Kreml Qarabağa yeni general qubernator təyin etməyə hazırlaşır
Sentyabr ayı Azərbaycan və Ermənistan arasında uçurum bir qədər də dərinləşdi. 12-13 sentyabr eskalasiyasından sonra hər iki ölkədə qarşı tərəfə münasibət bir qədər də kəskinləşdi.

Bu fonda Azərbaycanın ərazisində, Qarabağda bir sakitlik hökm sürməkdədir. Sakitlik sözsüz ki, sabitlik deyil. Və vəziyyətin sabit olmadığını deməyə çoxlu əsaslar var.

Ermənistanın beynəlxalq himayəçilərinin Qarabağa status tələb etməsi, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini qabartmaları və nəhayət Rusiyanın Qarabağa transfer etdiyi Ruben Vardanyan reallığı.

Birada bir haşiyə. Bəzi hallarda gözdən pərdə asmaq üçün Ermənistandan Qarabağa gələnlərin qarşısında sipər olan Rusiya sülhməramlıları Azərbaycana qarşı separatçılıq meyllərini gücləndirən Ruben Vardanyanın Qarabağa gəlişinə və orada destruktiv addımalr atmasına nəinki göz yumur, hələ üstəlik onun üçün lazım olan şəraiti yaradır. Bu təbiidir. Çünki Ruben Vardanyanın məhz Rusiyanın layihəsi olduğu gün kimi aydındır.

Son hadisələr deməyə əsas verir ki, Qərbdən səslənən status və təhlükəsizliyə təminat bəyanatları ilə Ruben Vardanyan reallığı sinxrondur. Və bu sinxronluq Azərbaycanın mənafelərinə birbaşa təhdiddir.
Erməni mənbələrinin yazdığına görə, Ruben Vardanyan artıq Qarabağda pulu çox olan bir sərmayəçi kimi yox, həm də siyasi fiqur kimi addımlar atmağa başlayıb.

Son məlumatlara görə, Ruben Vardanyan Daşnaksutyun qərargahında olub və məsləhətləşmələr aparıb. Məlumdur ki, hazırkı durumda Daşnaksutyun Qarabağda erməni separatizminin əsas flaqmanıdır. Qarabağ klanına Erməönistanda soyuq münasibət Daşnaksutyunu bir qədər də ön mövqeyə çıxarıb. Və Vardanyanın Daşnaksutyunla məsləhətləşmələr aparması niyyətin ciddiliyindən xəbər verir.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Niyyətin ciddiliyinin daha bir elementi isə Vardanyanın Qarabağda əsas fiqurlardan biri olan Vitali Balasanyanla görüşməsi, onunla siyasi məsləhətləşmələr aparması və bu xəbərin cəmiyyətə ötürülməsidir. Aydın məslədir ki, Vitali Balasanyan Qarabağda Rusiyaya bağlı fiqurlardan biridir.

Bəs niyyət nədir?

Erməni ekspertlərinin son ehtimallarına görə, Ruben Vardanyan Qarabağ ermənilərinin idarəetməsində mühüm post tutacaq. Bəzi mənbələri onun qondarma rejimdə baş nazir ola biləcəyini də istisna etmir.

Bu isə o deməkdir ki, Rusiya Qarabağa yeni general Qubernator təyin etməyə hazırlaşır. Doğrudur Vardanyanın hərbi rütbəsi yoxdur. Amma onun Qarabağda oynayacağı rol ancaq bu ifadə ilə səciyyələndirilə bilər.

Erməni mənbələrin ehtimalına görə, Ruben Vardanyanın təyinatı gələn həftə olacaq.

Asəf Quliyev

Qeyd: Yazı müəllifin “facebook” hesabından götürülüb.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti