Error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
 “İlin sonuna kimi, Xocalı və Kərgicahan Azərbaycana qaytarılır”
Xankəndidə ara yenidən qarışıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, iki gündür həm Qarabağda, həm də Ermənistanda olduqca maraqlı məsələlərdən biri geniş müzakirə olunur. Hətta vəziyyət o qədər gərgindir ki, şəhərin mərkəzində bir qrup adam etiraz aksiyası keçirməyi qərarlaşıdırıb.

Məlumat nədən ibarətdir? Erməni mediası (Tert.am saytı) və Qarabağdakı ermənilər sosial şəbəkələrdə bildirirlər ki, bir neçə müddətdir separatçılarla Bakıdakı dövlət rəsmiləri arasında gizli danışıqlar gedir. Onların iddiasına görə, danışıqların təşəbbüskarı Azərbaycan tərəfi olub. Danışıqların məğzi isə Şuşa rayonunun Kərgicahan qəsəbəsi və Xocalı şəhərinin boşaldılmasıdır. Erməni seqmentində yayılan məlumatda deyilir ki, Bakı Xankəndidəki separatçılardan birmənalı şəkildə tələb edib ki, qısa müddət ərzində qeyd olunan yaşayış məntəqələrimizi boşaltsınlar. Əks təqdirdə, bunun üçün daha bir “Qisas” əməliyyatı keçirməli olacaqlar.

Yenə həmin məlumatlara istinadən bildirək ki, ermənilər Xankəndidəki separatçıların bu tələblər razılaşdıqlarını, lakin bir qədər vaxt istədiklərini çatdırıblar. Prosesin ilin sonuna kimi yekunlaşacağı da iddialar arasında var. Yəni, Xocalı şəhəri və Kərgicahan qəsəbəsi Azərbaycana qaytarılmalı, orada Ordumuz yerləşməlidir.

Hərçənd Xankəndidəki erməni separatçıları bununla bağlı açıqlama yayaraq, məlumatın doğru olmadığını bildiriblər. Onlar deyiblər ki, Bakı ilə hər hansı danışıqlar aparılmır və Xocalıyıla Kərgicahanın verilməsinə dair xəbərlərin yayılması da “təxribat”dır.

Doğrusu, belə bir hadisənin baş verməsi bir qədər şübhəli görünür. Xüsusən də Xocalı şəhərinin Azərbaycana verilməsi. Çünki Xocalının Azərbaycana verilməsi nəticə etibarı ilə Xankəndinin Ağdərə ilə əlaqəsinin kəsilməsi deməkdir. Yəni, Xocalı Xankəndi ilə Ağdərə yolunun keçdiyi marşrutun üzərində yerləşir. Üstəlik, soyqırıma məruz qalmış şəhərimizlə Ağdamın ara məsafəsi də bir o qədər çox deyil. Paralel olaraq, təkcə şəhərin deyil, onun kəndlərinin də Azərbaycana qaytarılması avtomatik olaraq baş verəcək ki, bu da Xankəndinin nəinki Ağdərə ilə, Xocavənd və Əsgəranla da əlaqəsinin kəsilməsi anlamına gəlir. Ermənilərin indiki şərtlər daxilində buna nə dərəcədə razı olacaqları sual altındadır.

Düzdür, bu gün nəinki separatçılar, həmçinin Ermənistan da Azərbaycanın qarşısında duruş gətirəcək gücdə deyil. Bunu ermənilərin özləri də etiraf edirlər. Amma ortada rus faktorunun olduğunu nəzərə alsaq, ən azından onlar belə bir addımın atılmasına imkan verməyəcəklər. Ona görə ki, Ağdərə, Xocavənd, Əsgəran və Xocalının Azərbaycana qaytarılması rus sülhməramlılarının missiyasının daralması, onların yalnız Xankəndiyə nəzarət etməsinə gətirib çıxaracaq. Bu isə gələcəkdə rusların Azərbaycana qarşı təxribatlar törətməsi, lokal toqquşmalar üçün zəmin hazırlaması, habelə Qarabağ üzərində nəzarətin əldən verilməsinə gətirib çıxaracaq. Ki, buna da rusların imkan verməsi qəti inandırıcı görünmür.

Kərgicahan məsələsinə gəlincə, bu qəsəbəmizin Xankəndinin bir addımlığında olması da önəmli faktordur. Qəsəbəyə nəzarət Xankəndiyə giriş-çıxışa nəzarət mahiyyəti daşıyır və strateji əhəmiyyətə malikdir. Bu, Şuşanın təhlükəsizliyinin daha yaxşı və etibarlı təmin olunması üçün də mühümdür. Mümkündür ki, ermənilər Kərgicahandan çəkilsinlər. Əgər güzəştə gedəcəklərsə, Xocalını verib, yalnız Xankəndiyə sığınmaqdansa, Kərgicahanı geri qaytarıb, bir müddət nəfəs almaları daha məqbul görünür. Ona görə də, bu xəbərlərin nə qədər doğru olduğunu demək çox çətindir. Rəsmi Bakı isə ənənəvi olaraq bu barədə susmağa davam edir.

Bir məsələni də xatırladaq ki, Azərbaycan tərəfi 2020-ci il Vətən Müharibəsindən sonra belə xəbərlərə reaksiya verməmək siyasəti yürüdür. Yalnız proses başa çatdıqdan sonra açıqlama verməklə kifayətlənir. Biz bunu müharibə dövrü ilə yanaşı, son “Qisas” əməliyyatı zamanı da gördük. Əgər belə bir addım atılıbsa, o zaman güman etmək olar ki, Azərbaycan hökuməti bu dəfə də ənənəsinə sadiq qalaraq, məsələnin yekunlaşmasını və bundan sonra açıqlama verməyi planlaşdırıb. Hər halda gözləyək. Başqa çarə də yoxdur. Ümid edək ki, deyilənlər doğrudur.

Bölmənin digər xəbərləri

15 June 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 June 2025 Laçının Baş Planı təsdiqləndi
13 June 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 June 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 June 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 June 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 June 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 June 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 June 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti