Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb
Prezident Həsən Ruhaninin Təbrizdə vəd etdiyi Türk Dil Qurumu yerinə rəsmilər tərəfindən 2015-ci ilin ilk aylarında təsis edildiyi açıqlanan “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondu”-nun 9 il keçdikdən sonra hələ fəaliyyətə başlamadığı bildirilir.

Təbrizə fəaliyyət göstərən Nasr News internet portalının yazdığına görə, “Azərbaycan Fondu etinasızlıq və laqeydlik səbəbilə həm fəaliyyətsiz qalıb, həm də fond üçün nazirlikdən gözlənilən 32 milyon tümənlik büdcənin ayrılıb-ayrılmayacağı bəlli deyil.”

İran prezidenti Həsən Ruhani 2013-cü il seçki kampaniyalarında Təbrizdə Türk Dil Qurumu təsis ediləcəyinə dair söz vermişdi. Bu və digər vədlərini yerinə yetirməyən Ruhani daha sonra Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” kimi şüarlar ilə qarşılaşmışdı.

2014-cü ilin son aylarında etnik qruplar və dini azlıqlar üzrə prezident yardımçısı Əli Yunesi Türk Dil Qurumu vədinin gündəmə çıxmasının başdan yanlış olduğunu, Şərqi Azərbaycan valisi isə dil qurumu yerinə Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun gündəmə alındığını ifadə etmişdilər.

Nasr News saytı “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun qeyri-müəyyən taleyi” başlığı altında yayımladığı reportajda keçən il fondun müdiri olaraq təyin edilib fəqət sonra istefa edən Ruhullah Rəşidinin açıqlamalarına yer verib.
 

Bölmənin digər xəbərləri

11 May 2024 İrəvanda etiraz mitinqi başa çatdı: Aksiyaların davam edəcəyi bildirildi - VİDEO
11 May 2024 Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb? - DETALLAR
11 May 2024 “Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
11 May 2024 Köçəryandan Baqrata etiraz: - “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”
10 May 2024 Şahzadələrin davası bitmir! “Qardaşını xəstə arvadının yaxınına buraxmır”
10 May 2024 Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
10 May 2024 Gürcüstana getmək istəyənlərdən bu tələb olunacaq
09 May 2024 “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan
09 May 2024 “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto
09 May 2024 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
09 May 2024 Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama
09 May 2024 Rusiya-NATO qarşıdurması kəskinləşir: Kreml nüvə silahından istifadə edəcəkmi?
08 May 2024 Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
08 May 2024 Azərbaycanlı professor, iş adamı Putinin andiçmə mərasimində ön sırada - FOTO/VİDEO
08 May 2024 Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?
08 May 2024 Putinin beşinci prezidentlik müddəti başladı: Rusiya lideri andiçmədə nələr dedi?
08 May 2024 Polşada casus həyəcanı: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı
08 May 2024 Qırğızıstan-Tacikistan sərhədində insident
07 May 2024 Avropa İttifaqı “Rus SWIFT”inə qarşı sanksiyalar hazırlayır
07 May 2024 Bu sarayın Putinə aid olduğu iddia edildi - VİDEO

Dünyapress TV

Xəbər lenti