Ermənilərin boşaltdığı Laçın ƏSL TƏHLÜKƏ MƏNBƏYİDİR...
Laçın şəhərinin mərkəzində, Zabuxda qanunsuz məskunlaşdırılmış ermənilər buranı tərk edərkən yandırıb, viran qoymaqda davam edirlər. Neçə gündür Azərbaycan bu barədə SOS verir, dünyaya, beynəlxalq təşkilatlara, sülhməramlı kontingentə müraciət göndərilir, ancaq bu vandallığı durdurmağa heç kim səy göstərmir. Artıq Azərbaycan Ordusunun həmin əraziləri dərhal nəzarətə götürməsi, köçün nəzarətə alınmasının zərurətə çevrildiyi göz önündədir.

Bununla yanaşı, Zabuxa baş çəkən azərbaycanlı jurnalist Eynulla Fətullayev ilginc proseslərin şahidi olub. Belə ki, əksər ermənilər Zabuxu tərk etsə də, orada cani, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş gəlmə ermənilərlə rastlaşıb.

Jurnalist Zabuxda Livan ermənisi Andranik Çavuşyanı, hərbi bloger və İrəvandan olan yerli rejissor Arşak Zakaryanı, cani Minasyanı görüb.

Əcəba, cinayətkar erməni qrupları Zabux Azərbaycana təhvil verilərkən hansısa təxribatlar törətməyi planlaşdırırmı? Onların başını təbii ki, Azərbaycan Ordusu dərhal əzəcək. Belə bir hal olarsa, təbii ki, məsuliyyət Ermənistanın və sülhməramlıların üzərində olacaq. İndiki durumda Azərbaycan gözlənilən təxribatların qarşısını almaq üçün məsuliyyət daşıyan tərəflərə müraciətlər etməlidir, yoxsa hansısa təxribat olarsa onu kimsəyə demədən neytrallaşdırmaq yolu seçilməlidir?

Deputat Ceyhun Məmmədov: “Təəssüf ki, ermənilər tarixi ənənələrinə sadiq qalaraq, Kəlbəcərdə etdikləri kimi, Laçında da bu ərazini tərk edərkən vəhşiliklər törədirlər, əraziləri dağıdırlar. Əlbəttə, Azərbaycan tərəfi Rusiya və Ermənistanla bu məsələni müzakirə edib, qarşı tərəfə ciddi xəbərdarlığını etməmiş deyil. Hətta erməni mediası yazdı ki, hökumət Laçından çıxarkən evləri dağıdan ermənilərə kompensasiya verilməyəcəyinə dair məlumat verib. Amma bütün bunlara baxmayaraq, ermənilər öz vəhşiliklərinə davam edirlər. Qaldı ki, azərbaycanlılara qarşı vəhşiliklər edən, cinayətlərə yol verən ermənilərə, görünür, onlar 44 günlük Vətən müharibəsindən bir nəticə çıxarmayıblar. O müharibədə Ermənistan çoxlu sayda itki verdi. Ermənistan yenidən belə bir faciə yaşamaq istəyirsə, Azərbaycanın “dəmir yumruğu” hazırdır. Qarşımızı heç kim kəsə bilməz. Bir neçə gün bundan öncə ölkə başçısı Basqalda Azərbaycan Televiziyasına müsahibə verərkən bir neçə vacib məqamı xüsusi vurğuladı. Bu ondan ibarət idi ki, Azərbaycanı haqq işindən heç bir zəng dayandıra bilməz. Ermənistan heç kimə arxayın olmasın. Digər mühüm məsələ ondan ibarətdir ki, bu ərazilər Azərbaycan ərazisidir. Azərbaycan bu ərazilərdə istədiyi əməliyyatı həyata keçirə bilər. Yaxşı olardı ki, tez bir zamanda ermənilər şələ-şülələrini yığışdırıb Xankəndinə deyil, Ermənistana köçsünlər. Cinayətkar qrup oradan çıxıb getməlidir. Əgər orada hər hansı bir cinayətlər törədərlərsə, ”Qisas" əməliyyatının olacağını unutmasınlar. Azərbaycan bununla bağlı çox ciddi cəza tədbiri görəcək və bu prosesin qarşısını çox ciddi şəkildə alacaq. Ermənistan diqqətli olmalı, olanlardan nəticə çıxarmalıdır. Belə təxribatlara, hallara son qoyulmalıdır. Əgər son qoyulmasa, bu dəfə onların cəzası daha ağır olacaq. Onlar əvvəlkindən də daha ağır duruma düşəcəklər. Nə qədər ki, “dəmir yumruq” işə düşməyib, “Bayraktar”lar havaya qalxmayıb, özlərini yığışdırsınlar və bu ərazilərdən sağ-salamat getsinlər. Azərbaycan onlara kifayət qədər vaxt verdi. İndi verilən vaxta da çox az qaldı. Onlara tövsiyəmiz odur ki, bu vaxta qədər qalmadan Ermənistana getsinlər. Qarabağa digər ərazilərə getsələr, oradan da çıxarılacaqlar. Çünki onlar tarixən Qarabağda yaşamayıblar. Azərbaycan bu ermənilərə Qarabağda yaşamağa icazə verməyəcək. Onlar bunu bilməli, anlamalı və ağıllarını başlarına yığmalıdırlar".

Ekspert Mətləb Aslanov: “Ermənilərin öz xislətlərinə uyğun şəkildə davranacaqları gözlənilən idi. Tarix boyu belə olublar. Düşünürəm ki, ayın sonunadək rədd olub gedəcəklər. Başqa yolları da qalmayıb. Artıq hər zaman havadarları kimi baxdıqları Rusiya da onların yanında görünmür. Ukrayna savaşı bu ölkənin bütün diqqətini ora yönəldib. Digər tərəfdən, 3 avqustdakı “Qisas" əməliyyatında ermənilər bir daha gördüklərini gördülər. Növbəti dəfə xam xəyallara düşsələr, ordumuz dərhal hərəkətə keçəcək və onların başını elə əzəcək ki, Qarabağın digər yerlərində qalan ermənilər də Ermənistana köç edəcəkləri günü sayacaqlar. Cinayətkar ermənilərin Zabuxda görünməsinə gəlincə, deyə bilərəm ki, burada daha çox oradakı rus sülhməramlıları günahkardır. Bununla bağlı onlara xəbərdarlığımızı mütləq etməliyik. Artıq oyun oynamaq zamanı deyil. Əgər əl-qollarını sallayıb rahat şəkildə bizim torpaqlara canilər ayaq basa bilirlərsə, o zaman sülhməramlılara nə ehtiyac var? Az qalıb ermənilərin qeyd olunan ərazilərdən cəhənnəm olub getmələrinə. Düşünürəm ki, səbirlə, təmkinlə həmin vaxtı gözləyək. Başqa çıxış yolu da yoxdur. Əgər vaxt bitəndə, həmin əraziləri tərk etməsələr, o zaman kiməsə nəsə deməyə də ehtiyac qalmır. Biz hüququmuzdan istifadə edib, antiterror əməliyyatına başlamalı, erməniləri nəinki Zabux və Sus kəndlərindən, bütövlükdə Qarabağdan çıxarmalıyıq”.

Ekspert Kənan Novruzov: “Laçında meşələrin, evlərin yandırılması özü əslində təxribatdır. Yəni ermənilər artıq provokasiyaya başlayıblar. Onlar beləliklə, həm vəhşiliklərini növbəti dəfə ortaya qoyurlar, həm də torpaqların tarixi sahibi olmadıqlarını göstərirlər: insan öz evini necə yandıra bilər?! Bəlkə də Ermənistan hakimiyyəti bunda maraqlıdır, amma separatçılar Laçını tərk etmək istəmir. Elə ona görə evləri yandırdılar. ”Mənim olmayacaqsa, azərbaycanlının da olmasın" düşüncəsi ilə addım atırlar. Ermənilər avqustun sonunadək Laçını tərk etməlidirlər. Amma prosesi uzatmağa çalışa bilərlər. Bunun Rusiyanın iştirakı ilə baş verməsi də mümkündür. Çünki Kreml də ermənilərin Laçından çıxmasını, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşmasını istəmir. Yaxın günlərdə Moskvanın İrəvana təzyiqinin artacağı gözləniləndir. Verilən nota artıq həmin prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. İkinci bir variant isə budur ki, ermənilər ənənələrinə sadiq qalaraq hansısa təxribatlar hazırlayacaq. Bu, tamamilə mümkündür. Laçındakı evlərini tərk edən insanlar hakimiyyətdən narazıdırlar. Ola bilsin, onlar ehtimal edilən sabotajla həm də iqtisadi pis durumda qoymaq istəyirlər. Yəni təxribatlar, o cümlədən ərazilərin minalanması mümkündür. Əlbəttə, biz bunu istəmirik. Amma eyni zamanda deməliyik ki, istənilən ssenariyə hazırıq. Əgər provokasiyaya əl atılarsa, rəsmi Bakı siyasi, hüquqi və hərbi kontekstdə lazımi addımları atacaq. Təxribatı kimin - hakimiyyətin, yaxud sıravi vətəndaşların, etirazçıların törətməsinin heç bir fərqi yoxdur. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Qarşı tərəf daha çətin duruma düşmək istəmirsə, sivil qaydada, deyilən vaxtda ərazidən çıxmalıdır".
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti