Erməni müxalifəti ETİRAF ETDİ: «Atəşkəsi pozan bizimkilərdir»
Ermənistan müxalifəti sərhəddə tez-tez baş verən atışmaların Azərbaycan tərəfindən törədilməsindən əmin deyil. Xüsusən də təxribat yaratmamaq əmrinə zidd olaraq sərhəddə baş verən atışmanın ermənilər tərəfindən təşkil edildiyi bildirilir.

DİA.AZ ovqat.com-a istinadla xəbər verir ki, məlumatı Rusiyanın Avia.pro saytı yayıb.

Məlumatda konkret hansı müxalifət partiyasından söhbət getdiyi açıqlanmasa faktiki olaraq Ermənistan Müdafiə Nazirliyinin dezinformasiya siyasəti ilə öz təcavüzkar əməllərinə haqq qazandırdığına eyham vurulur.

Xatırladaq ki, ötən axşam Ermənistan Müdafiə Nazirliyi açıqlama verərək, Azərbaycan hərbçilərinin ağır silahlardan istifadə etməklə Ermənistan ərazisini atəşə tutduğu məlumatını yaymışdı. «Minaatanlardan və iriçaplı artilleriya qurğularından istifadə etməklə çoxsaylı zərbələr nəticəsində Ermənistan ordusu itki verib, möhkəmləndirilmiş ərazilər isə dağıdılıb, Azərbaycan qoşunlarının hücumlarının qarşısı alına bilib», - Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında belə deyilirdi.

Məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan da təkrarlayaraq, dünya birliyini Azərbaycanın hücumlarını pisləməyə çağırmışdı: “Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücumdur. Azərbaycanın işğalı pislənilməli və dayandırılmalıdır”.

Azərbaycan tərəfi isə Ermənistan hərbçilərinin mövqelərinə zərbələr endirilməsi faktını təsdiqləsə də, bunun təxribatlara adekvat cavab addımları olduğunu vurğulamışdı.
«Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür», - Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub.

Avia.pro-ya inansaq, erməni müxalifləri də faktiki olaraq Azərbaycan Müdafiə Nazirliyinin bu iddialarını təsdiqləyiblər.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Sarıcalıya növbəti köç karvanı yola salındı
29 Aprel 2025 Siyasi Dialoq bu dəfə Laçında: Partiya rəhbərləri Qarabağa səfərlərini davam etdirir
28 Aprel 2025 Xocalıya növbəti köç karvanı yola salınıb
24 Aprel 2025 Azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan dezinformasiya yayıb
23 Aprel 2025 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
22 Aprel 2025 Revanşistlərdən avantürist çağırış - Xankəndiyə qayıdış üçün...
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB

Dünyapress TV

Xəbər lenti