Köçəryan Ağdamın işğalını detalları ilə etiraf etdi:
Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Onun "Жизнь и свобода" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib.

Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub.

Kəlbəcərin işğalı və beynəlxalq təzyiqlər

1993-cü ilin aprelində BMT-nin 822 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə Kəlbəcərin işğaldan azad olunmasını tələb edirdi və bu, Ermənistan üzərində ciddi beynəlxalq təzyiqlər yaratmışdı. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan və Rusiya prezidenti Boris Yeltsin də Kəlbəcərin qaytarılmasını tələb edirdi.

Köçəryan etiraf edir ki, Ermənistanın həm hökumət, həm də Rusiya tərəfindən Kəlbəcəri qaytarmağa məcbur edilməsi separatçı rejimi çıxılmaz vəziyyətə salmışdı. Bu səbəbdən onlar Kəlbəcəri saxlamaq üçün diqqəti yayındırmaq qərarına gəldilər və Ağdama hücum etdilər.

Ağdamın işğal planı: erməni riyakarlığının etirafı

Köçəryanın dediklərinə əsasən, Ağdama hücum iyulun ortalarında başladı. Ermənistan hökumətindən gizli şəkildə həyata keçirilən əməliyyatda məqsəd şəhəri tamamilə boşaltmaq idi. Şəhər əvvəlcə cənub və şimaldan mühasirəyə alındı, sonra isə ermənilər əhaliyə xəbər göndərdilər ki, yaxın günlərdə hücum olacaq. Bu, yerli əhalidə təşviş yaratdı və şəhər sürətlə boşaldı. İyulun 23-də isə erməni qoşunları Ağdama daxil oldu.

Köçəryan qeyd edir ki, Ağdam işğal ediləndən sonra Ermənistan hökumətinə 2 gün yalan məlumat veriblər. O dövrdə Ermənistan parlamentinin sədri Babken Ararktsyan və digər rəsmilər dəfələrlə Ağdamda nə baş verdiyini soruşublar, lakin Köçəryan və komandası şəhəri ələ keçirdiklərini gizlədiblər.

Köçəryan yazır:

“Babken Ararktsyan mənə zəng edib əsəbi halda soruşurdu: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?” Ona yalan danışdım: “Yox, elə bir şey baş verməyib, sadəcə bir-iki təpəni tutub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”.

Bu açıqlamalar erməni işğalçı siyasətinin hiyləgərliyini və beynəlxalq ictimaiyyəti aldatmaq üçün tətbiq etdikləri manipulyasiya taktikasını açıq şəkildə sübut edir.

İşğal dalğası: Ağdamdan Füzuliyə, Cəbrayıldan Zəngilana

Köçəryan Ağdam işğal edildikdən sonra Azərbaycan tərəfinin rus vasitəçi Kazimirov vasitəsilə onlardan əməliyyatları dayandırmağı xahiş etdiyini bildirir.

İyulun 25-dən 28-nə kimi atəşkəs elan edildi, lakin sonradan Ağdamın işğalı BMT-nin 853 saylı qətnaməsinin qəbul edilməsinə səbəb oldu.

Lakin Ermənistanın işğalçılıq hərisliyi bununla dayanmadı. Ağdamın ardınca Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Horadiz də işğal edildi. Köçəryan etiraf edir ki, erməni qüvvələri bu rayonlara hücum edərkən, əsasən, ələ keçirdikləri Azərbaycan silahlarından istifadə edirdilər.

O, yazır:

“Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər”.

Bütün işğalçılıq planı sənədləşib – Ermənistanın təcavüzkar siyasətinə sübut

Köçəryanın öz kitabında açıq şəkildə etiraf etdiyi bu faktlar Ermənistanın işğalçılıq siyasətinin əyani sübutudur. Onun dedikləri göstərir ki, işğallar beynəlxalq təzyiqləri yayındırmaq üçün ardıcıl şəkildə həyata keçirilib və Ermənistan hökuməti belə, bu proseslərə tam nəzarət edə bilmirdi.

Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad edərək, bu planları alt-üst etdi və regionda yeni reallıq yaratdı. Ermənistanın bu cür siyasəti isə regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə vermədi.

Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda quruculuq işləri aparır. Ermənistan isə hələ də işğalçılıq siyasətinin ağır nəticələrini yaşamağa davam edir.

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti