b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_bba4ad9e8f50d9d7d33a96cff75cb99e.jpg
 

Hikmət Babaoğlu: “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir”

Təzə il girər-girməz Ermənistan rəhbərliyi sülh hoqqabazlığına davam qərarı verib. Xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları bunun növbəti bariz təsdiqi sayıla bilər. 

Ermənistan XİN başçısı 2025-ci ildə keçirdiyi ilk mətbuat konfransında həyasızcasına iddia edib ki, “Azərbaycan tərəfinin qərbi azərbaycanlılarla bağlı bəyanatları Azərbaycanın Ermənistana ərazi iddialarının sübutudur”. Erməni nazir həmçinin belə bir məsələnin danışıqların gündəmində olmadığını da söyləyib.

İndi gəl bunların qonşu Azərbaycan və Türkiyə ilə barışıq bəyanatlarının səmimiliyinə inan. 

Qeyd edək ki, yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ barədə də ətraflı danışıb. Bir daha vurğulayıb ki, azərbaycanlılarınqayıdış məsələsinin Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsinə aidiyyəti yoxdur. Rəsmi İrəvan sadəcə soydaşlarımızın öz dədə-baba torpaqlarında normal və təhlükəsiz yaşaması və fəaliyyətinə şərait yaratmalı, dövlət səviyyəsində zəmanət verməlidir - nəyi ki, beynəlxalq hüquq, təməl insan haqları və Ermənistanın qoşulduğu konvensiyalar tələb edir. Bundan artıq və aydın nə deyilməlidir? Bütün bunların üstündən Mirzoyanın yuxarıdakı açıqlaması yersiz və qərəzli olmaqla bərabər, açıq-aşkar aranı süni şəkildə qatmaq, Azərbaycandan “xoxan” düzəltmək, sülh sənədini uzatmaq cəhdindən başqa bir şey deyil. 

Sual: necə olur, separatçı ermənilərin Qarabağa qayıdışı Azərbaycana ərazi iddiası sayılmır, heç vaxt separatizmlə məşğul olmamış azərbaycanlıların öz tarixi yurd yerlərinə dönüşü isə ərazi iddiası hesab olunur?

Bu azmış kimi, Mirzoyan üstəlik, görünməmiş sırtıqlıqla bəyan edib ki, “Qarabağdan gedən ermənilərdən fərqli olaraq azərbaycanlılar kifayət qədər sivil şəkildə Ermənistanı tərk ediblər”.Onun iddiasına görə, guya “100-ə yaxın azərbaycanlı həmin vaxt mənzillərini satıb, 160 mindən çoxu isə hətta Ermənistan hökumətindən təzminat alıb”.

Amma burdan-bura o, keçmiş prezident LevonTer-Petrosyanın 1993-cü ildə söylədiyi irqçi və faşist mahiyyətli fikirlərini unudur. Əlbəttə ki, Ermənistanın azərbaycanlılara təzminat ödəməsi haqda sözləri cəfəngiyyatdır. Qarabağdan gedən ermənilər isə dünyanın gözü qarşısında, öz xoşlarına bölgəni tərk ediblər.

BMT missiyası Azərbaycanın sülh istədiyini görməlidir” - Hikmət Babaoğlu

 Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir. Qərbi Azərbaycana qayıdış konsepsiyası beynəlxalq hüquqla əsaslandırılmış bir konsepsiyadır. Birgə yaşayışı, sülhü, ədaləti və hüququ təmin etməyi nəzərdə tutur. Əgər burada fərqli bir məqsəd olsaydı beynəlxalq hüquq baxımından, qonşu ölkənin ərazisinə iddia olsaydı Azərbaycan Prezidentinin 5-6 dekabr 2024-cü ildə Qərbi Azərbaycana qayıdışıla bağlı təşkil olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktub yanvarın 9-da BMT-nin rəsmi sənədi kimi yayılmazdı: “Yəni bu bir daha onu göstərir ki, Ermənistana heç bir ərazi iddiası yoxdur. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibə verərkən bir daha çox açıq şəkildə danışdı və dedi ki, Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib ki, onlarla görüşsün. Baxın, İcmanın hər hansı bir siyasi məqsədi olsaydı, İcma başqa cür davranardı. Əgər Ermənistanın baş naziri ilə dialoq, görüş tələb olunursa, deməli, baş nazirin baş nazir statusunda qəbul edilməsidir, sadəcə 1987-1991-ci illərdə Ermənistandan etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqi problemlərinin, əmlak problemlərinin, təhlükəsizlik problemlərinin təmin olunması məsələsi müzakirə olunacaq. Yəni burada heç bir separatçılıq, heç bir ərazi iddiası yoxdur. Sadəcə qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlı Ermənistanda bir fobiya var, ona görə də baş nazirlərindəın tutmuş digər bütün siyasətçilərə qədər bu mövzunu istismar edirlər və Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Məsələ bu qədər sadədir və Paşinyan mütləq buna reaksiya verməlidir. Əgər Paşinyan Ermənistan və Azərbaycanla uzun müddətli etibarlı sülhdən, demokrat siyasətçi olduğundan danışırısa qoy bütün dünyaya sübut eləsin ki, doğrudan da ondan əvəlki Ermənistan siyasətçilərindən daha demokratdır. Demokratiyanın əsas fəlsəfəsi isə birgə yaşayışdır, haqdır, hüquqdur, azadlıqlardır, fərqliliklərdir. Qərbi azərbaycanlılar da öz torpaqlarına qayıdarkən bu fərqlilikləri daşıyacaqlar. Daha doğrusu tarixən yaratdıqları bu fərqliliyə yenidən sahib çıxacaqlar”. 

Hikmət Babaoğlunun sözlərinə görə, sadəcə bir şeyi unutmaq lazım deyil ki, “Ararat respublikası” yarananda da Ermənistan Sovet Sosialist Respublikası yarananda da qərbi azərbaycanlılar hər iki mərhələdə bu ölkənin qurucu ünsürü olublar. Dövlətçilik əmələ gəlməsi prosesində, onun formalaşmasında iştirak ediblər, əmək imkanlarından o dövlətə vergi veriblər, dövlətin mədəni, ictimai, siyasi, mətbu, mənəvi həyatında itirak ediblər. Bunu danmaq olmaz: “Elə ən son etiraf da Ararat Mirzoyanın etirafıdır. Mirzoyan deyir ki, 1987-1991-ci illərdə 160 mindən çox azərbaycanlıya kompensiyasiya verilib,  12 min azərbaycanlı isə Azərbaycanda yaşayan ermənilərlə evlərini mübadilə ediblər. Mirzoyan təhrif olunmuş formada olsa belə, azərbaycanlıların Ermənistandan çıxarıldığını etiraf etmiş olur. Deməli, onların geri qayıdışı da beynəlxalq hüququn və Ermənistanın bir gerçəkliyinə çevrilməlidir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM
24 May 2025 “Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Arayik Harutyunyan

Dünyapress TV

Xəbər lenti