Ardını oxu...
Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, qərarı Ali Radanın 287 deputatı dəstəkləyib.

Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb.

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.

Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq “qanunsuz işğal edilmiş”, 2012-ci ilə qədər isə “dədə-baba torpaqları” adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.

Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.

Fevralın sonunda Yaponiya Xarici İşlər Nazirliyinin departament direktoru Cənubi Kuril adalarının işğal olunduğunu bildirib. Daha sonra Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdəki çıxışında həmin bölgəni “əzəli yapon ərazisi” adlandırıb. O, ayrıca mətbuat konfransında adaların “qanunsuz işğal olunduğunu” vurğulayıb. Bundan sonra rəsmi Moskva martın 21-də sülh danışıqlarını dayandırdığını açıqlayıb.
 

Ardını oxu...
"Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahı olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir".

DİA.AZ "Report"a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən deyib.

"Biz bu uzunmüddətli münaqişəsinin səbəb olduğu insan itkilərindən sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib", - ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib.

"Təqsirkarlar cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır", - Vedant Patel vurğulayıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ “həqiqət və barışıq”ın təşviqi üzrə beynəlxalq səyləri dəstəkləməkdə davam edir və bu proseslərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə biləcəyini hesab edir.

Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozub.

2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

Sentyabrın 14-30-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş daha bir kütləvi məzarlıqda 18 nəfərin qalıqları tapılıb.
Ardını oxu...
Bu gün Praqada keçirilən “Avropa siyasi birliyi”nin sammitində qeyri-rəsmi görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu Türk Birliyinin iclasına dəvət edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Praqada mətbuat konfransında çıxış edən Ərdoğan Makronun bununla bağlı verdiyi cavabı açıqlayıb.

“Gələcək. Elə dedi. Hansı mövsümdə gəlim deyə soruşdu. Ən sonra “G20-dən sonra gəlsəm necə olar” deyə soruşdu. Gəl dedik, amma gələndə xanımınla gəl dedik. Zarafatımızı da etdik. Xanımlar yaxşı yola gedir, amma biz səninlə yola gedə bilmirik söylədim”, - deyə Ərdoğan qeyd edib.

 
Ardını oxu...
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Praqada kameralar qarşısında Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşıb onlarla qısa söhbət etməsi taktiki gediş idi. Çünki, bir neçə saat sonra Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı liderlərinin dördlü formatda görüşü başlayacaqdı. Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu qabaqladı.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
ABŞ, Kanada, Tayvan, Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva, Estoniya və Moldova da daxil olmaqla dünyanın ondan çox ölkəsi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb. Bu gün isə Çexiya da onlara qoşulub.

Nə baş verir? Onlar Rusiyanın bilmədiyi nələri bilirlər? Ruslar artıq narahat olmalıdır, yoxsa bu, hələ də sırf siyasi oyunlardır?

Rusiyada bundan əvvəl də hamı Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynanı dərhal tərk etmək və səfirlikləri Kiyevdən çıxartmaq çağırışlarını sırf siyasi oyun kimi qəbul edirdi. Təbliğatçılar, o cümlədən Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarova, bu çağırışlara qəzəblə reaksiya verirdilər. Heç kim bunun ciddi olduğuna inanmırdı. Amma fevralın 24-də hamı gülməyi dayandırdı.

Hazırkı böhranın əsasında nə dayanır? İlk növbədə, xarici ölkədə ölmək istəməyən çağırış yaşlı yüz minlərlə rusiyalının səfərbərliyə çağırılması və bundan yayınması (Finlandiya hətta onların qarşısını almaq üçün Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib). Ancaq bu cür narahatlığın səbəbi təkcə səfərbərlik deyil. Ritorika dəyişir, baş verən hərbi uğursuzluq və geri çəkilmələr fonunda demək olar ki hər gün Ukraynaya qarşı taktiki nüvə silahından istifadə çağırışları səslənir. Özü də ki, rusiyalı siyasətçilər dünyanın bu zərbəyə göz yumacağı, NATO-nun tam miqyaslı nüvə müharibəsindən qorxaraq heç bir şəkildə cavab verməyə cəsarət etməyəcəyinə əminliklərini ifadə edirlər.

Kadırov buna çağırır, Medvedev onun səsinə səs verir, Peskov birmənalı şəkildə nüvə doktrinasına işarə edir və nəhayət Putinin özü də kifayət qədər açıq şəkildə Rusiya ərazilərini (Ukraynanın ilhaq olunaraq Rusiyaya birləşdirildiyi elan edilən dörd regionu) qorumaq üçün “bütün vasitələrdən” istifadə etməyə hazır olduğunu bildirir.

Bu gün “The Times” sensasiyalı iddia ilə çıxış edərək yazıb ki, NATO Rusiyanın tezliklə Ukrayna ilə sərhəddə, böyük ehtimalla Qara dənizdə (İlan adasında?) “nüvə sınaqları” keçirə biləcəyinə inanır və bununla da dünyaya “kütləvi qırğın silahlarından istifadə etmək istəyini nümayiş etdirdiyini” hesab edir. Alyans bütün müttəfiqlərinə bununla bağlı xəbərdarlıq edib.

Amma Qərb açıq şəkildə bildirir ki, daha dözmək fikrində deyil, bu təhlükəli hədəni son hədd olaraq qəbul edir və bundan sonra NATO bütün mümkün sədləri aşan münaqişəyə müdaxilə etməli olacaq. Putinə edilən xəbərdarlıqlar çox sərt səslənir. Onlar ictimaiyyətə təfərrüatsız təqdim edilsə də, bəzən detallar sızır. Bu günlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petreus (o, ağlını tamamilə itirmiş qoca hərbçi deyil, Petreus Putinlə həmyaşıddır) bəyan etdi ki, Ukraynada nüvə silahından istifadə edilərsə, NATO əvvəlcə Rusiyanın Ukrayna və Krımdakı bütün qoşunlarını, hərbi texnikasını və infrastrukturunu, həmçinin Qara dəniz donanmasını məhv edəcək. Bu zaman üçüncü dünya müharibəsinə səbəb olmamaq üçün kütləvi qırğın silahlarından istifadə olunmayacaq.

Necədir?!

Optimizmə səbəb olan yeganə şey odur ki, dünyanın ən güclü kəşfiyyat xidmətlərinə malik olan iki dövlət – Böyük Britaniya və İsrail vətəndaşlarına dərhal Rusiyanı tərk etmək və səfirlikləri boşaltmaqla bağlı xəbərdarlıq etməyiblər. Elə Almaniya və Fransa da hələlik həyəcan təbili çalmayıb. Bu o deməkdir ki, hələ də radioaktiv kül olmaq qorxusu yaranmayıb. Hələlik döyüşdən əvvəl “baxış dueli” gedir. Döyüş özü isə baş tutmaya da bilər…
pressklub

 
Ardını oxu...
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Yerusəlim Post”a müsahibəsində ölkəsində davam edən rejim əleyhinə kütləvi etiraz aksiyalarından danışıb.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Pəhləvi baş verənləri “inqilab” adlandırıb və Qərbi İran xalqına dəstək verməyə çağırıb.

“Ölkəm yenidən keşməkeşli dövrdən keçir. İnqilab dövründəyik. İranın yüzlərlə şəhər və kəndində müşahidə etdiyimiz xalq etirazlarının çox aydın bir məqsədi var: islam rejiminin devrilməsi və insan haqlarına əsaslanan dünyəvi demokratiyanın qurulması. Bu mübarizəni mənim cəsur soydaşlarım aparır. Təbii ki, onları bütün varlığımla dəstəkləyirəm və onlara dəstək olmaq və qalib gəlmələri üçün əlimdən gələni edəcəyəm”, - şahın oğlu deyib.

Pəhləvi bildirib ki, Qərb bu inqilabı sözdə dəstəkləməkdən əmələ keçməlidir:

“Həmvətənlərimin internetə çıxışa və artan tətilləri görə dəstəyə ehtiyacı var. Bu ölkələr internet azadlığına hər il milyonlarla dollar xərcləyirlər. İranlıları “Starlink” kimi texnologiya ilə təmin etməkdən daha yaxşı hansı investisiyanı yatıra bilərlər? Tətil etmək üçün risk götürməyə hazır olan işçiləri dəstəkləmək üçün daha yaxşı hansı investisiya qoyula bilər? ABŞ-a gəlincə, nəhayət Prezident Baydenin cəsarətlə küçələrə çıxan iranlı etirazçıları dəstəklədiyini birmənalı şəkildə bəyan etməsinin vaxtı çatıb. O, bu azadlıq hərəkatını cəsarətlə dəstəkləməlidir”.

Pəhləvi İran xalqının itaətsiz şəkildə məqsədinə doğru irəlilədiyini söyləyib.

Şahın oğlu rejim dəyişikliyindən sonra demokratik İranın İsraillə əlaqələrini bərpa edəcəyini iddia edib:

“İran onunla xoş niyyət və qarşılıqlı maraq əsasında əlaqələr qurmaq istəyən bütün xalqlarla olduğu kimi, İsraillə də iqtisadi, mədəni və digər əlaqələr qurmağa çalışacaq".

Rza Pəhləvi dini-siyasi rejimin devrilməsindən sonra onun İranda hakimiyyətə gəlib-gəlməyəcəyi ilə bağlı suala cavabı belə olub:

“Heç vaxt İranı özüm üçün azad etməyə çalışmamışam, İranı həmvətənlərim üçün azad etməyə çalışmışam. Bunu titul və ya vəzifə üçün etmirəm, ölkəm üçün edirəm.

Azad İran heç vaxt nüvə silahı əldə etməyə çalışmaz, çünki bizim buna ehtiyacımız olmayacaq. Əlbəttə ki, Fars körfəzi regionunda və Yaxın Şərqdə İsrail və ərəb xalqları ilə normallaşmanın tərəfdarıyıq. Gələcək, azad İran hamı ilə qarşılıqlı maraq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri normallaşdırmağa çalışacaq. Əgər biz birlikdə çalışsaq, regionumuz qlobal güc mərkəzi ola bilər”.
 
Ardını oxu...
Rusiya səfirliyi İrandakı iğtişaşlar fonunda rusiyalılara izdihamlı yerlərə getməməyi tövsiyə edib.

Rusiya vətəndaşlarından mümkün insidentlərin qarşısını almaq üçün foto və video çəkilişlərə qoyulan qadağalara ciddi yanaşmalarını xahiş edib.

“İrana yeni gələn və ya artıq orada olan hər kəsə insanların sıx olduğu yerlərə getməməyi tövsiyə edirik. Xatırladırıq ki, İranın böyük şəhərlərində bir çox yerlərdə foto və video çəkilişləri qadağandır. Xahiş edirik ki, insidentlərdən qaçmaq üçün bu qaydalara ciddi əməl edin”, - deyə səfirliyin məlumatında qeyd olunub.
 
 
 
Ardını oxu...
Michael Rubin: “Azərbaycanda mənə bir xalça verdilər. Pişiklərim onu çırıq-çırıq elədi”
“American Enterprise Institute” (AEI) yüksək ranqlı əməkdaşı Michael Rubin (1971) əvvəllər Pentaqonda məmur kimi çalışıb. Amerika mətbuatında əsasən Azərbaycan, Ermənistan, Türkiyə, İran, Rusiya kimi ölkələrlə bağlı təhlil yazıları ilə çıxış edir.
Azərbaycan və Türkiyə rəsmiləri ilə bir vaxtlar “şirin-şəkər-bal” kimi münasibətləri olub. Müvafiq olaraq Ermənistanı asıb-kəsib. Xeyli müddətdir ki, Michael Rubin öz mövqeyini 180 dərəcə dəyişib. O, sahibi olduğu “19fortyfive.com” saytında “Of Course, I Switched Sides On Armenia And Azerbaijan. Here’s Why” (Əlbəttə, Ermənistan və Azərbaycana münasibətim ciddi şəkildə dəyişib. Niyəsini izah edirəm) adlı məqalə ilə çıxış edib.
Gördüyünüz kimi, müəllif özü bir daha oxuculara izahat verməyi lazım bilir. İzahatda isə əcaib arqumentlərdən istifadə olunur. Məsələn, onun 2011-ci ildə qələmə aldığı "What is wrong with Armenia" (Ermənistanda yanlış olan nədir?) adlı məqaləsində deyilir ki, Ermənistan İrana dəstək verir, müvafiq olaraq ABŞ-a münasibətdə antoqonist mövqeydə dayanır. Türkiyə və Azərbaycan üçün həssas alan qondarma “erməni soyqırımı” məsələsinə də ciddi şübhə ilə yanaşır və deyir ki, bu işi tarixçilərin müzakirəsinə buraxmaq lazımdır (cənab Ərdoğan da belə deyirdi). Müəllif Ermənistanı Rusiyanın əlində yer alan oyuncaq ölkə adlandırır. Ermənistanı İranın əlaltısı kimi təqdim edir. Bir az da qızışaraq deyir ki, Ermənistan ABŞ-ın milli maraqlarına təhlükədir. Digər məqalələlərində isə ABŞ rəhbərliyinə məsləhət görür ki, Türkiyə ilə müttəfiqliyi gücləndirmək lazımdır. Türkiyə ABŞ-ın ən etibarlı müttəfiqidir və.s.
Qeyd etdiyim kimi, mövqeyini 180 dərəcə dəyişən Michael Rubin indi tam əksini iddia edir. Son məqaləsində deyir ki, bəzi azərbaycanlılar guman edir ki, mövqeyimin dəyişməsi pulun motivasiyası ilə bağlıdır. Amerikalı azərbaycanlıların belə düşünməsini bizim milli dəyərlərlə əlaqələndirir, mövcud düşüncə tərzimizdən gəlir. O yazır: “Azərbaycanda keçirilən bir konfransından sonra mənə bir xalça verdilər. Pişiklərim onu dərhal çırıq-çırıq etdi”.
Kimsə düşünə bilər ki, Azərbaycan iqtidarı Michael Rubin-in pul-parasını kəsib, ona görə də amerikalı dələduz mövqeyini dəyişib. Yox, bu, bizim iqtidarın vərsizliyi ilə bağlı deyil.2017-ci ilin iyun ayında Tayyib Ərdoğan Türkiyə məhkəməsində Michael Rubin-ə qarşı dava açdı. Amerikalı rəsmi şəkildə “Fətullahçı Terror Təşkilatına dəstək vermək və cinayətlər törətmək”də ittiham olunurdu. 2017-ci ilin dekabrında isə Türkiyə dövləti rəsmən elan etdi ki, Michael Rubin-i Türkiyəyə təslim edilməsinə yardımçı olan şəxsə 3 milyon Türkiyə lirəsi (o vaxt 800 min dollar edirdi) mükafat veriləcək.
Michael Rubin 2020-ci ilin 16 dekabında, yəni 44 günlük müharibə Zəfərlə başa çatdıqdan az sonra “Azerbaijan’s cynical approach to Jews is demeaning to all” (Azərbaycanın yəhudilərə iyrənc (sinik) yanaşması hamını alçaldır) adlı məqalə ilə çıxış etdi. Xatırladım ki, o vaxt ABŞ-da möhtəşəm gücə sahib olan yəhudi lobbisi Azərbaycanın müdafiəsi üçün bəlli işlər görürdü. Belə bir ortamda Amerika Erməniləri Milli Komitəsinin çətiri altına kef edən Michael Rubin Azərbaycanda yəhudilərə olan münasibəti ən qara boyalarla amerikalılara təqdim etməyə çalışdı. Şübhəsiz ki, bu məqalə xüsusi sifarişlə yazılmışdı. Həmin məqalədə deylirdi: “Bu payız baş vermiş Dağlıq Qarabağ müharibəsi fonunda Vaşinqtonda daha bir döyüş gedir: münaqişə tərəfdarları Amerika yəhudilərini öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fikrincə, Azərbaycan bütün xalqlar üçün tolerant olan maarifçi cəmiyyətə sahibdir, Ermənistan isə Adolf Hitlerə dəstək verən dərin antisemit bir ölkədir”.
Müəllif and-aman edir ki, Azərbaycan və Türkiyədə yəhudilərə münasibət səmimi deyil: “Vaşinqton və ya Yerusəlim (Qüds) Ankara və ya Bakının istəklərinə tabe olmasa, dini tolerantlıq həmən aradan qalxacaq”. O, daha da həyasızlaşaraq yazır ki, Türkiyə və Azərbaycan əslində yəhudiləri girov saxlayır...
Bir sözlə, adam (adammı?) yəhudi lobbisini Azərbaycan və Türkiyənin müdafisəindən çəkindirmək üçün əcaib yalanlar uydurur...
Rusiya qazının Qaradəniz üzərindən Türkiyəyə ötürülməsini təmin edən “Türk axını” (TurkStream) boru xəttinə qarşı amansız mübariz kimi tanına Michael Rubin istəyinə nail olmadı. Onun ABŞ və Avropada apardığı əks-təbliğat kampaniyası iflasa uğradı...
Təbi ki, bütün ermənilər kimi, Michael Rubin də ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardımı (ildə 120 milyon dollara yaxın) kəsməyi, həmin yardımı Ermənistana verməyi tələb edir. Bədnam "907"-ci düzəlişin yenidən qüvvəyə minməsini istəyir...
ABŞ başda olmaqla Qərb mətbuatında və siyasi arenasında Michael Rubin tipli bir sürü fırldaqçı var. Pulunu verəndə o, türkçü-Turançı olur, pulunu kəsəndə isə həmən Amerika Erməniləri Milli Komitəsinin yanında yer alır. Düşünün ki, bu adam o qədər ermənipərəst olub ki, Amerika Erməniləri Milli Komitəsinin saytında onun palaz-palaz yazıları gedir...
Elbəyi Həsənli, Sürix
Teref.az
 
 

Ardını oxu...
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb.
Ətraflı

“Hakimiyyətlə müxalifət arasında dialoqun pozulmasının günahkarları Köçəryan və Paşinyandır”, – o əlavə edib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyanın dünən bildirdiyi fikirlərdən sonra bir çoxları elə düşünüb ki, tərəflər arasında dialoqa Ter-Petrosyan mane olub. O isə belə hesab edir ki, əslində dialoqun pozulmasına səbəb Robert Koçaryanın 3 saatlıq mətbuat konfransı və Nikol Paşinyanın 2 saatlıq müsahibəsi olub.

Ter-Petrosyan belə bir qənaətə gəlib ki, Koçaryan hansı yolla olursa olsun, Paşinyanı devirməyə, Paşinyan isə istənilən vasitələrlə hakimiyyətini qoruyub saxlamağa çalışır və bunun nəticəsində dialoq üçün bütün körpülər dağıdılıb.
Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin erməni əsgərlərini güllələməsi ehtimal olunan videonun dünya KİV-lərinin ilk səhifələrinə bu qədər tez düşməsi ümumilikdə Qərb hökumət kabinetlərində oturan bəzi rəhbərlərinin Bakıya qarşı açıq-aşkar qərəzli olduğunu göstərir.

Bu barədə Axar.az-a müsahibədə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov bildirib.

“Onlarla video var ki, erməni əsgərləri Azərbaycan hərbçilərinin cəsədləri üzərində ağlasığmaz vəhşiliklər törədirlər. Bəs nəyə görə Qərb KİV-i “medalın bu tərəfini” dərc etmir? Qərb mediası səkkiz il Donbasda davam edən Ukraynanın hücumunu da görməzdən gəldi. Orada yüzlərlə uşaq, qadın və qoca öldürülüb. Amma bütün Qərb mediası, hüquq müdafiəçiləri yalnız Kiyev hakimiyyətinin maraqlarına uyğun bəyanat yayırlar. Ermənistan da hazırda Qərb təbliğatının siyasi sifarişini yerinə yetirir”, - deyə müsahibimiz qeyd edib.

Arkovun sözlərinə görə, süni surətdə uzadılan Ermənistan-Azərbaycan münaqişəsi regionda ABŞ-ın və ümumilikdə kollektiv Qərbin nəzarəti altında olmayan "Şimal-Cənub" layihəsinin və bir sıra digər güclü iqtisadi (müvafiq olaraq, böyük siyasi əhəmiyyəti olan) layihələrin tam reallaşdırılmasını ləngidir:

“Və üçüncüsü: əlbəttə ki, Qərbin, ilk növbədə, ABŞ-ın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, həmçinin İrəvanı Tehrana təzyiq rıçağına çevirmək cəhdlərini müşahidə edirik.

Hazırda Qərb Bakıya başqa cür – birbaşa təsir edə bilməz, çünki Avropanın Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. İndiki vəziyyətdə rıçaq rolunda yalnız İrəvan ola bilər.

Ermənistanın hazırkı siyasi rəhbərliyinin Qərbən gələn “sifarişləri” sevinclə yerinə yetirdiklərini müşahidə edirik. Bu insanlar hakimiyyətdə qalmaq naminə münaqişənin yenidən güclənməsinə və onun hətta Üçüncü Qarabağ müharibəsinə çevrilməsinə yol verə bilər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti