“Aİ-nin bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik” - XİN
“Avropa İttifaqı (Aİ) tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib”.

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı medianın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi 4 iyul 2024-cü il tarixində İQAK-ın ictimai bəyanatına dair təfərrüatlı şərh verib.

“Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada “sarı gödəkçəlilər” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib. Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir”, – deyə Ayxan Hacızadə bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edilməkdədir. O da vurğulanıb ki, Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin (İQAK) 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı tənqidi çıxış edib.
 
 
 

Bölmənin digər xəbərləri

14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"

Dünyapress TV

Xəbər lenti