Ardını oxu...
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tamam uzaq, qərəzli baxışı yansıdan və diplomatik səyləri sabotaj edən açıqlamaları əsla qəbuledilməzdir.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və bərabərindəki lobbi dəstəkli bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

“Bölgədə davamlı barış və stabilliyə şiddətlə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan Ana Vətən torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”, - o vurğulayıb.
 //apa/

Bu gün radikal erməni millətçi ünsürləri Azərbaycanın Parisdəki səfirliyinə hücum edib. Bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev məlumat verib.

“Erməni fanatikləri Azərbaycanın Fransadakı səfirliyinin binasına basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumadığına və təhlükəsizliyimizlə bağlı qanuni istəklərimizə məhəl qoymadığına görə Fransaya ayıb”, – səfir tvitində yazıb.

O, əllərində Ermənistan bayraqları olan bir qrup adamın səfirliyin binasına basqın etməsini əks etdirən videogörüntüləri də yayıb.

Ötən gün aqressiv izdiham Azərbaycanın Beyrutdakı səfirliyinə də basqın etməyə cəhd edib. Sosial şəbəkələrdəki görüntülərə görə, Livan polisi çətinliklə onun qarşısını alırdı.

Dünən Tbilisi polisi aqressiv ermənilərin Azərbaycanın Gürcüstandakı səfirliyinə yaxınlaşmasına imkan verməyib.

3 gün əvvəl radikal ermənilər Vaşinqtondakı Azərbaycan səfirliklərini mühasirəyə alıblar.

Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-York şəhərindəki Mərkəzi Parkda etdiyi gəzintinin görüntüləri ölkədə gündəm olub.

Yeniavaz.com xəbər verir ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq və müxtəlif görüşlər keçirmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərindəki Mərkəzi Parkda gəzintiyə çıxıb.

Bu zaman o, parkdakı ABŞ və Türkiyə vətəndaşları ilə səmimi söhbət edib, şəkil çəkdirib. Onun bu səmimi görüntüləri Türkiyə və dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Gəzinti zamanı Türkiyə prezidenti yerli sakinlərdən birinə siqaret çəkməməyi tövsiyyə edib.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, Mərkəzi Parkdakı gəzinti zamanı Ərdoğanı Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu müşayiət edib.

 
 
 
Ardını oxu...
ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink hesab edir ki, Kiyev danışıqların vaxtını, Vaşinqtonun Ukrayna prezidenti Vladimir Zelenski və hökumətinin təhlükəsizliyini təmin etməklə əldə etməyə çalışdığı “qələbə”nin tərifini özü təyin etməlidir.

Bu barədə diplomat bazar günü “Corriere della Sera” qəzetində dərc olunan müsahibəsində bildirib.

O deyib: “Vaşinqton hesab edir ki, “qələbə” anlayışı Ukraynanın demokratik yolla seçilmiş prezidenti Vladimir Zelenskidən gəlməlidir.

Danışıqlara başlamaq və başlamaq onun ixtiyarındadır. Bizim vəzifəmiz ona və hökumətinə təhlükəsizlik və hərtərəfli yardım göstərməkdir ki, məqsədlərinə çatsınlar”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynanın “Avro- və Şimali Atlantika institutlarına inteqrasiya edəcəyinə ümid edir ki, bu da ölkəyə fayda verəcək, həmçinin Avropa və ABŞ-ın maraqlarına uyğun olacaq”.
Ardını oxu...
Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.

Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:

"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı"

Digər bir şəxs isə "The Sun" a bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyə bacarsa da, tək bir şəxs bu qaydanı pozub.

Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər.

Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.
 
Ardını oxu...
Rusiyanın artıq 70 bələdiyyə deputatı prezident Vladimir Putinin istefası tələbi ilə bağlı müraciət imzalayıb. Ən təəccüblü isə odur ki, sənədi imzalayanlar arasında təxminən üçdə biri Sankt-Peterburqdandır. Hansı ki, Sankt-Peterburq klanı Putinin qalası kimi tanınırdı.

Ovqat.com-un məlumatına görə, iddianı rus mediası irəli sürüb.

Severreal.org-un iddiasına inansaq, imzaların böyük əksəriyyəti Moskva və Sankt-Peterburq deputatları tərəfindən atılıb. Digər rayonlardan isə hələlik kütləvi imzalar yoxdur.

"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!", - müraciətdə belə deyilir.

Təşəbbüs Sankt-Peterburqun Smolninski Şurasının deputatları tərəfindən irəli sürülüb. Onlar Dövlət Dumasını Putini istefaya göndərmək üçün onu dövlətə xəyanətdə ittiham etməyə çağırıblar. Putinin Rusiya ordusunun Ukrayna ərazisinə soxulması qərarının Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə zərər vurduğunu bildiriblər.

Daha sonra məhkəmələr Smolninski Şurasının deputatlarını Rusiya ordusunu gözdən salmaq maddəsi ilə cərimələyiblər. Dmitri Palyuqa 47 min rubl, Nikita Yuferev 46 min rubl, İvan Çebotar, Dmitri Baltrukov və Anna Kiselyova hər biri 44 min rubl məbləğində cərimələnib.

Deputatların bəyanatından sonra məhkəmə Sankt-Peterburq qubernatoruna Smolninskoye bələdiyyəsinin şurasını buraxmağa icazə verib.
Ardını oxu...
İraqın Bəsrə limanında neft sızması baş verib.

Məlumata görə, təmir işləri başa çatana qədər limandan neftin daşınması üzrə əməliyyatlar dayandırılıb.

Neft sızmasının “böyük miqdarda” baş verdiyi, bərpanın bir həftədən çox çəkə biləcəyini qeyd olunub.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Mənbə: TASS
 
Ardını oxu...
“Putini ən yaxın ətrafının və Rusiya Federasiya rəhbərliyində təmsil olunan şəxslərin bu ilin fevral ayından başlayaraq, həddindən artıq alkoqol aludəçisinə çevrilmələri narahat etməyə başlayıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın “Meduza” kanalı Kremldəki vəziyyətlə bağlı məlumatında bildirib.

Nəşr yazır ki, Kremldəki iki mənbənin məlumatına görə, Putin yüksək rütbəli məmurların alkoqolla bağlılıq probleminə xüsusi diqqət ayırmağa başlayıb: “Çünki Ukraynaya qarşı müharibə fonunda rusiyalı məmurlar qat-qat daha çox spirtli içki qəbul etməyə başlayıblar. Rusiya prezidentini ən çox narahar edən xüsusilə də ən yaxın ətrafının vəziyyətidir. Onlar fevraldan başlayaraq, streslərini bu cür atırlar – nazirlər, onların müavinləri, hətta baş nazirin bəzi müavinləri, Prezident Administrasiyasının və Təhlükəsizlik Şurasının məmurları, dövlət şirkətlərinin rəhbərləri, qubernatorlar və sair”.

“Meduza”nın mənbələri bildirirlər ki, yüksək rütbəli məmurların stress keçirmələri və daha güclü şəkildə alkoqolizmə qurşanmaları heç də Rusiyanın Ukraynadakı məğlubiyyətləri ilə yox, sanksiyalar nəticəsində şəxsən onlara və bizneslərinə, eləcə də öyrəşdikləri həyat tərzinə dəyən zərbə ilə əlaqədardır.


Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Rusiyanın sabiq prezidenti və hazırda Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini tutan Dmitri Medvedevin alkoqolizmdən əziyyət çəkdiyi və hətta Kreml rəhbərliyi tərəfindən məcburi müalicəyə göndərildiyi, lakin müalicədən imtina etdiyinə dair məlumatlar yayılıb. Həmçinin, Medvedevin sosial şəbəkələrdəki məlum qalmaqallı və bütün dünyanı nüvə silahı ilə hədələyən mətnləri də çox vaxt içkili vəziyyətdə paylaşdığı iddia olunur. Məhz buna görə sabiq prezidentin bəzən öz paylaşımlarını sonradan, yəni, ayılandan sonra sildiyi bildirilir.
 
 
 
Ardını oxu...
İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.

Bu fikri cümə günü ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman deyib.

“Biz çıxılmaz vəziyyətdəyik. Danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu bizim üçün qəbuledilməzdir”, - Amerikanın xarici siyasət idarəsi rəhbərinin müavini “The Washington Post”a onlayn müsahibəsində bildirib.

Eyni zamanda, Şerman ABŞ-ın təslim olmaq niyyətində olmadığını, İranla Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdış axtarışlarını davam etdirəcəyini vurğulayıb.

Həmçinin, Vaşinqton hadisələrin gələcək inkişafın istənilən variantına hazırlaşacağı barədə də xəbərdarlıq edib.
Ardını oxu...
Berdyanskın işğal administrasiyasının qondarma "rəhbər müavini” Oleq Boyko sentyabrın 16-da şəhərdə "referendum”un keçirilməsi üçün seçki komissiyasına rəhbərlik edən həyat yoldaşı ilə birlikdə öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks" Berdyanskın işğal administrasiyasına istinadən məlumat yayıb.

"Berdyansk şəhərinin hərbi-mülki administrasiyası sədrinin mənzil-kommunal təsərrüfat üzrə müavini Oleq Boyko və onun həyat yoldaşı, referendum üzrə şəhər ərazi seçki komissiyasına rəhbərlik edən Lüdmila Boyko öz qarajının yaxınlığında öldürülüb”, - bildirilib.

Düşmənlə məkdaşlıq edən vətən xaini Vladimir Roqov hadisənin Koloniya mikrorayonunda baş verdiyini iddia edir. İşğalçılar qətlin təfərrüatlarını dəqiqləşdirməyiblər.

Qeyd edək ki, 2020-ci ildə Oleq Boyko Həyat Uğrunda Müxalifət Platformasından (OPZJ) Berdyansk merliyinə namizəd olub.

Xatırladaq ki, işğal altında olan Berdyanskda avqustun 26-da şəhərin "yol polisinin rəis müavini” adlandırılan Aleksandr Kolesnikov qəlpə yaralarından ölüb.

Sentyabrda Zaporojye vilayəti yaxınlığında işğal olunmuş şəhərin mərkəzində avtomobili partladılmış Berdyanskın qondarma "komendantı” Artyom Bardin ayaqlarını itirib.

Bu gün həmçinin işğal olunmuş Luqanskda qondarma "LPR”in baş prokuroru Sergey Qorenkonun ofisində partlayış baş verib, o və müavini ölüb.
 

Dünyapress TV

Xəbər lenti