Cəbrayıl xəstəxanasında bitməyən cinayətlər – Bu dəfə “baş təsərrüfat qardaşı” TUTULUB
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının “baş təsərrüfat qardaşı” vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.
O, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.

Onlardan ümumilikdə 17 min manat pul alıb.
Xəlil.A bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb. O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.

Zərərçəkmişlərin şikayətindən sonra Xəlil.A həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.

Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.

Musavat.com

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti