Kişineuda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi


Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransının ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirildi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zidd olan belə çıxışa imkan yaratdılar. Mən çıxışa etiraz edərək erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb etdim.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, erməni qızın qərəzli çıxışı Azərbaycan nümayəndə heyətinin digər üvlərinin də narazılığı ilə qarşılanıb:

“Çıxışıma imkan yaradılmadığı üçün ayağa qalxaraq fikirlərimi bildirmək məcburiyyətində qaldım. Bildirdim ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarıdan danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalarla Qafqazda sülhə nail olmaq olmaz”.

Prezident yanında Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı Şahmar Hacıyev, Dövlət Su Ehtiyatları Agentliyini şöbə müdiri Rafiq Verdiyev, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə də qərəzli çıxışa etirazlarını bildirdilər.

İsrarlı təkiddən sonra erməni nümayəndənin çıxışı dayandırıldı və ona çıxışını davam etdirməyə imkan verilmədi. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istədi.

Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa Birliyinin nümayəndələri iştirak edirlər”.

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti