Paşinyan: “Brüssel görüşündə əsas fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb”
Ermənistan, Azərbaycan liderləri və Avropa Şurası sədrinin Brüsseldə keçirilən üçtərəfli görüşündə ən mühüm məsələlər üzrə ortaq mövqe müəyyən etmək mümkün olmayıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan cümə axşamı Vladivostokda erməni icması ilə görüşdə bildirib.

“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilib və artıq müzakirə edəcək heç nə yoxdur. Bizim mövqeyimiz və aydındır ki, beynəlxalq ictimaiyyətin də mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür”, deyə o, Rusiyanın mövqeyinə istinad edib.

Regional kommunikasiyaların açılmasına toxunan Paşinyan qeyd edib ki, bu, Ermənistana sərf edir. Xüsusən, digər ölkələrlə dəmir yolu əlaqəsi olmadığına görə Ermənistanda ərzaq məhsulları daha bahalıdır, deyə o bildirib. Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır. Bu gün Ermənistanın bütün iqtisadiyyatı Yuxarı Lars yolundan asılıdır və hazırda bu yol daha çox yüklənib.

“Ermənistandan, Gürcüstandan və İrandan atomobillər gəlib-gedə bilər, biz Azərbaycan və Türkiyədən də avtomobillərin gəlib-getməsinin əleyhinə deyilik. Hələlik bu məsələ ilə bağlı qəti razılıq əldə olunmayıb. Bu, hələlik fikirlərimizin tam olaraq üst-üstə düşmədiyi bəzi hüquqi normalarla bağlıdır”, deyə o bildirib.

“Yolun açılması Ermənistan və Sünik vilayəti üçün heç bir təhlükə yaratmır, əksinə, əlavə təhlükəsizlik və sabitlik zəmanəti gətirəcək. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda tez-tez dəhliz haqqında danışılır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik”, deyə Paşinyan bildirib.
pressklub
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti