Arayik Paşinyanla görüşün təfərrüatını açıqladı: -
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvandan Xankəndiyə qayıtdıqdan sonra Ermənistan rəsmilərilə keçirdiyi görüşlərin təfərrüatlarını “müxtəlif dairələrə” təqdim etmək üçün görüşlərə başlayıb.

Arutyunyanın rəhbərlik etdiyi “nümayəndə heyəti” Praqada əldə olunan razılaşmaları Nikol Paşinyandan öyrənmək üçün ötən həftəboyu İrəvanda səfərdə olub. Arayikin dəstəsi Ermənistan prezidenti, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, parlamentin sədri və sonda çox çətinliklə baş nazir Paşinyanla görüşüb, müzakirə aparıb.

Arayik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsaxın siyasi elitası”na çatdırmağa söz verib.

TEREF.AZ modern.az-a istinadla xəbər verir ki, “Hraparak”ın məlumatına görə, dünən Xankəndidə görüş-müzakirələrə başlayan A.Arutyunyan “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib.

Bildirilir ki, Arayik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Arayika o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələlərilə məşğul olmasıdır.
Bununla belə, Ermənistan rəsmiləri Qarabağ seaparatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər.

Arayik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, “xilas naminə ayrılma” vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də “Artsaxı” xilas etmək olar.

“Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, “Artsaxın” ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb”, - deyə “Hraparak yazır.

Arayik Arutyunyanının sözlərinə görə, rəsmi İrəvanın nəsihəti budur ki, Qarabağ erməniləri açıq şəkildə bəyan etməlidir ki, “heç kim, o cümlədən Ermənistan “Artsaxı” Azərbaycanın bir hissəsi saya bilməz, qoy Ermənistan kənara çəkilsin, “Artsax” qonşuları ilə münasibətlərini özü tənzimləsin.

Nəşrin məlumatına görə, Paşinyan Arutyunyanı inandırıb ki, Arayikin özü də “Artsax məsələsi” üzrə danışıqlarda iştirak edəcək və İrəvan dolayı yollarla kömək göstəriləcək ki, hər şey yaxşı olsun.

Arayikin görüşündə iştirak edən “müxalifət” isə vəziyyətin bu duruma gəlməsindən ciddi narazılıq ediblər. Onlar bildiriblər ki, ya Nikol Paşinyan belə hiyləgərlik etməklə Qarabağın təhvil-təslimini “Artsax xalqı”nın və ilk növbədə Arutyunyanın “cibinə” atmağa çalışır, ya da bu, Arayiklə Nikol arasında razılaşdırılmış hərəkətdir. Xankəndidəki müxalif separatçılar Arayikə deyiblər ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərindən imtina etməməlidir.

“Hraparak yazır ki, Xankəndidə görüş-müzakirələr təşkil etməklə Araik Arutyunyan Qarabağ erməniləri arasında vahid ictimai rəy formalaşdırmağa çalışır və sonda Bakı ilə birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edəcək.

Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, Moskva artıq “Artsax”dan əlini üzüb və sülhməramlıların Qarabağdakı müddəti başa çatandan sonra bölgədən çəkilə bilər.
Ona görə də Xankəndidəki rejim başa düşməlidir ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür.

Bu kontekstdə Araik Arutyunyanın yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığı da bildirilib.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti