Ardını oxu...
Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib.

Si Cinpin təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb.

O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq.

Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.
 
Ardını oxu...
Ukraynanın işğal edilən ərazilərində rusiyalı məmurlara qarşı əsl cəhənnəm yaşadılır...
Tanınmayan "Luqansk xalq respublikası"nın baş prokuroru həlak edilib...

Xersonda rusiyalı məmur kabinetinə 5 "HIMARS"-ın düşdüyündən danışıb...

Bu gün Rusiyanın işğal etdiyi ərazilərdə bir neçə partlayış baş verib.

Xerson vilayəti hərbi-mülki administrasiyasının yerləşdiyi məhkəmə binasına raket zərbəsi endirilib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumar yayıb.

İşğalçı administrasiya rəhbərinin müavini Kirill Stremousovun sözlərinə görə, onun kabinetinə birbaşa 5 "HIMARS" düşüb.

"RİA Novosti" agentliyi bina üzərindən tüstü qalxdığını göstərən video dərc edib.

Dəqiqləşdirilib ki, zərərçəkənlər var, hadisə yerinə "təcili yardım" maşınları gedib.

Daha bir partlayış Luqanskda tanınmayan "LXR"-in baş prokurorluğunun binasında baş verib.

Bu barədə "İnterfaks" agentliyi "LXR"- in xalq milisi nümayəndəsi Andrey Maroçkoya istinadən məlumat verib.

Məmurun məlumatına görə, qurbanlar var, "LXR"-in baş prokuroru zərər çəkib, binanın 3-cü mərtəbəsi zədələnib, idarənin əməkdaşları təxliyə edilib, hadisə yerində FHN işləyir.

Sonradan məlumat verilib ki, tanınmayan "LXR"-in baş prokuroru Sergey Qorenko aldığı yaralardan həlak olub.
 
Ardını oxu...
"Ərdoğan uzun müddətdir ki, mənə Zelenski ilə görüşməyi təklif edir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidentinin Zelenski ilə görüş barədə təklifində qəribə heç nə yoxdur: “Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”, - Rusiya prezidenti Ərdoğanın bugünkü görüşdə Zelenski ilə görüşməyi təklif edib-etməməsi ilə bağlı suala cavabında deyib.

Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib: “Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.
 
Ardını oxu...
"Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Həqiqətən də biz baş verənlərdən və itkilərdən təəssüflənirik. Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Bu da, sizə Rusiyanın münaqişəni dayandırmaq üçün resursları...”, - deyə Putin jurnalistin “Necə hesab edirsiz, Rusiyanın Ukraynaya başının qarışmasından istifadə edən bəzi qüvvələrin Qarabağda vəziyyəti gərginləşdirmək cəhdləri baş verirmi və Rusiyanın bu münaqişəni nizamlamaq üçün kifayət qədər resursları varmı? sualına cavabında qeyd edib.
Ardını oxu...
 

 
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü olub.

 

Bunu əks etdirən fotonu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter hesabında paylaşıb.

Sosial şəbəkələrin Azərbaycan seqmentində sözügedən foto maraqla qarşılanıb və günün fotosu kimi qələmə verlib.

Bundan əlavə, Özbəkistan mətbuatında da qeyri-rəsmi görüşdən bir neçə foto dərc olunub.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

   

 

XalqXeber.Az
Ardını oxu...
Londonda mərhum Kraliça II Elizabet ilə vidalaşmaq istəyənlərin növbəsi 6 km-dən çox uzanıb.

Kraliçaya ilə vidalaşmaq istəyənlər növbənin sonunda olan Touer Bridc qəsrinə getməlidirlər.

İnsanlara xəbərdarlıq edilir ki, onlar saatlarla ayaqüstdə dayanmalı olacaqlar.

Belə ki, növbə xətti daim hərəkətdə olduğu üçün oturmağa fürsətləri olmayacaq.

Eyni zamanda insanlardan tədbirə hörmət etmələri, Vestminster Sarayında olarkən səssiz qalmaları, tədbirə uyğun geyinmələri xahiş olunur. “Siyasi və ya təhqiramiz şüarlar” yazılmış geyimdə olanlar saraya buraxılmayacaq. Həmçinin kraliçanın tabutu ilə zalda şəkil çəkdirmək də qadağan olunub.

Bununla yanaşı İcmalar Palatasının nümayəndəsi təsdiqləyib ki, deputatların uzun kilometrlərlə növbəyə durmalarına ehtiyac yoxdur. Onlar kraliçanın tabutuna növbəsiz yaxınlaşa bilər. Həmçinin özləri ilə dörd nəfərə qədər adam da gətirmələrinə icazə verilir.

Parlament işçiləri də növbədən yayına bilərlər, onların hər birinə dəvətnamə təklif edilib.

Akkreditə olunmuş jurnalistlər də növbəsiz keçə bilərlər.

Mənbə: Yevropeyskaya pravda
 
Ardını oxu...
Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti baş tutub.

DİA.AZ xəbər verir ki, dövlət başçılarının Səmərqənddə qeyri-formal görüşü gerçəkləşib.

Zirvə görüşündə liderlərin qeyri-rəsmi məclisindən çəkilən şəkil sosial şəbəkələrdə günün ən çox paylaşılan fotosu olub.

Qeyd edək ki, ŞƏT-in sammitinin sentyabrın 15-16-da baş tutması nəzərdə tutulub. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirak edir
Ardını oxu...
Çin Xalq Respublikasının Sədri Si Cinpin Roma Papası Fransiskin Qazaxıstanda görüş keçirmək təklifini rədd edib.

“Report”un məlumatına görə, bu barədə Vatikandakı mənbə Reuters agentliyinə bildirib.

“Vatikan təşəbbüsü öz üzərinə götürüb. Çin tərəfi isə bu jesti yüksək qiymətləndirsələr də, diklərini" söylədi, lakin Si Cinpin cədvəlində boş vaxtın olmadığını bildiriblər” - nəşr vurğulayıb.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Roma Papası Fransisk heç vaxt üzbəüz görüşməyiblər.
 
Ardını oxu...
İrəvanda yüzlərlə vətəndaş Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə parlament binası yaxınlığında etiraz aksiyasını bərpa edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, aksiyada İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin yaxınları da iştirak edir.

Qeyd edək ki, ötən gün minlərlə insan ötən gün gecə saatlarına qədər parlament binası qarşısında etiraz aksiyası keçirib.
 
Ardını oxu...
"Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında qeyd edib.

"Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq", - paylaşımda deyilir.
 
 
 

Dünyapress TV

Xəbər lenti