[img]https://teref.az/uploads/posts/2022-12/1669919529_1.jpg[/img
Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

“Qafqazinfo” xarici ölkə vətəndaşlarının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edib.

Əldə etdiyimiz məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadılar.

İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.

Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.

Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir?

Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.

Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur- 14 nəfərdən 12-sinin İzeh şəhərindən olması da təsadüfi deyil. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.

Görünür 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.

Yəqin ki rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözlətməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir - onlar gizli yolla Azərbaycan ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?

Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə, əslində, ümumiyyətlə “nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti