Zəngəzur dəhlizi: "Rusiya üçün prioritet deyil"
Dəhlizlərə nəzarət uğrunda rəqabət Cənubi Qafqazın yeni geosiyasətini müəyyən edən amilə çevrilir.

DİA.AZ qeyd edir ki, bu proses İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması uğrunda bölgədə maraqlar toqquşmasının artması ilə müşahidə olunur.

Son günlər Laçın dəhlizinə nəzarətlə bağlı yaranmış gərginlik prosesi yeni mərhələyə keçirə bilər. Ermənistanın indiyə qədər Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyini yerinə yetirməməsi, eləcə də Qarabağa silah və sursat daşıması Azərbaycanı Laçın şəhərindən yan keçən yeni yolda sərhəd-buraxılış postu qurmağa vadar edə bilər.

Ancaq regionda marağı olan Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, ABŞ kimi güc mərkəzlərinin ortaq mövqedən çıxış edə bilməməsi Azərbaycanla Ermənistan arasında eskalasiya ehtimalını artırır. Bu isə münaqişənin Zəngəzur dəhlizinə keçməsi riskini yaradır.

Son zamanlar Moskvadan gələn bəyanatlar Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu qənaətini yaradır. Ancaq Rusiyanın regional proseslərdə İran və Fransa ilə birgə hərəkət etməsi buna şübhə yaradır. ABŞ isə sözügedən dəhlizlə bağlı açıq mövqe nümayiş etdirmir.

Qərb dəhlizin açılmasında maraqlı olsa, Ermənistanın Baş naziri Nikol Paşinyanı bu öhdəliyin icrasına razı salmaq imkanına malikdir. Paşinyan isə yaranmış fikir ayrılığından istifadə edib manipulyasiya edir və Azərbaycana verdiyi vədi yerinə yetirmir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizininin açılmasına Rusiya maneə yaradır:

“Rusiya da İranı bu perosesə təhrik edir. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Rusiya üçün prioritet deyil. Çünki bu dəhlizin mövcudluğu Cənubi Qafqazda Türkiyənin rolunu daha qabarıq göstərir. Digər tərəfdən Zəngəzur dəhlizi açılarsa, Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsinə çevriləcək.

Eyni zamanda, ABŞ bölgədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yerləşdirilməsini istəmir. Sadəcə olaraq, Avropa İttifaqı Çinlə ticarət əlaqələrinin inkişafında maraqlı olduğundan Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. İran əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Çünki bu ərazidə nəqliyyat və kommunikasiyaların işə düşməsi İranın çıxdaş edilməsi deməkdir. Hesab edirəm ki, ABŞ-ı da bu dəhlizin açılmasına razı salmaq olar. Lakin Rusiya bu məsələdə Ermənistana dəstək verir və Zəngəzur dəhlizinin reallaşmasına mane olur”.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti