaf Şolts oktyabrın 11-də Berlinə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuata bəyanatında deyib.

Son aylarda Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurulduğunu qeyd edən Olaf Şolts qış mövsümünün yaxınlaşması ilə əlaqədar Ukraynaya bu sahədə də müvafiq dəstəyin verilməsinin əhəmiyyətini qeyd edib. O, bu zərərin qısa müddətdə aradan qaldırılması və istilik təchizatının bərpası üçün Almaniyanın Ukraynaya 170 milyon avro əlavə yardım göstərəcəyini vəd edib.

Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini vurğulayan Olaf Şolts deyib: "Hava hücumundan müdafiə dəstəyi bizim üçün əsas olaraq qalır. Müsbət haldır ki, Ukraynaya dəyəri 600 milyon avrodan çox olan yeni hərtərəfli hərbi dəstək paketi təqdim etmişik. Buraya digər təchizatla yanaşı, IRIS-T SLM sistemi, piyada döyüş maşınları, tanklar, özüyeriyən haubitsalar, artilleriya sursatları və pilotsuz təyyarələr daxildir. İlin sonuna kimi tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik. Buraya, IRIS-T və Skynex tipli hava hücumundan müdafiə sistemləri, "Gepard" tankları, tank və özüyeriyən haubitsalar, əsas döyüş tankları, zirehli avtomobillər, döyüş pilotsuz uçuş aparatları, radarlar və artilleriya sursatları daxildir".

Ukraynaya hərbi dəstəyin 2025-ci ildə də davam etdiriləcəyini vurğulayan kansler büdcədə 4 milyard avroluq birbaşa ikitərəfli yardımın nəzərdə tutulduğunu bildirib.

"Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq bizim ümumi fəaliyyətimizin rəhbər prinsipi olaraq qalır", - deyə Olaf Şolts xüsusi vurğulayıb.

Prezident Volodimir Zelenski Almaniyanın xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyinin Ukrayna üçün mühüm rol oynadığını qeyd edib. "Patriot" və IRIS-T sistemləri və "Gepard" tankları alman silah və texnologiyasının çox böyük töhfəsidir. İqtisadi və siyasi dəstək də çox vacib elementlərdir", - deyən Volodimir Zelenski dəstəyə görə təşəkkür edib.

Ukrayna Prezidenti ədalətli sülhün əldə olunmasında da Almaniyanın fəal mövqeyini qeyd edərək, bu prosesdə Berlinin dəstəyinin əhəmiyyətini vurğulayıb.
 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti